adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SÖZÜN İŞIĞINDAKI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
79032 | 2013-01-08 15:53

Qarşımda bir neçə albom var. Üz qabığı, cildləri solmuş bu albomlar ötənəsrin danışan dilidir. Bu danışan albomlarla neçə saatdı ki, baş-başayam.Çevirdiyim hər səhifənin qarşısında xəyala dalır, özümdən asılı olmadan o illərəçıxıb gedirəm. Bəlkə də getmirəm, bu şəkillər özü məni çəkib aparır. Öz şirindiliylə, öz qədim bağlılığı və oradan boylanan təbəssümlərlə...

...Çox maraqlı bir foto. Sovet dönəminin zabit formasında orta yaşlı birkişi və onun yanında kətil üstündə dayanıb bu zabitə sığınmış üç yaşlı uşaq. Şəklin altında tarixgöstərilib: 1951.

Şəkildəki uşağı tanıyıram. Yanındakı zabiti isə təxmini fəhm edirəm. Ofəhm mənə deyir ki, bu zabit geyimindəki kişi yanındakı uşağın atasıdır.Doğrudan da belədi. O uşaq, yəni Eldar müəllim bir dəfə köhnə albomları ortayaqoyub vərəqləyəndə müəyyən məqamları, şəkillərlə bağlı xatirələri açıqlamışdı.Mən də o söhbətlərin bir qismini yaddaşıma köçürmüşdüm. Ona görə də indi fəhmləduyduğum, tanıdığım hərbi geyimli kişinin də məhz Eldarın atası, rəhmətlikXankişi müəllim olduğunu söyləyə bilərəm. Elə bu məqamda bir xatirəni də çözməkolar. Eldar müəllimin atası Xankişi İsmayılov ikinci dünya savaşınınağrı-acısını duymuş, 1941-ci ildən 1943-cü ilədək döyüş yolu keçmiş, ağıryaralandıqdan sonra ehtiyata buraxılmışdı. Öz zəhmli görkəmi, qətiyyətliiradəsi ilə seçilən Xankişi İsmayılov o ağır illərdə hərbi formanı geyinmək vəbu formada camaat içində görünmək hüququ qazanmışdı. Ona görə də oğlu Eldarla,evin balaca kişisi ilə şəkil çəkdirəndə ataya elə gəlmişdi ki, onun bu əzəmətliduruşu oğluna çətin həyat yollarında bir nümunə olacaq. Yəni, Eldar da qürurunuşax saxlamaqla, nəslinin, atasının adını uca tutmaqla el-obada, dost-tanışarasında həmişə sayılıb-seçiləcək. Zaman göstərdi ki, ata öz fəhmindəyanılmayıb. Ancaq Eldarın cəmi üç yaşı vardı və o, atasının ürəyindən keçənləribilmək gücündə deyildi...

Orta məktəbin ilk sinfində Eldarın maraq dünyası artıq özünü göstərməyəbaşladı. Ağdamda rus məktəbində təhsilalan Eldar asudə vaxtını daha çox iki istiqamətə yönəldirdi. Ya əlində fırçaşəkillər çəkir, ya da idmanla məşğul olurdu. Bu, ortaboy, çevik oğlanın dərsəmarağı, ictimai fəallığı təkcə müəllimlərin deyil, oxuduğu məktəbindirektorunun da diqqətini çəkmişdi. Ona görə də məktəbin divar qəzetininburaxılması, yaxud hansısa stendin, şüarın hazırlanması məsələsi ortaya çıxandadərhal Eldarı axtarır, onun qabiliyyətindən istifadə edirdilər. Tez-tez sinifyoldaşlarının, dost-tanışlarının şəkillərini çəkən Eldar artıq məktəbdə, məhəllədərəssam kimi tanınırdı. Sonralar foto sənətinin, musiqinin də sirrlərinəyiyələnməyə başladı. Rus dili müəlliməsi Lüdmila xanım ona çox vaxtyarızarafat, "korrespondent" deyə müraciət edirdi. Eldar oxuduğuməktəbin rayonda yeganə olan nəfəsli çalğı alətləri orkestrinin aparıcıifaçılarından idi. Sonralar həmin ixtisas üzrə orta musiqi təhsili də aldı...

Bu əlaçı şagirdin pionerqalstuklu şəkli rəngi bozarmış albomdan mənə baxır. Hiss olunur ki, oxumağa,öyrənməyə həmişə hazır olan bu pioner həyatın bütün çətinliklərinə də dözməkgücündədi. Onun cılız bədənində özündən çox-çox böyük bir ürək çırpınır. Özü dəyazmaq, yaratmaq, qurmaq, ucaltmaq həvəsiylə.

Bəzən deyirlər ki, insanın taleyi, alın yazısı onun adından, ilkaddımından, marağından üzə çıxır, görünür. Əgər bu fikrə inansaq, Eldar adınışərh etməyə yəqin ki, ehtiyac qalmaz.Eldarın mütləq bir yaradıcı peşənin sahibi olacağına işarə vuranlar,bunu təsəvvür edənlər yanılmadılar. Orta məktəbin yuxarı sinfində oxuyarkənrespublika mətbuatına, xüsusilə Ağdamda çıxan "Lenin yolu" qəzetinəböyük maraq göstərməsi, ara-sıra qəzet və jurnallara özünün əl boydayazılarını, şeirlərini göndərməsi böyük arzuların kiçik işartıları idi və buişartı günbəgün şölələnir, alovlanırdı.

1966-cı ildə orta təhsilini uğurla başa vuran Eldar İsmayılov məktəbillərindən könül bağladığı rayon qəzetində foto-müxbir kimi fəaliyyətə başladı.Ancaq o, təkcə maraqlı fotoların deyil, həm də onlara maraqlı şərhlər verən, bufotoları tamamlayan məqalələrin, reportajların, zarisovkaların, oçerklərin dəmüəllifi kimi imzasını tanıtmağa başlamışdı. Digər tərəfdən rayonda fəaliyyətgöstərən "gənc qələmlər" ədəbi birliyinin fəal üzvü kimi E.İsmayılovburada sabah tanınacaq şair və yazıçıların, jurnalistlərin də dostu, tərəfdaşıolmuşdu. Azərbaycanın sevilən qələm adamları Şahmar Əkbərzadə, Fikrət Hacıyev,Ramiz Möhsün, Rəhman Babaxanlı, Xudu Sadiq, Qambay Əliyev və digərləri iləbirlikdə Ağdamın ədəbi ictimaiyyəti arasında onun da yeri görünür, sözü,misraları hallanırdı.

Jurnalistikaya, qəzetə böyük sevgisi olan Eldar İsmayılov günbəgün hissedirdi ki, onun böyük auditoriyaya ehtiyacı var. Yəni, Ağdam mühitindən,"Lenin yolu" qəzetindən respublika masştabına çıxmaq, öz sözünü,fikrini ölkə miqyasına çıxarmaq həvəsiylə yaşayırdı. Məqsədi onu mənzilinədoğru aparırdı. Rayon qəzeti redaksiyasında rəsmi fəaliyyətə başladığı ilkanlardan ölkə mediası, xüsusilə televiziya və radio ilə əməkdaşlıq edirdi.Yazdığı ssenariləri və çəkdiyi kinokadrları televiziyaya təqdim edir, efirfəaliyyəti imzasını hər kəsə tanıdırdı. Ölkə televiziyasının xəbərlər, kəndtəsərrüfatı, sənaye, tikinti, rabitə, gənclik proqramları redaksiyaları həmpeşəkar qələm, eyni dərəcədə kino çəkilişləri, telerejissura və montajvərdişlərini özündə birləşdirən bu gəncinə böyük önəm verirdilər. Eldar 1966-cıildən başlayaraq on ildən artıq bir müddətdə Azərbaycan Televiziyasının Qarabağbölgəsində qeyri-rəsmi nümayəndəsifunksiyasını həyata keçirmişdir. Əslində bu "qeyri-rəsmi"ifadəsini onun həmin dövrdə rəsmi vəsiqə ilə ştatdankənar müxbir kimi fəaliyyətgöstərdiyinə görə işlətdim.

Eldar müəllim deyir ki, "o vaxt televiziyada bir bölgədən verilişhazırlamaq üçün ora müxbir, operator, rejissor, işıqçıdan ibarət çəkiliş qrupuezam edirdilər ki, bu da xeyli xərc və əlavə zəhmət hesabına başa gəlirdi. Buişlərin hamısını tək özüm gördüyümdən dövlət teleradio verilişləri komitəsiüçün, necə deyərlər, "göydəndüşmə" olmuşdum. Həm də dövlətteleradiosunda (o vaxt başqası yox idi), ümumiyyətlə, bütün kütləvi informasiyavasitələri redaksiyalarında ştatda olan və kənar müəlliflər üçün ciddi limitvardı, 40 - 60. Qonorar fondunun 40 faizi ştatdakı, 60 faizi isə kənar, başqasözlə, ştatda olmayan müəlliflər üçün nəzərdə tutulurdu. Hər ay ümumi həcmibəzən 100 dəqiqəyə çatan 4-5 veriliş və süjetim efirə verilirdi. Bunun damüqabilində rayon qəzetindəki rəsmi maaşımdan bir neçə dəfə artıq qonoraralırdım. Bəzən televiziyanın redaksiyaları bir-birindən xəbərsiz mənə o qədərsifarişlər verirdilər ki, onları zamanında hazırlayıb çatdırmaq olduqca çətinolurdu. Belə vaxtlarda müəllimlər evi nəzdində yaratdığım "Ulduz"Həvəskar Kino-Foto Studiyasının mənim yetirmələrim olan fəal üzvləri Rəfael vəŞünasib Mehdiyev, Tahir və Zahid Qarayev qardaşları, Bəhruz Axundov, TahirHaciyev və başqaları köməyimə çatırdılar. Onlardan bir çoxu sonralarhəyatlarını media, kino və televiziya ilə bağladılar və bu gün də həminsahələrdə çalışırlar. Tahir Qarayev uzun illər AzTV-nin teleoperatoru olub,Qarabağ savaşının ən yaddaqalan anlarını kamerasının yaddaşına köçürüb, hazırdaİctimai Televiziyanın baş operatorudur".

... Albomdakı şəkillərə baxıram. Burda kimlər yoxdu? Sizə qəribə gələbilər, amma bir rayon qəzetinin fotomüxbirinin çəkdiyi şəkillər və özünün dəgörüntüləri əks olunan fotolar mükəmməl bir yaradıcılıq muzeyi təsiribağışlayır. Böyük alimimiz Xudu Məmmədov, türk dünyasının böyük şairləri,yazıçıları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza Ulutürk,Söhrab Tahir, Zəlimxan Yaqub, Şahmar Əkbərzadə, Cabir Novruz, Tofiq Bayram,Həsən Seyidbəyli... Azərbaycanın böyük həkim alimi Nurəddin Rzayev, tanınmışbəstəkarımız Tofiq Quliyev, xalq artistlərimiz Xan Şuşinski, Sara Qədimova,Arif Babayev, Qədir Rüstəmov, Əbülfət Əliyev... dünya idmanının və idmanjurnalistikasının tanınmış simaları XuanAntonio Samaranç, Jaq Roqq, Cep Blatter, Edvin Moses, Sergey Bubka, NadyaKomaneçi, Toqay Bayatlı, Covanni Merlo və daha kimlər, kimlər... bəzən inanmaqistəmirəm. Çünki bu boyda nəhəng şəxslərlə dostluq etmək, onlarla ünsiyyətqurmaq, Ağdamda, Şuşada, Kəlbəcərdə, Bakıda... Nyu-Yorkda, Torontoda, Afinada,Londonda... bir süfrə başında əyləşmək o qədər də asan iş deyildi və bunu həradam bacarmazdı. Məni düşündürən bu sualın çözümünə Eldar müəlliminsöhbətlərinin birində dediyi xatirələr vasitəçi olur:

"Universitetin jurnalistika fakültəsində oxuyanda müəllimlərimləhəm də dostluq edirdim. Dərsdən sonra çox vaxt birlikdə olurduq. BəxtiyarVahabzadə ilə oxumazdan bir neçə il əvvəldən gözəl, səmimi münasibətimiz vardı.Hətta, toyumda da olmuşdu. Sonralar bu münasibət əsl dostluğa çevrildi. 1974-cüildə Bəxtiyar müəllim Ağdamda idi, Şahmar Əkbərzadə ilə bizim evdə qonaqidilər, gecə də bizdə qaldılar. Mənim yaraşıqlı, bənzərsiz və səliqə-səhmanlıevim, bağ-bağçam Bəxtiyar müəllimin çox xoşuna gəldi və sözarası məndən soruşduki, bu gözəlliyi kim yaradıb? Dedim ki, divarları, "qara" işlərimənim layihəmlə bənna və fəhlələr, bəzək və tamamlama işlərini isə mən özüm.Şahmar əlavə etdi ki, Eldarın barmaqlarının sayı qədər sənəti, qabiliyyəti var.Bəxtiyar müəllim təəccübünü gizlədə bilmədi və dostcasına dedi: "Bəsmaterialların haqqı? Məsələn, mənm gəlirim ayda orta hesabla min manatdır...Dedim ki, mənimki bundan artıqdır və açıqlama da verdim. Tam səmimiyyətlə deyimki, mən kimdənsə üç-beş manat rüşvət ummaram da, almaram da. Qəzetimizinağsaqqal redaktoru Museyib Qurbanov (tanınmış jurnalist, "Lenin yolu"qəzetinin redaktorlarından biri - Ə.M) mənə yaxşı işgüzar şərait yaradıb.Yazılarımı o qədər bəyənir ki, oxumamış mətbəəyə, yığılmağa göndərir.Fotolarımı da bunun kimi. Qəzetdəki aylıq normamı bir-iki günə hazırlayıram vəay boyu ardıcıl təqdim edirəm. Sonra televiziyanın, radionun, başqaqəzet-jurnalların sifarişlərini yerinə yetirirəm. Teleradio komitəsi mənə rəsmivəsiqə verib, onun sifarişi ilə Qarabağ rayonlarına və ətraf bölgələrə, həttaGəncəyə, Tovus-Qazax zonasına gedir,verilişlər hazırlayıram. Rayonlarda məni yaxşı tanıyırlar, təmənnasız, iddiasızadam olduğumu da yaxşı bilirlər. Odur ki, getdiyim rayonların rəhbərləri mənə normal,işgüzar şərait yaradırlar. Hara getsəm, televerilişlər hazırlamaqla yanaşıoralarda maraqlı anları fotokamerama da köçürür, kifayət qədər çoxlufotoşəkillər çəkirəm. Hər ay teleradiodan və respublika mətbuatından Sizinqazancınızın təxminən yarısı qədər müəllif haqqı - qonorar alıram, üstəgəlrayon qəzetindən və rəhbərlik etdiyim dərnəklərdən rəsmi məvacibim. İlin sonunayaxın çəkdiyim fotoşəkillər hesabına ayrı-ayrı rayonlara, kolxoz, sovxoz,zavod, müəssisə və idarələrin iqtisadi-mədəni həyatına dair çoxsaylı tematikalbomlar hazırlayıram, növbəti səfərlərim zamanı ünvanlarına təqdim edirəm vəmənə işimin müqabilində müqavilə əsasında haqq ödənir. Əlbəttə, qanuni vergi vəayırmalar da həmin məbləğlərdən tutulur. Beləliklə, hörmətli şairimiz, halalyolla böyük qazanc əldə edə bilirəm. Şair gülümsədi və "Afərin!!!" -dedi.

Ağdamın tanınmış ziyalılarından Həmzə Əliyev Eldar barədə düşüncələrinibölüşür:

- Onu 1966-cı ildən tanıyıram.Orta məktəbi yenicə bitirib Saratovda ali məktəbə daxil olmuşdu. Amma vətəniüçün darıxmış, təhsilə başlamadan doğulduğu şəhərə, Ağdama qayıdaraq işlə təminolunmaq üçün rayon partiya komitəsinin birinci katibinə ərizə ilə müraciətetmişdi. Ərizəni də araşdırmaq üçün raykomun təlimatçısı kimi, mənəvermişdilər. Eldar gəldi, danışdıq, xeyli söhbət etdik. 18 yaşlı bu gənc məndəözü barədə xoş təəssürat yaratdı. Səmimiyyətimizin də əsası həmin vaxtdanqoyuldu.

Az keçmədən o, rayon qəzetinə foto müxbir və eyni zamanda şəhər 2nömrəli orta məktəbinə təsviri incəsənət və musiqi müəllimi təyin edildi.

Sovetlər dönəmində qəribə düşüncə tərzi mövcud idi. Vəzifəli şəxslər,ticarətçilər, pullu adamlar bahalı əmlaklarını onun-bunun adınarəsmləşdirirdilər, özləri də şəxsi evi, maşını olan insanlara, necə deyim,"birtəhər" baxırdılar.

1976-cı ilin söhbətidir. 29 yaşlı Eldar İsmayılov artıq on il idi ki,Ağdamda, rayon qəzetində işləyirdi. Onu rayon partiya komitəsinə, ümumi şöbəyəçağırdılar. Şöbənin müdiri Məmməd Qasımov çox yaxşı adam idi. Uzun illər biryerdə işləmişdik. İşində məsuliyyətli, bir çox dövlət qərarlarını, çoxlu saydaadamların telefon nömrələrini, maşınların nömrələrini sənədlərə, məlumatkitabçalarına baxmadan əzbərdən deyərdi. Məmməd müəllim Eldara dedi:

- Sənin partiyaya qəbul məsələn müsbət həll olunmalı idi. Amma işlər"fırıqdı". Biz hamımız səni çox istəyirik. Bilirik ki, işgüzar,səmimi oğlansan, işində məsuliyyətlisən. Amma səni istəməyənlər də varmış."Anonimka" yazıblar. Göstəriblər ki, evin, maşının var...g

- Məmməd müəllim, mən ailəli adamam, çöldə yaşamalı deyiləm ki? Fintipli evdə ikiotaqlı mənzilimdövlətindir, qanuni sənədlər əsasında yenidənqurma aparmışam, özüm bir qədər əlgəzdirmişəm gözəgəlimli olub. Maşını dadörd il növbəyə durub dövlətdən almışam, - deyə Eldar təəccübləndi.

- Yox ey, maraqlanırlar ki, bu maşının pulu hardandır?

- Bir azdan gəlib sübut edərəm, - deyərək kabineti tərk edən Eldarbir-iki saatdan sonra qayıdaraq şöbə müdirinin qarşısına bir qalaq kağız qoydu- respublika və ittifaq mətbuatında, televiziyalarda, radiolarda gedənyazılarımın, verilişlərimin qonorar qəbzləridir, buyurun hesablayın, - dedi.

Şöbə müdiri qəbzlərdəki məbləğləri hesablamağa başladı. Az keçmədən:

- Qağa, bu qədər pulla 4 maşın almaq olar! Qəbzlərini götür, yaxşı ki,yığıb saxlayırsan, mən katibə izah edəcəm.Hər şey yaxşı olar, - dedi.

Eldar müəllim ali təhsilillərindən söz açır, deyir ki, bir dəfə Bəxtiyar Vahabzadə auditoriyadayoldaşlarımızdan birinə gənc şair Nüsrət Kəsəmənlinin poeziyası ilə bağlı kursişi yazmağı tapşırdı. Mən yerimdən dilləndim ki, Bəxtiyar müəllim, NüsrətKəsəmənli mənimlə yanaşı oturub. O, təəccüblə mənə və Nüsrətə baxdı. Sonratələbəsinin həqiqətən Nüsrət olduğunu bilib onu təriflədi: oğul, yaxşıyazırsan, şeirlərin xoşuma gəlir, - dedi.

Daha bir unudulmaz xatirə: Xalq şairlərimiz Bəxtiyar Vahabzadə iləHüseyn Hüseynzadə (Hüseyn Arif) arasında nədənsə ciddi bir soyuqluq vardı.1971-ci ilin mayı idi. Dostum, dövrünün tanınmış ziyalısı Yusif Əhmədovlabirlikdə Hüseyn qağanın Basinküçəsindəki (İndiki Füzuli küçəsi) mənzilində qonağı idik. Oğlu Arif (o vaxtsağ idi), dostları Nəzir Eltəkin (Əhmədov), Cəmşid Əmirov da orada idilər.Eyvanda yeyib-içirdik. Yusif müəllim sözarası Bəxtiyardan bir bənd şeir dedi.Gördüm ki, Hüseyn qağanın əhvalı dəyişdi, başına şeir qəhətdi, ay Yusif qağa? -deyə sifətini "turşutdu". Üzümü Hüseyn qağaya tutdum, özüm dəbilmədən yalan söylədim:

- Dünən dərsdə Bəxtiyar müəllim iki qoşa saat müasir Azərbaycanpoeziyasından, əsasən Sizdən danışdı, sizin bir neçə şeirinizi əzbər dedi vəbizə bildirdi ki, Hüseyn Hüseynzadə müasir poeziyamızda çox mötəbər yeri olanşairlərimizdir!

Yusif qağa sevinclə mənə baxdı, heç kəs hiss etməsin deyə sağ qolunustolun altından mənə uzadaraq yumruğunu sıxdı və baş barmağını şəstlə yuxarıqaldırdı.

Bu sözdən sonra məclis əməlli-başlı qızışdı. Hüseyn qağa da Bəxtiyarmüəllimin şeirlərindən söylədi. Onun şəxsiyyətini, poeziyasını necə sevdiyinidilə gətirdi. Mən söylədiyim o yalanın altından çıxmaq üçün Bəxtiyar müəlliminnövbəti dərsində Hüseyn qağadan danışdım və onun Bəxtiyar müəllimin poeziyasınaverdiyi qiymətdən söz saldım. İnanın ki, mənim söylədiyim bu yalan iki xalqşairi arasındakı incikliyi aradan qaldırdı və az keçmədən"Azərbaycan" ədəbi dərgisində (bu gün də nəşr olunur) BəxtiyarVahabzadənin bir necə şeri dərc olundu. Onlardan birinin başlığı belə idi:"Məndən ötdü, qardaşıma dəydi" Başlıq altında isə yazılmışdı:"Şair Hüseyn Hüseynzadəyə".

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV