adalet.az header logo
  • Bakı 21°C

KİMSƏSİZ ADANIN TƏNHA SAKİNİ...

BABƏK YUSİFOĞLU
53602 | 2013-01-08 15:01
Müdrik, ağıllı adamlar deyirlər ki, bu dünyada heç nə səbəbsiz yerəyaradılmayıb, heç nə səbəbsiz yerə baş vermir. Hətta bizim lazımsız saydığımızvə ya mənasız hesab etdiyimiz şeylərin də, hadisələrin də həyatda, bu dünyada öz missiyası, öz səbəbləri var. Düzü bu məntiqi mən dəbölüşürəm. Heç cür ola bilməz ki, Allah gərəksiz, mənasız, heç nəyə yaramayannəsə yatarsın. Yalnız biz insanlar nələrinsə mahiyyətini, mənasını anlayabilmirik. Əlbəttə, bütün bunlara saysız-hesabsız nümunələr, misallar göstərməkolar. Amma buna lüzum yoxdur. Sadəcə son dərəcə təsadüf kimi görünən, lakin bir hadisənin sonradannecə bir zərurətə çevrildiyini görmək doğrudan da heyrətamizdi. Elədialektikada səbəb və zərurət katerqoriyasının da mahiyyəti bunlardandoğmamışdırmı? Bəli...

Kim deyərdi ki, təxminən 300 il bundan əvvəl yaşamış böyük ingilisyazıçısı ser Daniel Defonuhakimiyyət ikiillik həbsxana həyatındansonra Şotlandiyaya göndərməklə əvəzsizbir sənət əsərinin yaranmasına səbəb olacaq, məhz burada ağızdan-ağıza gəzənbir sərgüzəşt Robinzon Kruzonu dünyaya tanıdacaq. Sanki bütün bunlar məhz dünyaşöhrətli bir əsərin yazılmasına görə imiş. Çox maraqlıdı, deyilmi?

Əslində dənizçi Aleksandr Selkirkin başına gələn qeyri-adi hadisələrəinanmaq elə də asan deyildi. Amma bunlar həqiqətən də baş vermişdi. Necə? Gəlinbaxaq...

(Əvvəli qəzetin 26 dekabr sayında)

Bir qədər aralıda hündür təpəliklər vardı. Hər halda oradan adanın gözişləyə biləcək yerlərinə baxmaq mümkündü. Əcaib, naməlum qorxunun vahiməsiiçərisində həmin istiqamətə hərəkət etdi. Əslinə qalsa, Selkirk təbiətcə heç dəqorxaq, çəkingən adam deyildi. Lakin nə vaxtsa belə bir situasiyaya düşəcəyini,üzləşəcəyi təhlükələri heç vaxt ağlından belə keçirməmişdi. Və bu dəhşətlireallıq onu "hazırlıqsız" yaxalamışdı. Özü də qarşılaşa biləcəyitəhlükələrin məchulluğu onun vəziyyətini daha da ağırlaşdırıdı. Bəlkə də nəolacağndan, hansı qorxunc hadisə ilə üz-üzə gələcəyindən qabaqcadan xəbərdarolsaydı özünü daha sərbəst hiss edərdi. Amma naməlum, kimsəsiz adada bu mümkünidimi? Aleksandr bundan sonra bütün hər şeyi - baş verəcəkləri anbaan,addım-addım yaşamalıydı. O buna məhkumidi...

MÜŞAHİDƏ YERİ...

Nəhayət nəzərdə tutduğu yerə gəlib çatdı və ətrafa baxdı. Dənizçipeşəkarlığı, ən çox da intiusiyası onuyanıltmamışdı. Bura masmavi okean suları ilə əhatələnmiş bir ada idi. Aleksandradanın bir tərəfinin qurtaracağını dəqiqgörməsə də uzaqdan bərq vuran okeanın suları hər şeyi deyirdi. O, dənizi dədiqqətlə nəzərdən keçirdi. Sanki bura haradan gəldiyini həmişəlik yaddaşınaköçürmək istəyirdi. Əslində isə onun fikirlərinə hakim kəsilən şey, gəmiləringəlib keçə biləcəyi yeri təyin etmək idi. Selkirk buna ölüm-dirim məsələsi kimibaxırdı. Bu isə elə də asan iş deyildi.

Bir xeyli götür-qoydan sonra Selkirki bürüyən qorxu daha da artdı. Çünki yaxınlığdan keçəcək gəmilərə ümid bağlamağınnə qədər mənasız bir şey olduğunu sankiindi, burada bütün aydınlığı ilə dərk elədi və bu dəhşətli həqiqət ayağınıadaya basdığı andan ürəyinə təsəlli verən kövrək ümidləri də sarsıtdı. Həminanlar bu ada gözlərində məzarı xatırlatdı. Vəhşi heyvanların onun cəsədini necəparça-parça etməsi gözünün önündə canlandı. Buradan qurtuluş ola bilərdimi?

Çarəsiz halda yerindəcə çöküb qaldı, mənəvi əzablar içərisində inildədi.Gəmidə kapitanla yaşadığı bütün dava-dalaşlara görə dəhşətli bir peşimançılıqhissi onu daha çox incidirdi. Amma təbii, Aleksandr gəmi heyəti ilə nələrin başverdiyindən xəbərsizdi. Yəqin ki, bu adaya buraxılarkən ardınca son dərəcəhəsrətlə baxdığı "Senkpor"un az sonra qəzaya uğrayaraq batdığını, busəyahət boyu xəstəliklərdən, cürbəcür mərhumiyyətlərdən sonra yalnız yarısı sağqalan heyətinsə, elə düşməni kapitan Tomas Stredlinqin də orada sulara qərqolduğunu bilsəydi indiki vəziyyətindən təsəlli tapardı. Bəlkə də bu, sağqalması üçün taleyin onunla oynadığı çoxsərt bir oyun idi. Amma o bunlardan xəbərsizdi.

Həmin vəziyyətdə zamanın nə qədər sürdüyünü bilmirdi. Lakin ətrafdangələn qəribə, qorxunc səslər sanki birdaha ona xatırlatdı ki, nəsə etməlidir. Çünki artıq qaranlıq da düşmüşdü.Aleksandr səksəkəli halda geriyə qayıtmaq üçün tələsdi. Bayaq gizlətdiyi"varidatının" yanına gələrək hər şeyini götürdü, daldalanmaq üçün yeraxtarmağa çalışdı. Amma onun belə bir qaranlıqda münasib bir məkan seçəbiləcəyi heç də inandırıcı deyildi. Ona görə də ən yaxşısı dərin çıxıntısı olantəpəcəyə sığınıb elə buradaca gecələməyə qərar verdi. Seçdiyi yer həm də onagörə yaxşı idi ki, güclənməyə başlayan külək buranı tutmurdu.

TƏNHALIQDA İLK SƏHƏR

Səhər gözlərini açanda artıq Günəş xeyli qalxmışdı. Yerindən durubyenidən dünən ətrafı seyr etdiyi yüksəkliyə doğru tələsərkən ona elə gəlirdiki, müşahidə məkanına vaxtında çatmasa yaxınlıqdan gəlib keçən hansısa gəmini nəzərindən yayındırmış olacaq.Budur, dünən gəldiyi yer. Həqiqətən dəburadan açıq dənizin üfüqləri aydın görünürdü. Amma bu açıqlıqda kimsəsizlikadlı bir kabus da vardı. Selkirk uzun müddət nə edəcəyini bilmədi. Hara getməliydi,nədən başlamalıydı?

Selkirk belə qərara gəldi ki, elə buradaca oturub gəmilərin keçməsinigözləməlidir. Özü üçün münasib bir yer seçib gözlərini dənizə zillədi. Bu uzunzaman beləcə davam etdi. Bu müddət ərzində bir neçə dəfə ona elə gəldi ki, haradasaüfüqdə hansısa gəmini görür, hətta sevinclə qalxıb qışqırmaq, hay çəkmək dəistədi. Sonradan anladı ki, bütün bunlar yalnız onun xəyalının məhsuludur.Xasiyyətinə görə inadcıl olan Aleksandrın burada xarakter göstərməyə halıqalmasa da hər halda ona ziyandan başqa bir şey vəd etməyən bu məşğuliyyətinidavam etdirməkdəydi. Yalnız qaş qaralmağa bir qədər qalmış dəhşətli dərəcədəaclıq hiss etdi. Təxminən iki günə yaxın bir müddət idi dilinə heç nə vurmurdu.Sadəcə olaraq yaşadığı stresslər, keçirdiyi qorxu hər şeyi, eləcə də yeməkyeməyi belə yadından çıxarmışdı. Gəmidənadaya "köçərkən" ona verilən yeməyə əl vurmamışdı. Hətta su qabındasuyu da vardı. Selkirk acgözlüklə yeməyin müəyyən hissəsini yeyib qalanınısaxladı. İndi onun üçün dünyada ən qiymətli olan məhz ərzaq idi. Ona görə dəonları göz bəbəyi kimi qorumalıydı.

Qəribəydi, Aleksandr bunların fərqinə varsa da anlamırdı ki, burada boşuna oturubxəyyallarını təqib etməkdənsə, ehtiyat yeməyini tükətməkdənsə özünü bundan sonra necə keçindirəcəyini, haradadaldalanacağını, təhlükələrdən necə qoruyacağını düşünsə, çabalar göstərsə dahayaxşıdı. Amma təəssüf... Axşam qaranlığında dəniz gözdən itəndən sonraAleksandr yenidən dünən gecələdiyi yerə getməyə məcbur qaldı. Səhərə az qalmışyata bildi. Adadakı ikinci sabahını çağırılmamış qonaqların"hücumu"na məruz qaldığı üçün açdı. Belə ki, o ətrafında nələrinsəeşələndiyini, qaçışdığını hiss etdiyindən dəhşətlə ayağa sıçradı. Bunlar nə idibelə?..

ADADAKI İLK TƏHLÜKƏ

İri siçovullar ondakı yeməyin qoxusunuartıq aldıqları üçün qənimətə"sahiblənməyə" gəlmişdilər. Xoşbəxtlikdən yeməyi saxladığı qabın ağzını mökəm bağladığından siçovullaron zərər verə bilməmişdilər. Qaçışan bu canlıların ardınca baxan dənizçi anladıki, bu kiçik adada şirin su var, sadəcəonu axtarıb tapmaq lazımdır. Amma düşündü ki, əgər müşahidə yerinə gedib birgəmi görərsə o, bu lənətə gəlmiş adada nəsə etmək məcburiyyətində qalmayacaq. Yenidən həmin "müşahidəyeri"nə dırmaşdı və dünənki "işi"ni davam etdirməyə başladı. Amma boşuna. Təəssüf ki, Selkirkbunu bir müddət sonra anladı. Yəni, gəmidən verilən yeməyi bitəndən sonra,aclıq ona güc gələndən sonra. Bir neçə gün ərzində yeganə dərdi üfüqdə birgəmini görmək idisə, indi ikincisi, daha vacib, daha gerçək problem onun üstünəgəlmişdi: yaşaya bilmək üçün qida əldəetmək.

Sahilə endi. Hələ gənc olmasına baxmayaraq keçirdiyi həyat tərzinə görəartıq sahibləndiyi peşəkar dənizçi intuisiyası ona harada yeməyə nəsətapacağını xatırlatmışdı. Ən azı ya balıq, ya istridiyyə (yeyilən dənizilbizi), ya da tısbağa ələ keçirə bilərdi. Bunun üçün Aleksandr uzun müddətsahildə dolaşmalı olsa da təxminləri düzçıxmışdı. Bir neçə istridiyyə aclığını dəf etməyə kömək elədi. Təpəliklərinəksinə tərəf irəliləyib oraları gəzdi. Və maraqlıydı, nə vaxtsa adada olmuşdənizçilərin istifadə etdiyi əşyalara rast gəlməsi onu daha dərin bir üzüntüyədüçar etdi. Kim bilir, bəlkə həmin adamlar da adadan qurtula bilməmiş, eləburadaca ölüb getmişdilər. Bəlkə elə irəlidə onu da eyni, oxşar bir tale gözləyirdi.

Selkirk bədbin düşüncələrdən yaxa qurtara bilmirdi. Niyəsə düşünməkistəmirdi ki, əgər burada insanların əşyaları qalıbsa, demək bura gəmiləringəlmə ehtimalı da var. Ümidsiz fikirlər yenidən tüğyan etməyə başladı. Ürəyisıxıldı. Ona elə gəldi ki, ölüm heç uzaqda da deyil. Elə isə bu miskin həyatüçün əzab-əziyyət çəkməyə, mübarizəaparmağa dəyərdimi? Selkirkə görə yox, dəyməzdi. İki şeyi gözləmək dahadoğru gəldi ona: birincisi, yaxınlıqdan keçən hansısa gəmini, bir də heçistəmədiyi ölümü...

DÖRDAYAQLI ÜMİDLƏRİN GÖRÜNMƏSİ

O, "müşahidə təpələri"ndən aralanmaq istəməsə də ətrafıöyrənməyə, adanı gəzməyə qərar verdi vədərin düşüncələr içərisində dolaşmağa başladı. İlk növbədə çılpaq qayalıqlarınarası ilə irəliləyərək ilk düşdüyü yerdən xeyli aralandı. Şimal tərəfdəkisahildən bir qədər uzaqda hündür ağaclar daha sıx cərgə ilə bitmişdi. Vəətrafda quşların uçduğunu da sezdi. Ağaclıqların içərisinə girmədən irəliləməyədavam edən Aleksandrın gözləri birdən qayalıqların aşağı hissəsində hərəkət edəndördayaqlı heyvanları sataşdı. İlk anda dənizçi onların nə olduğunu anlamadı.Qeyri-ixtiyari çiyninə keçirdiyi tüfəngi əlinə aldı. Gördüyü dördayaqlılar onatəhlükə yaradacaq heyvanlar da ola bilərdi. Qeyri-ixtiyari özünü qorumağıdüşündü. Bəli, bu, insan oğlunun hansı məkanda olmasından, necə qərarlarverməsindən asılı olmayan, özü də ən sonda tükənən yaşamaq instinkti idi...

(Ardı qəzetin 15 yanvar sayında)

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV