Mükafatların ən alisiDİQQƏT
Hərdən öz-özümə düşünürəmki, görəsən bu dünyada ən böyük mükafat nədir və yaxud nədən ibarətdir? Təbii ki,belə düşünməyim sizə qəribə, hətta gülünc də gələ bilər. Amma mən sizin baxışlarınızıhiss edə-edə həmin o düşündüyümü təkrar ağlımdan keçirirəm. Və özüm də suala çevriləno düşüncəmin müxtəlif cavablarını göz önünə gətirirəm, xatırlayıram. Lakin onlarınheç biri ilə razılaşa bilmirəm. Çünki Nobel mükafatından tutumuş üzü aşağı sovettermini ilə desək, «JEK-in tərifnaməsinə qədər, eləcə də elan edilən təşəkkür daxilolmaqla hər bir qiymətləndirmə mükafatdı. Və mən elə bilirəm ki, bu qiymətləndirmə,bu mükafat əslində insana bəlkə də bir borc kimi, bir xidmət kimi göstərilən münasibətdi,verilən dəyərdi. Və bu da müəyyən zaman keçəndən sonra pul xərclənib qurtarır, tərifnamələr də,diplomlar da arxivlərin bir küncündə «qış yuxusu»na gedir. Ona görə də bax, həmino əvvəldə sual formasına saldığım düşüncəmin cavabını xeyli axtarmalı oluram vənəhayət, bu uzun axtarışlaryeni ilin ilk günlərinin birində öz cavabını ortaya qoydu. Baxıb gördüm, üstəlikhəm də inandım ki, insana ən böyük mükafat sən demə diqqət imiş. Bu diqqət insanıürəkdə, yaddaşda, cəmiyyətdə yaşadır, onun varlığını önə çəkir. Yeri gəlmişkən, elə buradaca onu daönə çəkim ki, hətta dünyasını dəyişənlərə, yəni ölənlərədə diqqət göstərəndə onların da ruhu şad olur, onlarbizimlə bir sırada dayanır. Bax, bu mənada yazılarımda, şeirlərimdə müxtəlif məqamlardavurğuladığım həmin o diqqət sən demə,sözün bütün mənalarında insana verilən ən böyük mükafatimiş…
Bəli, Yeni ilin ilkhəftəsində telefonuma gələn bir zəng məni bu yazını yazmağa vadar etdi. Demək olarki, çox seyrək, necə deyərlər, xeyirdə,şərdə görüşə bildiyim tanışlardan biri məni təbrik etmək üçün telefonuma zəng çalmışdı.İki-üç dəqiqə danışdıq və bu iki-üç dəqiqənin içərisində həmin tanışım mənim sonillərdə bir yazı adamı kimi hansı uğurları əldə etdiyimi, hansı kitablarımın çapolunduğunu, özü də harada işıq üzü gördüyünü, üstəlik də hansı yazılarımın onu razısaldığını o qədər səmimi şəkildə söylədi ki, ona inanın ki, heç nə deyə bilmədim.Susduğumu görüb sağollaşanda onu da əlavə etdi ki, görüşməsək də, mən səni izləyirəm!
Bəli, bu kəlmə artıqhər şeyi ifadə etdi. Və mən anladım ki, deməli, hansısa bir tanışın, hansısa biroxucunun yadında, yaddaşında yaşayıram, hər gün onunla həmsöhbət oluram. Və bu söhbətlərimizinonu razı salan məqamları da, etirazına səbəb olan çalarları davar. Deməli, bölgələrimizin birində yaşayanbu insanın mənə ayırdığı diqqət ən böyük mükafat idi. Və mən o mükafatı bir anasüdü kimi, bir halal haqq kimi canıma, ruhuma hopdurdum. İnanın ki, həmin günümömrümün bəlkə də yaşanan illərinin toplusundan qiymətli oldu, dəyərli oldu və içimdəbir ümid göyərdi ki, sən demə bu dünyanın sıra nəfərlərindən biri olsam da, mənkiminsə yerində durmamışam, kiminsə yerini zəbt etməmişəm, kiminsə yerini sıxışdırmamışam.Eləcə, Allahın mənə ayırdığı yerdə özümlə, öz işimlə məşğul olmuşam! Zənnimcə, bumükafatı heç bir rəsmi orqan rəsmi bir şəkildəyaddaşlara, ürəklərə yaza bilməz….
Bəli, insan həyatırəngarəngdi. İstər sıradan biri olsun, istər ən yüksək çinli məmur və yaxud biraydınımız. Deməli, hər kəs öz mühitində, öz yerində həyatının rəngarəngliyini ətrafdakılaramüəyyən vasitələrlə çatdırır. Belə götürək ki, bir əliqabarlı bənnanın divar hörməsəliqəsi müəyyən mənada onun maddi yaşamını təmin edirsə, mənəvi mənada da onu başqabənnalardan ayırıb daha fərqli ünvanlarda, fərqli ölçülərdə divar hörməyə aparıbçıxarır. Bu gedişlər də onun həyatının rənglərini artırır. Çünki hər ünvanın vəhər sifarişin sahibi də bir rəng ifadəçisidir. Deməli, bu mənada mən öz həyatımınrənglərini təkcə işimlə, sözümlə, yazımla deyil, həm də ətrafımdakı adamlara ötürdüyümimpulslarla naxışlayıram, cilalayıram. Onun tünd və yaxud açıq rəngdə olmasını isəmən nə qədər qiymətləndirsəm də, bu,təbii ki, mənim öz qiymətimolacaq. Ətrafın mənə verdiyi qiymət isə əslində həmin o diqqətdi. Ona görə də hərbir Allah bəndəsi ona yönəlmiş diqqəti duymağı, qiymətləndirməyi də bacarmalıdı.Əks halda o diqqət bir tünd qara rəng kimi ünvan sahibinin üstünə kölgə salacaqvə o qara rəng o kölgəni tündləşdirib unutduracaq həmin adama, həmin ünvana. Zənnimcəbu da insanın, təbii ki, normal insanın faciəsidi. İstər sağlığında, istər dünyasınıdəyişəndə unudulanlar mənim düşüncəmə görə elə haqq etdikləri qara rəngin qurbanlarısayıla bilər. Zənnimcə, ən böyük mükafata sahib olmaq istəyənin özü də qarşı tərəfəhəmin o diqqəti yönəltməlidi. Onda yaşamaq daha mənalı olmaqla yanaşı, həm də ümidvericiolur. Çünki sən gözlədiyin kimi səni də gözləyirlər.Bir az da açıq ifadə etsəm, gözləyənin varsa, deməli, sən də gözləyənini gözləyirsən…
Bir az pafoslu, biraz qarmaqarışıq, bir az da fəlsəfi bir formada təqdim etdiyim bu fikrin ifadəsiolan və iki il öncə yazdığım misralar indiəlimdən tutur. Çünki onun məqamıdı, onun yeridi.
Bir üzü dumana getdim
Eləcə,gümanagetdim
Yubana-yubana getdim-
Məni heç kim gözləmirdi…
Bir çapıq daşa söykəndim
Elə bil canlı heykəldim.
Tək,için-için söyləndim-
Məni heç kim gözləmirdi…
Xəşəm sünbülümü biçdim
Ümidin üstdən suiçdim…
Gördüm ki, yox idim,heçdim-
Məni heç kim gözləmirdi…
***
İnsan özünü dəyərləndirməyibacaranda gərək ağılla ürəyi üz-üzə gətirsin, qarşılaşdırsın. Ağılın söylədiyiniürəyin duyduğuyla bir müstəvidə dinləyəndə, müşahidə edəndə məncə ədalətli qərarvermək nisbətən asan olur. Çünki ağlın dərk etdiyini, düşündüyünü,ürəyin duyduğu və yaşadığını bir-birinə qarışdırıb,ələyib ələkdən keçirirsən. Ortada qalan özü sənə qərarverməkdə bir növü kömək edir, vasitəçi olur. Və köməyi bu vasitəçinin hesabına qəbul etdiyin qərar sənivəziyyətdən çıxarır, səni gülüş obyektinə çevirmir. Ən azından görürlər ki, sənbacardığını, gücün çatanı edirsən. Bacardığın kimi, gücün çatan kimi yaşayırsan…
Hə, bu söylədiklərimbir yazı adamı kimi mənim özümə də hamıdan çox aiddi. Yəni qələmlə kağızı görüşdürəndəağıldan və ürəkdən süzülüb gələnləri bir anlıq həmin o ələkdən keçirmək imkanınaşərait yaradanda oxucu artıq ona çatan yazının,sözün içində iynə ucu boyda da olsa bir işıq görür. Təbii ki, bu işıq yazanın ürəyininvə ağlının məhsuludu. Ona görə də görünür və qəbul olunur. Şəxsən mən bu məntiqiözüm üçün bir növ kredoya çevirmişəm. Çalışmışam ki, sözümün, yazımın içində həmino iynə ucu boyda işıq hiss olunsun, duyulsun,görülsün. Amma…
