adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SALAM, 57, XOŞ GÖRDÜK, SALAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
58003 | 2016-01-05 16:37

Salam , 57, xoş gördük, salam 

Salam, xoş görüşdük ay Nuh adamı! 

Gəlmişəm əlini sıxıb deyəm ki, 

Sən yeni təqvimsən, mən ruh adamı!


Hə,zarafat-zarafat gəlib çıxdıq 2015-in sonuna. Doğrudur, yolun əvvəlini biz başqatərkibdə, başqa əhval-ruhiyyədə addımlamağa başlamışdıq. Arzularımız, xəyallarımızyerə-göyə sığmırdı. Elə bilirdik ki, 2015 bütün ağrı-acımızı, bütün problemlərimiziçözəcək və bizim ən böyük nisgilimiz olan Qarabağın başının üstündəki qara buludlarçəkiləcək, yolumuz Şuşaya düşəcək… Laçına düşəcək… Kəlbəcərə düşəcək… Amma…

Ammabiz saydığımızı zaman saymadı. Çünki onun sayğacı da, bu sayğacın mexanizmləri dəbizim ruhumuza köklənməmişdi. Biz sadəcə özümüzü ona kökləyib arzular, xəyallarqurmuşduq. Təbii ki, birtərəfli köklənmə elə birtərəfli də qaldı. Bizim arzumuzürəyimizdə, 2015-in sürəti və istəyi də öz işində. Bax belə bir qəribə, bir az maraqlı,bir az təzadlı, bir az da havası bizə xoş gəlməyən 2015 ömrümüzün səhifəsini özistədiyi kimi yazdı. Xüsusilə lap son nəfəsində elə bir oyun oynadı ki, bunu nədemək, nə yazmaq, nə də göstərmək mümkün deyil. Sadəcə bu, isti bir odun, alovunüstünə ələnən buz kimi sudan da betər idi. Ona görə də hamımız qar-buza döndük.Yəqin ki, son olayları, maliyyə «fırtınasını» və bizim manata qoşulub üzməyimiz artıq hər kəsin içindəhəmin o buzun soyuqluğunu yaşadır. Ona görə də dərdin qaysağını qoparmadan bircəonu deyirəm ki, 2015 bizim kürəyimizisığallaya-sığallaya sonda kürəyimizəxəncər sapladı. Bu, onun namərdiliyi oldu. Üstəlik…

Bəli,yazımın ilk cümləsində vurğulamışdım ki, biz fərqli bir komanda ilə başlamışdıq2015-i. Mən indi o komandanı gözümün önünə gətirəndə öz-özümə daxili bir sızıltını boğmaq istəsəm dəgücüm çatmır. Çünki «Ədalət»in 25 illik həyatında bu cür sızıltılar olub və nə qədərki, həyat var, yəqin ki, olacaq da. Bu qaçılmaz bir gerçəklikdi və heç kim də ondansığortalanmayıb. Deməli biz, 25 ildə qəzetin yazan qələmlərinin, döyünən ürəklərininsırasından bir yarpaq tökümünün necə gəlib keçdiyini müşahidə və müşayiət etmək zorunda qalmışıq. Buyarpaq tökümü öncə Yusif Misiroğlundan başladı. «Ədalət»in oxucuları onun dadlı-duzluyazılarını, xüsusilə «Poçt qutusu»nu yəqin ki, xatırlayırlar. Sonra Yusif İsmayılıitirdik… Ərşad Mirzəni itirdik… Və günlərin birində də namərd əcəl Pərviz Əliyevinqapısını döydü. Elə gözümüzün önündəcə alıb apardı əlimizdən… Sonra Vahid Əlifoğlunu…Həmişə əhatə dairəsindən kənarda olan, qaçqın həyatımızın bütün nüanslarını sözə,misraya çevirən, hər fikrində bir yeni dünya açan və oxucunu da o dünyanı görməyəhəvəsləndirən Vahid Əlifoğlu… Onu da aldı əlimizdən… Sonra «Ədalət»in ən sevimlivə hamının həmişə duzlu zarafatları ilə kefini ala buludlara qaldıran Oqtay Salamov.İnanın ki, onun necə Tanrı dərgahına çəkildiyini düşünə də bilmirəm. İnana bilmirəmki, bu qədər şux bir adam necə təslim oldu fələyə. Amma görünür, min illərdi deyilənfikir gerçək imiş. Yəni hamıdan və hər kəsdən güclü fələk imiş. Heç kim onunla qalibiyyət dilindədanışa bilmir…

İtirdiklərimizinsırası günlərin birində Çingiz Ələkbərzadə ilə davam etdi. Bir faciənin qurbanıoldu Çingiz.

Azərbaycanədəbiyyatında və bütövlükdə türk mətbuatında öz yeri, öz sözü olan Tofiq Abdin.Hamımızın sadəcə olaraq abi dediyimiz nurlu bir insan. Həmişə başqalarınınsağlamlığı ilə maraqlanan, onun sağlıq durumunun qayğısına qalan, məsləhətləri ilə,diqqəti ilə adamı yaşamağa həvəsləndirən Tofiq abi! Özü bu dedikləri ilə, yəni diqqət yetirdiyi sağlamlıqlanə qədər can bir qəlbdə olsa da, amma o da fələyə qarşı heç bir etiraz, heç birmüqavimət göstərə bilmədi. Qəzetimizin xanım köşə yazarı, öz fikirləri ilə, telefonzəngləri ilə mövzuya fərqli münasibəti ilə seçilən Vəsilə Usubova… Bir dəfə də olsun kimsənin xətrinə dəymədi, kimsədən nə isə ummadı.Sadəcə, yazdı və yazılanlarla bağlı aradabir telefon vasitəsilə mənə fikirlərinibildirdi. Necə deyərlər, fikirlərimizi bölüşdürdük. Və… Elə bugünlərdə də MəmmədDəmirçioğlu tərk etdi bizi. Yazıları ilə Azərbaycanın folklorunu, xüsusilə Gəncəbasarbölgəsini və bu bölgənin aydınlarını «Ədalət»inoxucularına tanıdan və sevdirən şair, publisist, rəssam, heykəltəraş, ən vacibi isətəpədən-dırnağa bir nur olan Məmməd Dəmirçioğlu. O da ürəyin namərdliyinin qarşısınıala bilmədi və fələk onun da ürəyini susdurdu. Lakin ruhunu oxucularından, dostlarından,«Ədalət»çilərdən ayrı sala bilmədi…

Bəli,ilin sonunda belə bir kövrək notlar üzərində etdiyim gəzişmələr sadəcə hesabat deyil.Bu həm də mənim və həmkarlarımın itirdikdlərimizə sayqımızdı, bir ehtiramımızdı.Biz onları özümüzlə birlikdə 2016-ya aparırıq. Təbii ki, 2016-ya keçənlərimiz buyükü daşıyacaqlar. Hələ arada bir günün zaman kəsiyi var və hər anın da öz hökmüolduğu üçün mən o bir günü yaradacağı ab-havadan, münasibətdən ehtiyatla danışıram.Axı hər şey ola bilər…

***

Bütünkədərlərin o biri üzü sevincdi və bütün sevinclərin də o biri üzü kədər. Deməli,biz iki hissin üzləri arasında yol gedirik. Təbii ki, meylimiz daha çox sevincədi.Amma bizdən asılı olmay an və bəlkə də biziidarə edən ilahi güc alnımıza yazdığı qədərin öncədən oxunmasına icazə vermədiyiüçün biz sevincə, yoxsa kədərə daha çox tuş gələcəyimizi bilə bilmirik. Ona görədə həyatımız rəngarəng olur. Sevincə tələsdiyimiz yerdə kədərlə qarşılaşırıq, kədərəmüqavimət göstərəndə bir də görürsən ki, üzümüzə sevinc gülümsədi. Və biz də həmdaxili potensialımızdan, həm həyata, insanlara olan münasibətlərimizdən formalaşdırdığımızümidin ətəyini əldən buraxmadan kədərli anda «bu da keçər» deyirik, sevincli anlarda«bəd gözdən uzaq olsun» söyləyirik. Təbii ki, bu bizim bir Allah bəndəsi kimi özümüzünözümüzə verdiyimiz bir təsəlli, həm də bir növü içimizdə yandırdığımız şamdı. Oşamın işığında həyatı və həyatdakıları görməyə çalışırıq. Amma necə görürük, onlarınecə dəyərləndiririk və onlar bizə hansı təsirləri edir, təbii ki, bu başqa birmövzudu.

Bax, bu söylədikləriminiçərisindən bir xətt gəlib keçir. Bilmirəm, onu hiss etdiniz yoxsa yox. Bu da kədərdənsevincə doğru gedən, bizi yaşamağa, anlamağa və anlatmağa həvəsləndirən, inandıransevgidi. Bax elə o sevgi notları da günü-nə calayır, ömrü-ömrə qovuşdurur. Biz də calanan, qovuşanömrün içərisində sevginin bizə bəxş etdiyi hər türlü məqamı yaşayırıq. Onun bizinəşələndirən anını da, bizə ələm bəxş etdiyi məqamı da. Könüllü təslim olduğumuz bu sevgidən heç vaxt qaçmırıq və ümumiyyətlə,qaça da bilmirik. Çünki onun yuvası, onun sığındığı yerürəkdi. Məlumdu ki, ürək də hökm sahibidi. Ona görə də mən indi bir şeir məqamınınyetişdiyini hiss edirəm.

