YANIQ SƏS

ƏBÜLFƏT MƏDƏTOĞLU
81109 | 2015-12-12 10:38

Onu hələ də dinləyirəm

Səhər-səhər eşitdiyim səs bir növü məni evdən bayıra atdı. Səsdə o qədərhəyəcan, təlaş var idi ki, sanki dəhşətli bir hadisə baş verirdi. Mən də həmino təlaşın, o həyacanın təsiri ilə havanın çiskinli olmasına baxmayaraq eləcəköynəkdə atdım özümü bayıra. Tələsdim ki, kiminsə hayına çatım… bu səssahibinin yanında olum… gücüm çatan yardımı göstərim…

Beləcə, təlaşlı bir şəkildə bayıra çıxmağım ailə üzvlərimi təəccübləndirdi.Düzünü deyim ki, onların təəccübü bir az mənə toxundu və dönüb onlara tərəf tərs-tərsbaxaraq elə baxışlarımla da soruşdum:

- Bayırda kimsə hay-haraya salıb, siz də dinməzcə öz işinizlə məşğulsunuz…Sanki heç nə baş vermir…

Gözlərimdən sualımı oxuyan kiçik qızım mənim təəccübümü və bir az da əsəbimiovutmaq üçün gülümsədi:

- Ata, sən yəqin o səsi birinci dəfədi eşidirsən. Amma biz onu çoxeşitmişik. Xlor satan arvaddı. Hərdənbir gəlir, səsi də ki, belə…

Düzünü etiraf edim ki, qızımın dediklərinə öncə inanmadım. Elə bildimki, o, mənim əhvalımı dəyişmək, yəni duruma bir mülayimlik qatmaq istəyir. Onagörə də:

- Hə, yaxşı, – deyib o səsin dalınca getdim. Və küçədə əlində ikiağır zənbil olan yaşlı bir qadınla qarşılaşdım. Düzünü deyim ki, çox zəif bir vücudu olan bu qadının əlindəki zənbillərinhər biri ayrılıqda bəlkə də onun az qala öz çəkisində idi. Bu müqayisə içimdəbir az gülüş doğurdu və öz-özümə dedim ki, bu yükün altında səs ancaq bu cürçıxa bilər. Ona yaxınlaşanı müştəri sayan həmin o təlaşlı səs sahibi:

- Sabahın xeyir ay bala, bə niyə qab gətirməmisən? Yoxdusa,buralardan bir qab tapıb doldurum, – deyə-deyə yolun kənarlarında plastikbutulkalardan axtarmağa başladı.

Mən onun hərəkətlərindən sonra evdə ehtiyac olmayan xloru almağa məcburoldum. Və düşündüm ki, heç qiymətini də soruşmadan aldığım xlora evdə ehtiyacolmasa da, onun puluna bu qədər ağır yükü özü ilə daşıyan yaşlı və çəlimsizqadının yəqin ki, çox böyük ehtiyacı var. Və onu da düşündüm ki, evdə aldığımxlor mənə «baha başa gələcək». Hətta deyinəcəklər ki, bizim istədiklərimizi almırsan,amma gərək olmayan xlora pul tapırsan…

Bəli, səhəri xlor satan bir qadının səsi ilə açıb o səsi də özümləgötürüb işə tələsdim. Yol boyu həmin o yaşlı qadını, o cılız vücudun sahibəsinidüşünürdüm. Bəlkə də onun ehtiyacı, həyatı, ailə vəziyyəti, daha nə bilim nələribir çoxundan rahatdı, qayğısızdı. Amma mən onun səsinin kökdən düşməsinin nədəninianlamaq üçün özümü fikir quyusuna atmaqdan çəkinmirdim. Elə hey öz-özümə sualverirdim ki, bir insanın səsi bu qədər də kökdən düşə bilərmi? Axı qadının,ananın səsi adətən həlim, isti, bir az da ruhu oxşayan olur. Bəs bu xlor satanqadının səsinə nə olub görəsən? Bu sual ağlımda min cürə cavab variantlarıyaratsa da, mən birinin üzərində dayandım. O səsi, daha doğrusu, o səsin tellərinixlor yandırıb. Və yanmış səsin özünün əvəzinə qoxusu səslənir. Bax, ona görə dətəlaşlıdı, həyəcanlıdı, bir az da adamı qorxudandı bu səs…

Mən yanmış səsin təsiri altında çox şeylər düşündüm. Hətta güllələnən səslərdə yadıma düşdü. Amma nədənsə indiki anda yanmış səs mənə Xəzərdəki son hadisənidə xatırlatdı. Telekanallardan izlədiyim kadrlar özü-özülüyündə səsə çevrildi,yanmış səsə. Bilmirəm, niyə paralel aparıram? Niyə müqayisə edirəm səsləri?Amma siz də düşünsəniz, onda yanmış səsin içimizə bir qor saldığını, bir qor səpdiyinimütləq hiss edəcəksiniz. Bax onda siz də başlayacaqsınız səsin nədən yandığınınsəbəblərini aramağa… Hər halda mən belə düşünürəm. Onu da bilirəm ki, səhəriyanmış səsin işığında açmaq o qədər xoş deyil. Amma neyləyim ki, bu xoş olmayansəs bu gün mənim qapımı döydü. Görünür, bu da bir yazıdı, bu da bir əlamətdi,özü də hələ nəyin baş verəcəyini bilmədiyimbir hadisəninmi, bir olayınmı əlaməti…

Və o baş verəcək hadisənin olayı addım səslərini duymadan öncə mən öziçimə çəkilməyə, öz içimin səsinə qulaq asmağa üstünlük verirəm. Çünki bu sübh çağı eşitdiyim və məni bütünlükləbürüyən yanmış səs mənim özümü dinləməyə məcbur edir. Özüm isə o səsdən öncəyazmışdım:

Bu sübh çağı

bu dan yeri

sökülən vaxtı

hər şeyim -

hətta

nəğməni,

şeiri

unudub biz

deyək ki
xoşbəxtdi! -

ürəyimiz -

sevgimizin yuvası…

Tanrı qorusun,

sevənlərlə

olsun həmişə

bu yuvanın duası!

***

Bütün baş verənlər mütləq nədənsə qaynaqlanır. Yəni səbəbsiz heç nəolmur. Küləyin əsməsindən tutmuş ocağın alışmasına qədər… yağışın ələnib suyunbuxarlanmasına qədər. Deməli, səbəb və nəticə arasındakı məsafə əslində həyatdı,yaşamdı. Və biz də olumdan ölümə qədər olan məsafəni bax, həmin həyat kimi,yaşam kimi qəbul etmişik və yaşayırıq da. Doğrudu, insan ağlı öz gələcəyini vəkeçmişini bir-birinə calayaraq ortaya bir məntiq qoyur. Mənə elə gəlir ki, bu məntiqdaha çox təsəlliyə oxşayır və bəlkə dəelə təsəllinin özündən qaynaqlanır. Belə söyləyirlər, etiraf edim ki, mən dəsöyləyib və inanıram ki, ölümdən sonra da həyat var - yaddaşlarda, xatirələrdə, əməldə vəbir dəruhda. Əslində ruh daha ucalıqdadı, daha əlçatmaz yerdədi, amma onunmövcudluğu artıq qəbul olunub. Deməli, bizim o olumdan ölümə olan məsafəmizayrı-ayrılıqda ölümdən ruha olan məsafədə də həyata, yaşama çevrilə bilir. Bu həyat,bu yaşam isə ən çox aydınların, müqəddəslərin, müdriklərin payına düşür.

Bəli, mən tez-tez düşünüb və yazı-pozumda da tez-tez təkrarladığımolum, ölüm məsafəsi ola bilsin ki, dəyərli oxucunu bir balaca incik salsın.Amma düşünürəm ki, bu inciklik ötəri olacaq, keçib gedəcək. Ən azından ona görəki, olum, ölüm məsafəsi oxucunun da haqqı, halalıdı. Və bu mənada mənimyazdıqlarım, dediklərim elə onun da yazdığı və dediyi fikirlərin, düşüncələrinbir növü ifadəsidi. O ki, qaldı səbəblərə, bunlar da ayrıca bir mövzudu. Sadəcə,indiki məqamda, indiki anda bir nüansı diqqətə çatdırmaq istəyirəm. Ora səbəbianlamaq, səbəbi dəyərləndirmək məsələsidi. Bax elə səsi yanmış həmin o cılız,yaşlı qadının sübhün gözünün yuxusu çəkilməmiş evdən əlləri öz çəkisindən dəağır yüklə dolu bir şəkildə yola çıxması da bir səbəbdən doğub, törəyib, ortayaçıxıb. O səbəbi də həmin o yanmış səsin sahibi hamımızdan dəqiq və yaxşı bilir…

Biz öz içimizə çəkiləndə öz səsimizi də, öz duyğularımızı da, həttaöz baxışlarımız da iç dünyamızın pərdəsi arxasında gizlədirik. Elə bilirik ki,qarşılaşdıqlarımız, bizi müşahidə edənlər heç nəyi görmürlər, heç nəyi eşitmirlər,duymurlar. Amma bu belə deyil. Mənim inancıma, düşüncəmə görə, insanın içindəgizlənənləri onun hərəkətləri, onun davranışı, onun baxışları, hətta geyimi,saç düzümü belə qarşılaşdığı hər kəsə söyləyir. Ona görə də Allahdan və onunyaratdıqlarından nəyisə gizlətmək mümkün deyil. Eləcə gizlənmədən və gizlətmədənyerində, mövqeyində olmaq məncə daha ağıllı seçim olardı. Bunu istənilən müstəviyəkeçirsək, yəqin ki, səhv etmərik. Yəni harda durdun, harda oturdun, hansı hərəkətlərietdin, bu səni tanıdacaq, ifadə edəcəkdi.Ona görə də sevginin özündə də bunu gerçəkkimi anlayır, gerçək kimi də təqdim etməkdən çəkinənlər yanılırlar. Axı:

Sən

səbəbsiz yerə

öz şübhələrinə

yağ damızdırdın

su əvəzinə

alışdırdın,

yandırdın,

şübhələrin gücüylə

özünü inandırdın

axşamla səhərin

yerini dəyişəcəyinə!

Sən

şübhələrlə

adamlar

qaynaşan bu şəhərin

tək-tənha

bata-bata günaha

inanmadan heç kimə

hətta Allaha

asi olaraq

dolaşdın küçələrin…

sən

şübhələrinə sındın

şübhələri sındıra bilmədin

təəssüf!.

***

Bəli, bütün günü yanıq səsin üstündə köklənib qaldım və bütün günüözümdə gəzdirdiyim bu səsin əhatəsindən çıxa bilmədim. Hətta mənə elə gəldi ki,o səs mənim telefonumun çağırısına da yazılıb. Telefonum zəng çalanda o səsqulaqlarımda səslənir. Görəsən, bu yanıq səsin məhz mənim yaddaşıma, mənimcanıma hopması uzunmu çəkəcək, çıxa biləcəmmi o səsin əhatə dairəsindən?Yoxsa?..

Deyə bilmərəm. Niyə məhz həmin o öz çəkisindən iki dəfə ağır zənbilləridaşıyan cılız, xlor satan qadının dünən səhər bizim məhəlləyə gəlməsi və mənimdəo səsi eşitməyim nəyin əlamətidi? Nəyin göstəricisidi? Nəyə işarədi? Bunu bəlkədə sizin aranızda kimlərsə bilir. Amma mən bilmirəm. Mənim bildiyim bircə odurki, mən o səsin caynaqlarında ilişib qalmışam. Və hətta içimdə bir xof da var.Düşünürəm ki, bəlkə o səs hardasa mənim dalımca gəlib. Gülməyin, sadəcə, siz dədüşünün və bilin ki, demək hər birimizindalınca bir səs gəlir. O səs bizi gəlib ötüb keçəndə biz də o səsin dalıycagedirik. Məsələn, Akif İslamzadənin, Qədir Rüstəmovun, İslam Rzayevin, SüleymanAbdullayevin, bal səsli Cabir Abdullayevin, Mənsum İbrahimovun. Bu səslər biziötüb keçib. Gedib çatıb Allahın dərgahına. Biz də o səslərin dalınca gedirik.Amma arxamızca gələn səslər tamam fərqlidi. O səslərin nə dediyini yəqin ki, təxminedirsiniz. Axı onlar bizim arxamızca gəliblər…

Yazını beləcə bitirmək istəmirəm. Ona görə də hamımızın daha çoxqapısını döydüyümüz və hamıdan, hər kəsdən gizli ürəyimizdə qoruyubyaşatdığımız duyğulara üz tuturam. İstəyirəm onu da bir səs kimi qəbul edəsiniz.Amma yanıq səs kimi yox, sadəcə, sevgi pıçıltısı kimi.

Mən indicə ovutdum

Dil-dodağı bal qəmi…

Məndən başqa heç kimlə

Danışmayan lal qəmi…

Kamanıma, uduma

Köklənib yan oduma

Sən mənim xoş qutuma

Öz əlinlə sal qəmi…

Çınqı səpən közlə de

Baxışla de, gözlə de

Lap ən acı sözlə de -

De ki, məndən al qəmi!


TƏQVİM / ARXİV