adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Qramşinin özü də bu ölkəni atıb gedərdi!..

FƏRHAD ŞABANOV
34200 | 2013-01-09 11:08

Yeni ilin başlaması ilə əlaqədar olaraq ötən ili dəyərləndirən yazılarqarşınıza tez-tez çıxır yəqin ki. Mən də bunlardan birini qələmə alıb başınızıağrıtmaq istəyirəm. Ancaq düşünürəm ki, yazımın digər yazılardan fərqi olacaq.Çünki Azərbaycanın içində olan bir insan kimi yox, Azərbaycandan kənarda olanbir insan kimi ölkəmizdə baş verənləri dəyərləndirməyə çalışacam. Daha sonraisə Azərbaycanda keçirdiyim günlərin psixologiyama təsirlərini sizinləbölüşəcəm.

2012 bizə nələr qatdı, bizdən nələr apardı? 2012-ci ilə qədərAzərbaycana olan münasibət necə idi, 2012-dən sonra necə oldu?

Azərbaycan üçün 2012-ci ildə ən önəmli hadisə "Eurovision"mahnı müsabiqəsinin Bakıda keçirilməsi oldu. Bu iş üçün əməyini, ağlını,imkanlarını ortaya qoyan hər kəsə təşəkkür edirəm. Çünki bu müsabiqəAzərbaycanın inkişafını bütün dünyaya ixrac etdi. Professional olaraqhazırlanmış video çarxlarla, təşkilatçılıqla və s.

Siz bir insana Azərbaycan haqqında nə qədər istəyirsiniz danışın,şəkillər göstərin, təriflər edin, əgər o insan həmin yerləri görməyibsədanışdıqlarınızın effekti çox olmur. "Eurovision" isə Azərbaycanıdünyaya göstərdi. Azərbaycandakı inkişafı göstərdi. Azərbaycanın ancaq neftçıxaran, qara çarşabdakı göbək rəqsi oynayan rəqqasların, yekə qarın və piyliƏrəb şeyxlərinə bənzər şeyxlərin yaşadığı bir yer olmadığını göstərdi.

Özünü inkişaf etmiş, intellektual və ağıllı sayan bəzi türkiyəlilər varki, həmişə Azərbaycana yuxarıdan aşağı baxırdılar. "Eurovision"dansonra burunlarını donuz kimi sallayıb deyinirdilər: sizin oralar nə gözəlmiş,heç belə təsəvvür etmirdik. Bəli, Azərbaycan özünü isbat etdi. Qarabağınıitirmiş "məğlub Azərbaycan" etiketini cırıb atdı. Bununla yanaşı çoxciddi psixoloji güc qazandı.

Keçən il Azərbaycan kənardan məhz bu cür görsəndi. Əlbəttə ki, qonağınqabağına ən yaxşı nəyimiz varsa onunla çıxmalıydıq. Heç kim kirli qabları,qırıq stol-stulları qonaq otağına yığmır. Mən 2012-ci ildə 1 ay Azərbaycanda,11 ay Türkiyədə oldum. 11 ayın xülasəsini yuxarıda yazdım. Aşağıda isə 1 ayıntəəssüratlarını yazacam...

"Eurovision" müsabiqəsi üçün əmək verən insanlara ona görə təşəkküretmək istəyirəm ki, dünyaya nəyi göstərmək lazımdırsa, onu göstərdilər.Məsələn, yaxşı ki, Bakıya hər qar yağanda daş kimi qartopu düzəldib qızlarınbaşına çırpan qara pencəkli gədələri göstərmədilər. Yaxşı ki, yağış yağandasular altında boğulan şəhəri göstərmədilər. Yaxşı ki, Bakının dar küçələrindəgenələn məhlə uşaqlarını göstərmədilər. Yaxşı ki, Bakıya gələn turistlərinarxasınca toplu halda (10-15 nəfər) düşüb söz atan, söyüş söyən, onlarıqorxudan monsterləri göstərmədilər.

Avropalı bir dostum Bakıda bir həftə qalandan sonra mənə dedi ki, sizininsanlarınız niyə belə əsəbidir. Küçədə gəzəndə qorxuram ki, indi mənidöyəcəklər. Mən isə ona başa salmağa çalışdım ki, Qafqaz insanının ruhu sərtolur, sadəcə bu sərt ruhun simadakı təcəssümü qorxuludur, amma əslində çoxyaxşı, cana yaxın insanlardır. Bu yalanı mən öz hesabıma saymıram, Azərbaycanınkeyfiyyət əmsalını aşağı salanların hesabına sayıram. Ən qorxulu insanlar ardamarı çatlamış insanlardır. Bu insanların üzü qızarmır, utanmaq nədir bilmirlər.Və atalar bu yerdə dillənir ki, utanım yerinizə...

Deməli, biz Azərbaycan olaraq göründüyümüz kimi deyilik. Ya da bizimcəmiyyət dövlətin inkişafına ayaq uydura bilmir. Düşünürəm ki, bizimyaşadığımız və yaşayacağımız dövr Azərbaycanın ən ağrılı-sancılı dövrüdür.Çünki dövlətlə cəmiyyətin inkişaf etmə sırası Azərbaycanda tərsinədi.Qərblilərə baxsaq görərik ki, ilk öncə cəmiyyət olaraq şüurlarınıformalaşdırdılar. Nəyi necə istədiklərini anladılar, daha sonra dövlətləriniözlərinə uyğun formada qurdular. Azərbaycanda isə şüursuz kütlə əksəriyyəttəşkil edir və külək əsən tərəfə yıxılır. Dövlət isə cəmiyyəti formalaşdırmağaçalışır. Misal verərək daha yaxşı anlamaq olar. Ən çox izlənilən televiziyaproqramının yayımının dayandırılması dediklərimə ən gözəl nümunədir. Cəmiyyətintələb etdiyi, ehtiyac duyduğu və nəticəsində ən çox gözünü döydüyü verilişdüşüklük, səviyyəsizlik və əxlaqsızlıq ucbatından efirdən yığışdırılır.

Və sonda yazılanlardan bir nəticə çıxır. Azərbaycan dövləti 2012-ci ildəözünü yaxşı tərəfdən göstərə bildi. Əlinə düşən bütün imkanları ən azından özlehinə çevirməyi bacardı. Ancaq cəmiyyət dövlətin əlinə düşən bu imkanları özbaşıboşluğu ucbatından nəyinki öz lehinə, hətta həm öz, həm də dövlət əleyhinəçevirdi. Bakıya gələn turistlərin ikinci dəfə Azərbaycana səyahət edəcəklərinidüşünmürəm. "Hardan bilirsən axı" deyə soruşa bilərsiniz və mən dəsizə Zirəddin olmadığımı deyə bilərəm. Ancaq bu situasiyada səbəbdən nəticəçıxarmaq elə də çətin deyil.

Azərbaycanın dövlət-cəmiyyət problemi ilə bağlı araşdırmalar etdim vəAntonio Qramşinin teoriyası mənə ən uyğun teoriya kimi gəldi. QramşininMakiavellidən ən çox təsirləndiyi nüans, məhz ziyalıların cəmiyyət içindəhegemonik gücə sahib olub dövlətə qarşı alternativ iradə ortaya çıxarması idi.Qramşinin Marksist fəlsəfədən bəhrələndiyini göz önünə alaraq rahatlıqla deyəbilərik ki, o bu iradəni məhz dövlətə qarşı rəqib olaraq görürdü. Ancaq burahatlığa qapılıb mövzudan qaçmaq da istəmirəm. Düşünürəm ki, dövlət deyilənməfhumu əmələ gətirən cəmiyyətin elə özüdür. Deməli, Qramşinin dilə gətirdiyiiradənin özü elə dövlət iradəsini əlində tutan bir iradədir. Burada cəmiyyətinağıllı-kamallı insanlarının yönləndirdiyi insan topluluğunu idarə edən biriradə vurğulanır. Çünki Qramşi həm də deyirdi ki, bütün insanlar ziyalıdır. Hərkəs intellektual, ağıllı və bacarıqlıdır.

Azərbaycanlı ziyalılar isə ölkəni tərk etməyə davam edir... Deməli,günah başıboş cəmiyyətdə deyil, başı dolu intellektualların cəmiyyəti başıboşburaxmağındadır...

Fərhad Şabanov [email protected]

TƏQVİM / ARXİV