İnciyirəm özümün

Özümdə olmağıma.

Bu qədər ağrılarla

Dözümdə olmağıma…

Sevinirəm özümün

Özümdə olmağıma.

Ürəyimə sığınıb

Gözümdə olmağına!

İnciməklə sevinmək

Qarışıb bir-birinə…

Sındırsan nə qoyacam

Ürəyimin yerinə?!

****

Hər yeni il mənimüçün təkcə təqvim dəyişməyi deyil. Bu yeni il əslində elə mənim bu dünyaya qədəmqoymağımın başlanğıc günüdü. Ona görə də hərdən özümü unudub az qala kimlərləsəmüqayisə edirəm, hansısa iddialara düşürəm. Elə ki, yeni ilin ilk ayının ikincigünü başladı, onda qayıdıram əvvəlki durumuma. Necə deyərlər, göylərdən enirəm yerə.Düzdü, o bir günlük hökmranlıq da, xəyalpərvərlik də, tay nə bilim təriflərə bürünənəhvalım da həm dostların, həm doğmaların, həm ətrafımın və ən vacibi Allahın mənəmükafatıdı. Necə deyərlər, bir ilin içərisində öncədən bir gün mükafatlandırılmışşəkildə seçilirəm, fərqlənirəm və bundan açığını deyim ki, bir az da imtiyazlı adamlarkimi istifadə etməyə çalışıram. Yəni doğum günüm olan 1 yanvarda mən ərk etdiyimadamlarla zarafatlaşmaq, əylənmək, deyib-gülmək fürsətini qaçırmamağa çalışıram.Doğrudur, son illərdə müəyyən problemlər, xüsusilə qaçqın taleyini yaşamağım buməsələni bir xeyli arxa plana atıb, üstünə pərdə çəkib və yalnız ən yaxınlar yadlarınadüşəndə həmin pərdəni qaldırıb nə isə pıçıldayırlar. Bunun özü də indiki parametrlərləgötürəndə çox böyük diqqət və mükafatdı. Buna görə də yadında olduğum adamlarınhər birinə minnətdaram. Elə həmin o minnətdarlıq hissləri ilə də hərdən öz-özüməpıçıldayıram ki, yaxşı ki, duyanlarımız və duyduqlarımız var. Yoxsa bu dünya, dahadoğrusu, bu dünyada at oynadan namərdliklərbizim üstümüzdən tank kimi keçib sağa-sola gedərdi…

Hə, deməli, yeniilin ilk günündə hər kəsin içindəki ovqatın necə formalaşması mənim inamıma görə,onun sonrakı günləri üçün də bir ipucu olacaq. Bu səbəbdən də yaşadığım illər ərzindəilin ilk gününü xoş qarşılayıb, xoş da yola çalmağa çalışmışam. Doğrudur, həyatın hər üzünü görən bir Allah bəndəsikimi bu inancın dəyişməz bir qanun olduğunu heç kimə sübut edə bilmərəm. Çünki hadisələrözü-özlüyündə şəxsən məni zaman-zaman sual qarşısında qoyub və inancımı alt-üstedibdi. Nə isə…

Bəli, mən bu yazıdabir ovqat yaratmağa çalışdım. İstədim ki, yaşadığımız 2015-in tarixin arxivinə daxilolduğu bu anlarda bir az kədərdən, ağrı-acıdan uzaqlaşaq. Amma nə qədər etdimsədə, alınmadı. Çünki 2015-in soyuq üzü hamımızın gözünün qarşısındadı. Ondan nə gözümüzüçəkə bilirik, nə də o bizim üstümüzdən buz kimi nəfəsini çəkib aparmır. Ona görədə mən yenə üzümü sevgi misralarına tuturam. Düşünürəm ki, qalib gələn mütləq sevgiolacaq.

Günahkardı bir sevgi

Alışmana, sönmənə.

Ondan çıxış yoluvar –

Qolunu aç, dön, mənə!

Həsrət payım qolqalıb

Sağ budanıb, solqalıb.

Bir nəfəslik yol qalıb -

Bir Leyliyə, - dön mənə!

Könlümün əhd amanı

Dili, dini, imanı.

Olum hava limanı-

Sən də göydən enmənə!

Bəli, bu da2015-in sonu və mənim də 2015-də yazdığım sonuncu köşəm. Oxuyun. Sadəcə ona görəyox ki, sizin üçün özümü yazıb, özümü göstərirəm. Oxuyun ki, siz də içinizdəki duyğularlabaş-başa qala biləsiniz və 2015-in ağrı-acısı yadınızdan çıxsın.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV