adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Yanvar 2016 11:11
50978
AVTOMABİL
A- A+

Bakının əsas prospektində avtoxuliqan əməliyyatı - Video

Ötən gecə Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb. APA TV-nin məlumatına görə, Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsünə yol polisi əməkdaşları "Saxla!” əmri veriblər.

27 yaşlı sürücü Sadıq Hadıyev isə əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Daha sonra sürücü hərəkət istiqamətini dəyişərək "Koroğlu” metro stansiyası istiqamətində hərəkət etməyə başlayıb. Avtomaşının saxlanılması üçün Bakının əsas prospektində süni tıxac yaradılıb.

Rafiq Alıyev, YPX əməkdaşı: "Tabeçilik göstərmədi. Dəfələrlə nəqliyyat vasitələri və patrul maşını üçün qəza vəziyyəti yaradaraq, qoşa xəttin tələbini bir neçə yerdə pozub, qarşı hərəkət zolağına çıxıb. YPX inspektorları tərəfindən avtomobil tam təhlükəsiz qaydada saxlanıldı. İlkin baxışda sürücünün sərxoş olduğu bilinirdi. Özü isə sərxoş olmadığını deyir”.

Polis tərəfindən saxlanılan sürücü polisin "Saxla!” əmrinə tabe olmamasını belə izah edib: "Nə avtoxuliqanlıq? Elə bu dəqiqə... Cındır "06" ilə avtoxuliqanlıq eləyəcəm? Yox bir... "Prava”m yoxdur. Nə sərxoş, ədə? Gəl gedək sübut eləyim. Sərxoşsan... Yox bir içkiliyəm”.

Avtomobili sənədsiz idarə edən sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Avtoxuliqanlıq etdiyi üçün onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndəriləcək. 27 yaşlı Sadıq Hadıyev barəsində inzibati həbs qərarı çıxarıla bilər.