adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YENİ İL

SEYFƏDDİN ALTAYLI
82900 | 2015-12-30 22:11

Günahıyla, savabıyla, yaxşılığıyla, pisiylә 2015-ciili yola düşüb getdi, 2016-cı il gәldi.

Türkiyә Türkcәsindә belә bir ifadә var; "gәlәn, gidәniaratır”, inşallah elә olmaz. Bunu yozumlamağa ehtiyac duymuram, çünki Azәrbaycandada, Anadoluda da danışılan dil Oğuz Türkcәsinin qәrb qrupuna aiddir, aralarındasadәcә olaraq şivә fәrqi vardır. Ancaq bunu da demәliyәm ki, hәr ikicoğrafiyada danışılan, yazılan dildә yazılışı, oxunuşu vә mәnası eyni olan cәmisi20 min söz vardır. Bu sözlәrin dә %95-i yadlardan alınan sözlәrdir. Mәnimhazırladığım yeni lüğәtdә isә 88 minә yaxın leksika var. Demәli bu ikicoğrafiyada danışılan vә yazılan dildә 68 min fәrqli söz var, hәqiqәt budur.Allah ulu babalarımıza rәhmәt elәsin. Anadolu ilә Azәrbaycan arasında bu qәdәrfәrq vardırsa Qıpçaq vә Karluk qrupuyla nә qәdәr fәrq var onu da siz fikirlәşin.

78 milyonluq ingilis xalqı dilini dünyanın ünsiyyәtdilinә çevirib, ancaq üç yüz milyona yaxınlaşan әhali sayı olan biz türklәr hәlәdә bir şivәmizi vә ya lәhcәmizi ortaq ünsiyyәt dilinә çevirә bilmәmişik. Demәlibir-birimizi yaxşı başa düşürük…

2015-ci ildә Anadoluda vә Azәrbaycanda seçkilәr keçirildi,quruculuq işlәri aparıldı, aparılır. Hәr iki coğrafiyada da müәyyәn problemlәrvar, hәr dövlәtdә olan kimi bu tәbii haldır. Azәrbaycan, malik olduğu sәrvәtlәrlәzahirdә Türkiyәdәn daha yaxşı yerdәdir, ancaq bu dәlikanlı cümhuriyyәtimizquruculuq işlәrini müstәqilliyini әldә etdiyi gündәn bәri sürәtlә aparsa da qarşısındagedәsi çox yolu var.

Hәr iki qardaş dövlәt dә hәddәn artıq strateji önәmәmalik coğrafiyada yәrlәşirlәr. Hәr iki dövlәtin üzlәşdiyi problemlәrin mәnә görәdoxsan faizi yer tutduqları coğrafiyadan asılıdır. Türkiyә, Azәrbaycandan dahatәcrübәlidir, dövlәtçilik gәlәnәyi daha qәdimdir vә bir imperiyanın davamçısıdır.Bu sәbәblә problemlәrinin bir çoxunu hәll edib, qarşısında yaradılan әngәllәrinaradan götürülmәsindә tәcrübәsini işә salaraq problemlәri daha asan hәll edәbilir. Ancaq hәr iki dövlәt dә imperiya siyasәti güdәn vampirlәrin daimi hәdәfindәdir,olacaqdır da. Buna görә hәr iki dövlәt dirçәlmәyә, inkişaf etmәyә, elmdә vә texnolojidәçağdaş sәviyyәyә çatmağa mәcbur deyil, mәhkumdur.

Xıristiyan dünyası min ildәn artıqdır bizә hücum çәkir.Әslindә üstümüzә yürüş edәnlәrin tamamı xıristiyanlıqdan bir vasitә kimiistifadә edib, indәn belә dә edәcәkdir. Müsәlman dünyası deyilәn mәkanda dinc әhalion illәrdir tarixdә şahid olunanlardan daha betәr qırğınla, yıxımla üzlәşib.Yola saldığımız ildә hәr Allahın günü yüzdәn artıq insan ya bombaların tәsiriilә mәhv oldu vә ya dağıntılar altında qalaraq can verdi. Milyonlarla insanod-ocağını qoyub qaçmaq mәcburiyyәtindә qaldı. Qәrbә sığınanlar da xıristiyandinini mәnimsәmәk kimi bir faktla üz-üzә buraxılırlar. Әrәb alәmi mәhv olub getdi.Bombaların partlamadığı әrәb dövlәtlәri dә güclülәrin könüllü quluna çevrildiyinәgörә hәlәlik yaxalarını ölümdәn vә dağıntılardan xilas etmәyә nail olubdur.

Türkiyә otuz ildәn artıqdır PKK terroru ilә cәbәllәşir.Ondan әvvәl ASALA vardı. İki tәrәfi dә murdan olan ermәni dәyәnәyinin bir ucu qәrblilәrәtoxunduğuna görә onun axıra çatdırılması qarşısında sakitcә dayandılar. PKK isәhәm Türkiyә vәtәndaşı kürdlәrin içindәn çıxıb (ki, әslindә kürdlәrin әn böyükdüşmәni bu terror tәşkilatıdır), hәm dә onun sәflәrindә müsәlman ailәlәrininuşaqları öz dövlәtlәrinә qarşı üsyan edib, ona görә PKK ilә ASALA bir-birindәnfәrqlәnir. Bir dә işin görünmәyәn yönü var. PKK sәflәrindә döyüşәnlәrin azıotuz faizi ermәnidir. Onlarla birlikdә döyüşәnlәrin içindә qәrbli vә şәrqligüclәrin dә adamları var.

Türkiyә, üzlәşdiyi bu problemi dә özünә layiq olan şәkildәhәll edәcәkdi, ancaq olan dinc әhaliyә olur, olacaqdı. Allahdan arzumuz budurki, Azәrbaycan vә Türkiyә torpaqlarında dünyaya gәlib, bu müqәddәs torpaqlarınçörәyini yeyib suyunu içәn insanlar qansoran vampirlәrin toruna düşmәsinlәr. Azәrbaycanınvә Türkiyәnin güclәnmәyi müәyyәn yәrlәrin qarnını ağrıdır, ağrıdacaqdır.Birinci vә İkinci Dünya Müharibәsini yaradanlar bu gün dә meydandadılar. Bizә yaraşanyol isә onların tәlәsinә düşmәmәyimiz, dövlәtimizә, dövlәtçiliyimizә sahibçıxmamızdır.

İnşallah 2016-cı il, yola saldığımız ilin hәsrәtiniçәkmәyimizә sәbәb olmaz. Hamının yeni ilini tәbrik edir, can sağlığı, sәadәt vәuğurlar arzulayıram. Dövlәtlәrimizә dә Ulu Tanrıdan әmin-amanlıq, güc-qüdrәtdilәyirәm.

TƏQVİM / ARXİV