GÖY ÜZÜ ALMA SAXLAMAZ

ƏBÜLFƏT MƏDƏTOĞLU
61347 | 2016-01-15 16:43

Ramiz Rövşən mənibağışlasın

Yaşıma görə danışıram,başıma görə də düşünürəm. Və deməli, yaşıma və başıma görə düşünüb, danışıb birqəribə sual qarşısında qalıram. Niyə bütünnağılların sonunda göydən üç alma düşür? Beş,on, on beş, lap elə bir alma düşmür? Və bu sualın ardınca başqa bir sual da tuturyaxamdan- göy üzündə alma bağı var?Əgər varsa, bu bağlarda heç quraqlıq, quruyanağaclar olmur? Nətəhər olur ki, bizim həyətdəki alma ağacı quruyur, ya da hər ilfərqli şəkildə, fərqli sayda bar gətirir? Ümumiyyətlə,bu sualların özü adamda Göyə qarşı bir qəribə müxalifdüşüncə yaradır – yerdə tükənir, göydə tükənmir. Maraqlıdır, bunun arxasında kim durur? Kimdi göydəkialma monopoliyasının rəhbəri? Məncə bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Əks halda, göydən düşən almaları qəbuletməyəcəyik. Şəxsən mən buna qarşı etiraz səsimi indidən qaldırıram, siz özünüzbilərsiniz…

Bəli,hamımızın bildiyimiz və bir qismimizin dəistifadə etdiyimiz bir deyim də var:

- Allah göydən daştökər…

Bəli, mən bu fikirlərazılaşıram. Çünki yerin, göyün sahibi olan o ilahi güc göydən müxtəlif ölçülərdədaşları zaman-zaman töküb və tökməkdə də davam edir. Doğrudur, alimlər və digər "çoxbilmişlərbunun adını meteroidlər qoyubdu. Amma əslində bu elədaşdı. Allah bəndələrinə nəyisəxatırlatmaq üçün hamısını birdən tökmür, onu tək-təkatır. Təəssüf ki, tək-tək atılan daşlar bəndələri özlərinə qaytarmayıb. Bəndələrözlərindən çıxıbgediblər. Hərəsi bir havayla, bir avazlagediblər. Və bir havayla, bir avazla da yaşayırlar. Bu səbəbdəndir ki, dünyada avazlarçoxalıb, havalar korlanıb, oksigen qıtlığı yaranıb. Hələ onu demirəm ki, ozon təbəqəsidə dəlik-dəlik olub. Deməli, bütün bunlar onu göstərir ki, tək-tək gələn daşlarbu gedişlə ətək-ətək gələcək. Bax, məşhər onda olacaq. Ona qədər isə bizim ətrafımızdabaş verənlər barəsində düşünmək, ortaqməxrəcə gəlmək fürsətimiz var. Bu fürsəti əldən versək… Tay sonrasını deməkməncə artıq olar. Çünki əldən çıxan fürsət mütləq qarşı tərəfi gücləndirir, onun həmləsininartırır. Çox təəssüf ki, biz bəzən bu barədə düşünmürük. Hətta təsəlli üçün keçənəgüzəşt fikrini bayraq edirik. Bu da başımızın altına yumşaq bir yastıq qoyur, yuxumuzuşirin edir və yaxud da nağıllara uyub vaxtı öldürmək həvəsimizi artırır. Axı nağıllarınsonunda göydən üç alma düşür. Deməli, biz ümidimizi göydən düşən almaya daha çoxbağlayırıq. Bilmirik ki…

Daha doğrusu bilirik.Sadəcə olaraq, bu bildiyimizin mahiyyətinə varmırıq, onu gözlətməyə, onu ertələməyəüstünlük veririk. Düşünürük ki, onsuz da bunu bilirik, bundan xəbərimiz var. Qoy bilmədiklərimizi, xəbərimiz olmayanları öyrənək. Və bu yerdədə təkrarın nə olduğunu yadımıza salmaq heç ağlımızın ucundan da gəlib keçmir. Ozaman qədər ki, «quymaq diş sındırır»… o zamana qədər ki, səbr kasamız daşır. Səbrkasası daşanda da özümüz da inanırıq, səbr kasamız da, çevrəmiz də. Və elə bu yerdəcə demək istəyirəm ki:

Səbr kasamı

sındırmaq keçir

içimdən-

dözümə üsyan kimi…

ya da

qorabişirəndə,

səhrada

dodaqları yüz yerdən

çatlayanda

susayan kimi…

səbr kasamı

eksponat kimi

evimdə,

kitab rəfimdə,

diqqət çəkən

bir yerdə

saxlamaq,

aradabir

tozunu silmək

yoxlamaq keçir

içimdən…

istəyirəm

parlaqlığını

saxlayıb

unudulduğunu

düşünməsin-

səbr kasam!..

***

Bəli, indi cəmiyyətelə bir durumdadı ki, sanki üfürülmüş bir şardı, sanki bir dolu camdı. Toxunsan,silkəsən aləm bir-birinədəyəcək. Və üstəlik əsəblər o qədər tarıma çəkilib ki, iynə ucu boyda da təsir onumütləq dindirəcək. Elə bil ki, tarın simləriqırılma nötəsinəqədər çəkilib, dartılıb.Ona toxunsan,mizrab o simin səsini eşitdirəcək. Amma o səs köklənməmişsəs olacaq… O səs özündən, durumundan havalanan səs olacaq. Və o səsi hər kəs bircür eşidəcək, hər kəs bir cür qəbul edəcək. Bax, onda səsə verilən reaksiyalar artıqsəbr kasasının, özü də daşmış səbr kasasının yaratdığı mənzərəni ortaya qoyacaq.İlahi, sən bu milləti və bütövlükdə insanlığı o andan qoru!Məhz həmin an sökmək, dağıtmaq, uçurmaq, məhv etmək,qisas almaq, çapıb talamaq, yandırmaq, bir sözlə altını üstünə çevirmək anıdı. Deməli,həyat və əslində isə insanlar illərlə qurduqlarını, illərlə yaratdıqlarını bir anda külə çevirirlər.Təsəvvür edin, gül kül olur. İndi buna kənardannecə baxmaq olar? Bunu necə qavramaq, seyretmək mümkündü? Şəxsən mən bu düşüncənin özünü qafama sığışdıra bilmirəm. İndi görünməndən min dəfələrlə dünyagörüşlü, ağıllı, səviyyəli, həyat anlayışlı, yaşam təcrübəliinsanlar bunu necə qafalarına sığışdıra bilərlər. Mən hərdən klassiklərimizi təkraroxuyuram. Hərdən ötən əsrin və quruluşun filmlərinə baxıram və sonra oturub düşünürəm. «Dağılan tifaq» əsəri yadımadüşür… İlahi, bu Yer adlanan planetdə, bu Yer adlanan məkanda nələr baş verir? Bax,elə belə məqamda Yaxın Şərqdə yerlə-yeksanedilən abidələr, şəhərlər, kəndlər, lap bir az da canımı ağrıdan, içimi göynədənişğal olunmuş torpaqların… gözümün qabağında yandırılan evim… o yanan evə bütüngücünü, bütün qazancını sərf etmiş atamın, anamın çöhrəsi… hələ də yaddaşımdan siləbilmədiyim atamın «offf!...», anamın «oyyyy!...» nidaları silinməyib və heç kiməo cür nidaları eşitməyi də arzu etmirəm. Ammabunlar oldu. Və mən bu olanların içərisində həmin o yazının içərisində dediyim,göydən ətəklə daş töküləcəyini gözləyirdim. Lakin tökülmədi.Görünür hələ o məqam gəlib çatmayıb. Üstəlik, göydən üç alma da düşmədi. Deməli,bu olanlar nağıl da deyildi…

Hə, mən bu qarışıqdüşüncələrin arasında elə bir durumdayam ki, dörd divar arasında var-gəl edən adamlarkimi çıxış yolu tapa bilmirəm. Hara dönürəmsə divarlardı. Divarın üzü isə soyuqvə sərt olur. Ən dəhşətlisi də odur ki, bu soyuq və sərt divarların arasına özünöz ayağınla gəlib düşəsən.

Yəqin bildiniz nəyəişarə vurdum. Əgər unutmusunuzsa xatırladım. Axı mən bu yazının əvvəlində o məqamatoxunmuşdum. Demişdim ki, biz həmişə keçənə güzəşt deyirik… biz həmişə səbrin ətəyindəntuturuq… biz həmişə göydən nəyinsə düşəcəyini gözləyirik… və biz bir də həmişə«çırmanırıq keçməyə çay gəlməmiş»…

Təbii ki, bütün bunlarda sonda həmin o başlanan yolun soyuq və sərt divarların arasında bitməsinə səbəbolur. Düşünməyin ki, mən bu fikirlərimlə çoxbilmişlik edirəm, hansısa bir sirriaçıram və yaxud da özümü sizlərə təqdim edirəm. Xeyr, siz bunları məndən yaxşı bilirsiniz.Və mən də, siz də əslində bütün olanların, baş verənlərin içərisindəyik. Həm iştirakçıkimi, həm şahid kimi, həm müşahidəçi kimi. Hətta müəyyən mənada hərəkətverici kimidə. Amma heç birimiz daşıdığımız missiyanınfərqinə varmırıq. Düşümək belə istəmirik ki, göy üzü alma saxlamır. Daş saxlamayangöy üzü almanı da özünə yaxın buraxmır və qaytarır ona atanlara. «Hədiyyə» edir.Bu «hədiyyə» də bizim canımızı ağrıdır. Bax, onda ağrıyan canımıza sığınıb düşünməyəçalışırıq. Düşünəndə də…

Mənə elə gəlir ki,hər birimizin ən böyük sirr yerimiz ürəyimizdi. Şəxsən mən ağrıyanda ürəyimlə dərdləşirəm,ürəyimin kölgəsinə sığınıram və deyirəm:

Kiməsə ümid bağlayıb

Köklənmə ürək, köklənmə…

Sonra da ümidsizqalıb-

Təklənmə ürək, təklənmə!...

Olanları görə-görə

Baxmadan heç biralverə…

Sən bu göyə, sənbu yerə-

Şəklənmə ürək, şəklənmə…

Dilləndirib sarısimi

Ovut söz dolu içini…

Sıx özünü yumruqkimi-

Ləklənmə ürək, ləklənmə…

***

Bəli, yanvarın tənyarısı arxada qalır. Yeni ilin birinci ayının tən yarısı. Və mən ayın tən ortasındadayanıb arxaya boylanıram. Təkcə bu on beş günün içərisində neçə dəfə bir insan,bir vətəndaş olaraq haldan-hala düşmüşəm. Qarşıda da təqribən bu qədər məsafə var.Və deməli, nə qədər haldan-hala düşəcəyimi, nə qədər suallarla qarşılaşacağımı hələbilmirəm. Sadəcə, müəyyən təxminlərim var, fərziyələrim, ehtimallarım var. Ammabu fərziyələri də, ehtimalları da, hətta təxminlərin özünü də ümidin, müsbət nüanslarınüzərində kökləməyə, qurmağa çalışıram. İstəyirəm ki, içimdəki işartı sönməsin. Alovolmasa da, qor olsun. Şam kimi heç olmasa mənim mühitimi işıqlandırsın. İşıqlandırsınki, qarşını görə biləm, qarşıya tərəf səmtlənən yolu seçə bilim…

Doğrudur, ilk baxışdabu bir az məhdud düşüncədi. Ancaq özünü, içini qabartmaqdı, öz çevrəni görməkdi.Amma burda bir həqiqət də var ki, öz çevrəsini, öz durduğu yeri görməyən, qiymətləndirməyənözündən min arşın uzaqları heç görə bilməz.Kim olur olsun, hansı məzhəbdəvə mənsəbdə dayanır dayansın, insan öncə durduğu yeri görməlidi, sonra boylandığıyeri. Bax, bu yanaşmayla mən də qarşıya tərəf diqqət yetirməyə özümü kökləyirəm.Lakin…

Havalar da heç ürəkaçan deyil. Elə bil ki, ictimai-siyasi mühit havaya da təsir edir. Doğrudur, indi qışdı, özü də böyük çillədi.Amma 15 dərəcə müsbətdən sonra 3 dərəcə şaxta təbii ki, bir anormallıqdı, xəstəliyinmünbit şəraitidi, qida mənbəyidi… Qida mənbəyi dedim yadıma bizim ruhumuzun və mədəmizintələbatı düşdü. Yəqin siz də fikir vermisiniz. Efirlərimizdəki çal-çağır, biş-düşverilişləri və bir də həkim məsləhətləri o qədər artıb çoxalıb ki, hərdən bir tamaşaçı kimi öz-özümə heyranlıqnümayiş etdirirəm. Özü də dəli bir heyranlıq. Bilirsiniz niyə? Çünki bu məmləkətdəsən demə hamı gözəl aşbazdı, hamı löyün-löyün yeməklər bişirə bilir, hamı çeşid-çeşidyemək növləri icad edir. Özü də baş aşbazlar sənət adamlarıdı. Buna necə heyranolmayasan. Digər tərəfdən ölkəsində, məmləkətində tanınmayan «uzman həkimlər» efirlərimizdənbizə dürlü-dürlü sağlamlıq tövsiyələri verirlər. Və biz də telefon əlimizdə canlıbağlantılarla ağrıyan yerimizdən danışırıq, məsləhət alırıq. Bəs buna necə heyranolmayasan?..

Hə, deyəsən mövzunuqarışdırdım. Amma deyəsən tam qarışmayıb, onu da deyim. Oxuyanlarımız «maşallah»hələ oynamağı da gözəl bacarırlar. Hələ üstəlik oxuyub-oynayanlarımız özləri ailə idarə edə bilməsələrdə, ailə idarə etmək barəsində ağsaqqal, ağbirçək tövsiyələri də verirlər. Və deməli…

Bax, bu yerdə mənözümdən asılı olmadan göy üzündən saysız-hesabsız almanın tökülməsini arzu edirəm.Bəlkə o almalar bizi özümüzə qaytardı. Axı bizim ulular deyib ki, «daş dəydi dizinə,ağlı gəldi özünə». İndi bilmək olmaz da,almadı, bir də gördün gəlib dizimizə dəydi. Nə isə…

Mən bu mövzunu eləözümüzə gəlmək notları üzərində bitirmək istəyirəm. Və düşünürəm ki, onun gözəlşeirindən yararlandığıma görə, çox sevdiyim dəyərli Ramiz Rövşən məni bağışlayar.


TƏQVİM / ARXİV