Bəzən qarşılaşdığımyazı-pozunun içərisində saatlarla baş sındırıb,o işığı tapa bilmirəm. Onda o yazının sahibindən çoxözümə yazığım gəlir. Çünki diqqətimi, gözümün nurunu, vaxtımı kül içində qor axtarmağasərf etmişəm. Amma sən demə, bu min illik kül imiş və bu kül əslində öldürülən sözünçürüntüsü, qalığı imiş. Çox təəssüf…
Bəli, indi sözünmeydanı geniş, yazmaq, çap olunmaq, yayımlanmaq imkanları hüdudsuzdu. Belə bir zamandaköhnə kişilərin dediyi kimi, «tənbəkinin bol vaxtında Hətəmin də, Hütəmin də, lapelə yoldan ötənin də» siqaret közərtməsi heç də yaxşı hal deyil. Çünki onun ziyanlıtərəfi faydalı tərəfindən qat-qat çoxdu. Bax, bu mənada sözü öldürənlərin də sözüyaşadanlara və sözün özünə vurduqları zərbə bağışlanılmaz cinayətdi. Təəssüf ki,bu cinayətin maddəsini və cəzanın növünü hələ ki, heç harda oxumamışam, görməmişəm,qarşılaşmamışam. Amma içimdə bir inam var ki, nə vaxtsa bu cəza da müəyyən olunacaqvə bu cəzanın da maddəsi hüquq külliyyatına daxil ediləcəkdi. Yoxsa sözün soyqırımı,Sözün öldürülməsi baş alıb gedir. Adamın Sözü təkcə yazığı gəlmir. Həm də ürəyiağrıyır. Söz isə qan içində boğulur.
Mən bunları elə-belənəyinsə xatirinə yazmadım. Həmin o gördüyüm,diqqətin mənə etdiyi təsir bu fikirləri söyləməyə məni həvəsldəndirdi, məni inandırdı.Mən də elə o həvəslə, o istəklə də bir vaxtlar yazdığım misraları xatırladım.
Sözün
üzünü gördüm
dilinin ucunda
solmuş
çiçək kimi…
Sözün
düzünü gördüm
dilinin ucundakı
solmuş çiçəkdən
tökülən
ləçək kimi-
yaraladı içimi…
sözün
özünü gördüm
dilinin ucunda
solmuş çiçəkdən
tökülmüş ləçəkdən
hörülmüş əlcək kimi
atılıb qalmışdı
ortada
gözləyə-gözləyə
fikirli-fikirli…
qan apardı içimi…
***
Bəli, Yeni ilin yeniayının ilk ön günü arxada qaldı. Gəldik on gün,Yeni illə yanaşı. Amma açığını deyim ki, mən hələ ötənilin şinelindən tam çıxa bilməmişəm. Bilmirəm bu, cəmiyyətdəki durumla bağlıdı,iqtisadi böhranla bağlıdı, yoxsa havaların sərtliyi ilə. Əslinə qalsa bunların hamısıbütövlükdə və ayrı-ayrılıqda köhnə ilin şinelindən çıxmamaq üçün bir bəhanədi. Çünkimən keçmişdən qopmağı, uzaqlaşmağı heç vaxt ürəkdən istəməmişəm. Daha çox orda qalmağa,orda gördüklərimin, içərisində olduqlarımın ətəyindən, aurasından yapışıb qalmağaüstünlük vermişəm. Ona görə də dostlar məni həmişə köhnəliyin nümayəndəsi hesabediblər. Hətta dostum Murad Köhnəqala 7 il bundan öncə mənim 50 yaşımla bağlı yazdığıyazısında vurğulamışdı ki, «Əbülfət Azıx adamıdı!».
Kimlərsə bunu harasa yozur. Mən bu yozumlara reaksiya vermədim. Çünkiən qədim yaşayış məskəni olan Azıx mağarası mənim doğulduğum kəndin dizinin dibindəidi və mən də o mağaradan ayrılmaq istəməmişəm heç vaxt. Sevinmişəm ki, Azıx adamıolmuşam. O adamlar pak, təmiz, halal olduqları üçün və bir də onlar heç kimin, heçnəyin və hətta sözün də qatili olmayıblar!.. Bu da belə… Sonda:
Vərəqlə söz dünyamı,
Bu ocaq köz dünyamı,
Sən mənim öz dünyamı -
Özümdən oxu…
Göy üzünə baxanı,
Yandıranı, yaxanı,
Sən açılan yaxanı
Gözümdən oxu…
Olumumu, ölümü
İllər üzən gülümü,
Əl üşüdən külümü
Közümdən oxu…
Nə yaşadım, nə gördüm
Qum ələdim, daş hördüm…
Mən sizlərə nə verdim?-
Sözümdən oxu!..