İLƏ NECƏ BAŞLASAN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
217505 | 2013-01-08 15:02
Mərhum xalq şairimiz, türk dünyasının dəyərli söz adamı BəxtiyarVahabzadənin müdrik ifadələrinin birində poetik şəkildə bildirilir ki,"bir ondan razıyam ki, özümdən narazıyam"!!!

Mən bu müdrik ifadəni elə-belə xatırlatmadım. Əslində düşüncəsi,dərrakəsi yerində olan hər kəs həmişə bir narazılıq, narahatlıq içərisindəyaşayır... həmişə nəyinsə ardınca qaçır. Bəzən də vaxtı, vədəni günahlandırır,saatın ağır-ağır işləməsindən, günlərin ləng keçməsindən, həftənin yorucuolmasından və yaxud da tərsinə, bütün hər şeyin sürətindən gileylənir. Vaxtçatmadığını, zamanın böyük surətlə irəlilədiyini, daha nələri, nələri birnarazılıq obyekti kimi, qınaq kimi dilə gətirir, dost-tanışla bölüşür...

Bax, elə biz hamımız 2012-nin hər gününü, hər anını artıq xatırlayabilmirik. Yalnız əlamətdar məqamlar həyatımıza hopmuş, anlar bizim üçünyaddaqalan olub. Ancaq 2012 başlayanda onun necə keçəcəyini, hansı bürcüntaleyinə nələr düşəcəyini az qala uzun-uzadı müzakirə etdik. Münəccimlərin,öncə görənlərin fikirlərini mətbuat səhifələrinə çıxardıq və arada 2012-ninqışından da, şaxtasından da, eləcə də artan infilyasiyadan, dünyanı bürüyəniqtisadi böhrandan, sayı artan qaynar ocaqlardan az qala palaz-palaz yazılaryazdıq, müzakirələr açdıq. Hətta 2012-nin qorxulu bir gününün də stresiniaz-çox yaşadıq. Düşündük ki, daha dünya dağılacaq və...

Bütün 2012-ci il boyu hər birimizin təkcə özəl həyatında yox, həm dəçevrəsində, onu əhatə edən mühitdə nələrsə oldu, nələrsə yaşandı. Bir də başverənlərin müxtəlif yönümlərdən yozmaqla yanaşı, həm də onları qruplaşdırdıq.Yekunda hər birimizi özümüz özlüyümüzdə 2012-yə qiymət verdik. Şəxsən mənimüçün 2012 yaddaqalan oldu, yaddaşıma yazıldı. Yazılarımla, kitabımla, ailəmdəyaşanan sevinclə... Ona görə də ömür tarixçəmdə 2012-yə özəl bir yer var vəbu yer zaman-zaman öz mərtəbəsindəyaşayacaq, qalacaq...

Amma insan əvvəldə dediyim kimi,bir anın, bir günün içərisində məhdudlaşıb qalmır, daha doğrusu, qalmaq daistəmir. Çünki arzular, məqsədlər onu çabalamağa, vuruşmağa, sabaha doğruaddımlamağa səsləyir. Təbii ki, hərə öz yerişi ilə, addımı ilə gedir sabaha...kiminin əlindən tutub aparırlar... kimi ətəkdən sallaşıb gedir... kimiəlağacına söykənir... kimi iradəsinə, qabiliyyətinə, gücünə. Bütün hallarda buaddımlamaq irəli getməkdi. Bax, biz də 2012-ni addım-addım, günbəgün mənzilkimi, məsafə kimi ölçüb başa vurduq. 2012-də qalanlarımız da oldu. Qatardaqalan bu insanlar əslində taleyin onlara yazılmış yazısını oxuyub bitirdilər.Oxunub bitmiş ömür onlar üçün 2012-də tamamlandı. Bir başdaşına doğumla ölümməsafəsi yazılarkən 2012 göstərildi. Ruhu şad olsun, Oqtay Salamovun...

Hə, bu da 2013. Necə bacardıqsa, hansı addımlarla, hansı sürətləgəldiksə, onu bilənlər bilir, amma doğrudan-doğruya gəlib çatdıq. Maşallaholsun, ilin əvvəli istirahətlə başladı. Düz bir həftə sandıqda, boğçada nəyimizvar idisə, "dəyirmanımızda" üyütdük. Bu da ilk iş günü. Axır ki,işləməyə də başladıq. İndi kimin hansı həvəslə, hansı məramla başladığını deyəbilməsəm də, bircə ona şükür edirəm ki, ilin sonunda bayramlaşıb ayrıldığım hərkəslə ilin ilk iş günündə də bir yerdəyəm. Deməli, həmin komanda, həmin gücyenə öz yerində, öz gücünü ortaya qoymaq iqtidarındadı. Dünyanın harasında nəbaş verir versin, bu komandanın, bu gücün ondan asılacağı yoxdu. Sadəcə biz buil ölkənin böyük bir seçiminin iştirakçısı olacağıq. Deməli, indidən 2013-ünsiyasi havası özünü hiss etdirir. Biz bu siyasi havanın notlarını oxuculara çatdırmaq üçün indidənköklənməliyik. Ona görə ki, məmləkətimizdə gerçəkləşəcək həmin seçim bizlərdənyan keçməyibdir. Daha doğrusu, bizim də sözümüz, səsimiz nəyəsə gərək olacaq!..

Bəli, bu da 2013 və bu da onun ilk iş günü və bu da biz. Hamımız biryerdə, hamımız ədalətli, hamımız ədalətli olmaq arzusu ilə "Ədalət"dəyazırıq. İmkan tapdıqca siz də oxuyun.

Əbülfət MƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV