adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Yanvar 2016 15:14
21986
TEXNOLOGİYA
A- A+

“Skype”ın ödənişsiz videozəngləri yaxın günlərdə istifadəyə veriləcək

Populyar "Skype” xidməti ödənişsiz videozənglərin istifadəyə verilməsinin onilliyini qeyd edir.

Bununla əlaqədar şirkət bütün mobil əməliyyat sistemləri ("Android”, "iPhone”, "iPad” və "Windows 10”) üçün ödənişsiz qrup videozəngləri funksiyasını işə salmağı planlaşdırır. Bu funksiya artıq 2 ildir masaüstü kompyuter istifadəçiləri üçün əlçatandır. Lakin yeni funksiyanın mobil versiyası hələ ki, istifadəyə verilməyib.

Şirkətin məlumatına görə, ödənişsiz qrup videozəngləri yaxın günlərdə "Skype”ın yüz milyonlarla istifadəçisinin ixtiyarına veriləcək.