adalet.az header logo
  • Bakı 20°C

QARLI-ÇOVĞUNLU HAVA...

FAİQ QİSMƏTOĞLU
77420 | 2013-01-10 11:17

Yolpolisi bu cür havayla bağlı sürücülərə xəbərdarlıq edir

Ölkəərazisində yanvarın 9-dan yenidən havalar kəskin surətdə dəyişməyə başlayıb.Təbii ki, hava şəraitinin dəyişməsi ilə bağlı hidrometeoroloqlar öncədən lazımiqurumlara məlumat verib. O da bildirilib ki, hava şəraitinin kəskin surətdədəyişməsi nəticəsində temperatur 8-10 dərəcə aşağı düşəcək, məmləkətin əksəryerlərində sulu qar və qar yağacaq.

Bütünbu xəbərdarlıqlar onunla bağlıdır ki, bayaq dediyimiz kimi, aidiyyəti qurumlarlazımi tədbirləri vaxtında görsün və qar yağarkən bir çox çətinliklərləüzləşməsinlər. Ötən ilin dekabr ayının ortalarında da ölkə ərazisində havaşəraiti qeyri-sabit keçmiş, bir çox rayonlara həddindən artıq qar yağmışdı.Xüsusən də Şimal rayonlarında vəziyyət daha ağır idi. Hətta Bakı-Quba avtomobilyolunun 69-cu kilometrliyində qarın hündürlüyü 60 sm-ə çatmışdır. Həmin günüyolun bu istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayanmış və yolistismar idarələrinin həyata keçirdiyi tədbirlər nəticəsində qartəmizləyəntexnikalar yola çıxarılmış və bütün bu addımlardan sonra yol açılmışdı.

İlknövbədə qarlı-covğunlu və şaxtalı havalarda avtomobillərin hərəkəti daha daçətinləşir. Üstəlik də magistral və şəhərdaxili yollar vaxtında qardantəmizləməyəndə avtomobillərin hərəkəti birə-beş mürəkkəbləşir. Buzlu və qarlıyollarda nəqliyyat vasitələri normal qaydada hərəkət edə bilmir, sürüşür və bir-biriilə toqquşur.

Bayaqdediyimiz kimi, ötən ilin dekabr ayında ölkə ərazisinə qar yağarkən avtomobilyollarında çoxlu sayda qəzalar baş verib. Bundan nəticə çıxaranlar da olub, çıxarmayanlar da.Elə ona görə də yanvar ayının 7-də Baş Dövlət Yol Polisi İdarəsi havaşəraitinin mürəkkəbləşməsi ilə əlaqədar olaraq, sürücülərə bir daha xəbərdarlıqedib. Yol polisi xəbərdarlıq edib ki, hər bir avtomobil sürücüsü hava şəraitinəuyğun sürət həddi seçməli və mövsümlə ayaqlaşan şinlərdən istifadə etməlidir.Bununla yanaşı, sürücülər təkərlərin təzyiqini aşağı salmalı və şüşə silənlərinormal qaydaya uyğunlaşdırmalıdırlar. Şüşə siləni işləməyən avtomobillə yolaçıxmaq çox təhlükəlidir.

Əlbəttə, mürəkkəb hava şəraiti ilə əlaqədar olaraq,həmişə yol polisi sürücülərə davamlı olaraq,xəbərdarlıq edib və onları məlumatlandırıb. Yol polisi onu da bildiribki, mürəkkəb hava şəraitində təcrübəsi olmayan və səriştəsiz sürücülər sükanarxasında əyləşməsinlər. Çünki bu cür hava şəraitində hər hansı təcrübəsizsürücü çətin vəziyyətdə avtomobili idarə edə bilmir və nəticədə digər nəqliyyatvasitələri üçün böyük təhlükə yaradır.

Birfaktı da qeyd edək ki, qarlı və buzlu yollarda mütləq sürücülər avtomobillərinşinlərinə dəmir zəncirlər taxmalıdırlar. Çünki enişli-yoxuşlu və sürüşkənyolları ancaq son dərəcə diqqətli olmaqla keçmək mümkündür. Bir balacasəhlənkarlıq və diqqətsizlik sonda ağır qəzaya şərait yaradır.

Qarlıhavalarda Ağsu dolaylarında, İsmayıllı, Qəbələ, Oğuz, Quba, Qusar, Lerik,Yardımlı istiqamətlərdə hərəkət etmək olduqca çətindir. Təsadüfi deyil ki,dəfələrlə qar yağarkən bu yollarda sürücülərin ehtiyatsızlığı vəməsuliyyətsizliyi üzündən ağır qəzalar baş verib. Avtomobillər yoldan çıxaraqdərəyə yuvarlanıb. Bütün bunlar isə hər bir sürücü üçün bir ibrət dərsiolmalıdır.

Yəni,sürücü fikirləşməlidir ki, hava şəraiti mürəkkəbdirsə, yollar qarla örtülübsəvə buz bağlayıbsa, belə bir şəraitdə sükan arxasında əyləşməyə bir o qədər dəehtiyac yoxdur. Ancaq əfsuslar olsun ki, bəzi hallarda sürücülər bu şəraiti nəzərəalmır, sükan arxasında əyləşir, buzlu yollarda hətta avtomobilləri yüksəksürətlə idarə edirlər.

Bizbu məsələləri bir daha xatırlatmaqla onu demək istəyirik ki, hər bir sürücü yolpolisinin xəbərdarlığına diqqətlə yanaşmalıdır. Çünki hər hansı bir hadisəolanda ilk növbədə sürücülər və hərəkət iştirakçıları yol polisini ittiham edirvə bir çox halda günahı onların üstünə atırlar. Ancaq insaf naminə deməkistəyirik ki, bu qarlı-çovğunlu və şaxtalı havalarda yol polisi həmişəgücləndirilmiş iş rejimində işləyib və çətin vəziyyətə düşən sürücülərə ilkyardımı da onlar ediblər.

Sadəcəolaraq, hər bir insan fikirləşməlidir ki, mən yola çıxıram və mənzil başına dasağ-salamat çatmalıyam. Fikirləşmək azdır, gərək sükan arxasında əyləşən hərbir sürücü papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir. Düşünməlidir ki,yolu qar örtəndə və buz bağlayanda hansı sürətlə avtomobili idarə etsə başıağrımaz.

Bütünhallarda sükan arxasında əyləşən sürücülər qarlı-covğunlu və şaxtalı havaşəraitini nəzərə almalı, ona da uyğun sürət həddi seçməlidirlər. Sürət həddihəmişə hava və yol şəraitinə uyğun seçilsə, inanın, ağır qəzalar da bu qədərçox baş verməz.

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV