adalet.az header logo
  • Bakı 12°C
11 Yanvar 2016 23:56
23359
TEXNOLOGİYA
A- A+

Azərbaycanlı gənc qaz sızmasına qarşı qurğu ixtira edib

Şirvan sakini 32 yaşlı Şamil Qaçayev bir neçə ay əvvəl hazırladığı cihazda yeniliklər edib.

Adalet.az xezerxeber-ə istinadən xəbər verir ki, qız sızması baş verəndə cihaz yüksək səslə məlumat verir və hava təmizləyiciləri işə salır.

Şamil Qaçayev pult sistemi ilə idarə edilən havatəmizləyicilər üzərində də işləyir. Qaz sızması zamanı mərkəzi qurğudan bütün otaqlardakı hava təmizləyicilərə məlumat ötürüləcək və onlar dərhal işə düşəcək.

Qurğunun hazırlanması 40 manata başa gəlib.

Şamil Qaçayev müəlliflik hüququ əldə etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib. Məktubuna cavab olaraq bildirilib ki, cihaz haqqında müvafiq məlumatların olduğu sənədləri komitəyə təqdim etməlidir.

Şamil Qaçayev deyir ki, tələbat olsa onun sayını artıraraq kütləvi satışını da həyata keçirmək mümkündür.