DÜŞÜNCƏLƏR ROMANI

VAQİF YUSİFLİ
50039 | 2015-12-05 09:22
Xalq şairi Sabir Rüstəmxanlı böyük Azərbaycan mütəfəkkiri, XX əsr Azərbaycan romantik poeziyasının baniyi-karı Məhəmməd Hadiyə həsr etdiyi, onun keşməkeşli həyat və sənət yolunu işıqlandıran "Şair və Şər" romanını "düşüncələr romanı" kimi oxucuya təqdim edir və artıq bir neçə nəsr əsərinin də müəllifi olan şairin öz əsərini belə müəyyənləşdirməsi təsadüfi deyil. Sabir Rüstəmxanlı "Bu sənin xalqındır", "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm zirvəsi", "Difat fədailəri" əsərlərini də məhz bu stildə qələmə almışdır. "Düşüncələr romanı" Azərbaycan nəsrində yeni bir roman tipidir və bu səpgidə yazdığı əsərlərində S.Rüstəmxanlı mövzuya məhz fəlsəfi-publisistik aspektdə yanaşır, təsvir etdiyi hadisələr, dövr və zaman, insan obrazları düşüncələr axınından keçir. Təbii ki, bu əsərlərdə roman canrına xas olan sücet və kompozisiya paralelləri, canrın özəl xüsusiyyətləri də qorunub-saxlanır, sadəcə olaraq, romanda oxucu üçün bir çox mətləblər daha geniş planda öz əksini tapır.
Məhəmməd Hadi Azərbaycanın XX əsrdə yetirdiyi ən qüdrətli sənətkarlardan biridir. Amma bəlkə heç bir XX əsr şairinin taleyi onunku kimi sarsıntılı, çətin, məşəqqətli keçməmişdir, heç bir XX əsr Azərbaycan şairinin ədəbi taleyi Hadi qədər mürəkkəb və çox vədə anlaşılmaz olmamışdır. O, azadlıq aşiqiydi, bu gün yaşadığımız müstəqilliyi o, XX əsrin əvvəllərində arzulayırdı, onun xəyal quşu Azərbaycanı-yaşadığı məmləkəti azad və abad görmək istəyirdi. Ədəbiyyatşünasların fikrincə, Hadinin şeir dili əksərən qəliz, elə o dövrdə də çoxlarının çətin anladığı qəliz ərəb, fars, osmanlı kəlmələri ilə süslənmişdi. O, eyni torpaqda doğulan Sabir və Səhhətlə əqidə dostu idi, onların hamısını azadlıq amalı birləşdirirdi, lakin Sabiri və Səhhəti xalq dərk etdiyi, başa düşdüyü halda, Hadini anlamaq çətin idi. Təkcə dil nöqteyi-nəzərindən deyil, ifadə etdiyi ideyaların mücərrədliyi də Hadini anlamaq məsələsində bir əngələ çevrilmişdi. Əlbəttə, bu fikirlərdə müəyyən həqiqət olsa da, onları birmənalı şəkildə qəbul etmək olmaz. Məsələn, mərhum professor Əkbər Ağayev XX əsr Azərbaycan poeziyasının inkişaf yollarına həsr etdiyi doktorluq dissertasiyasında bu üç sənətkarın taleyini obrazlı şəkildə belə ifadə edib: "Sabir, Hadi və Səhhət həqiqətən oricinal, hər biri öz istedadı dairəsində tamamilə təbii və təkraredilməz parlaq ulduzlardır; birincisi (Sabir) poeziya səmasında əbədidir, yandıqca parlayır, parladıqca aydınlaşır və daha gur şölə saçır, şüasının əhatə və təsir dairəsi genişdir, tükənməzdir, həmişə fəaldır; ikincisi (Hadi) çox tez parlamış, gözləri qamaşdıran bir işıq saçmış, tez də ziyasını itirmiş və sönmüş ulduzdur, poeziya səmasından silinməmişdir, öz tutduğu məqamında o yenə də vardır, amma parlaq ulduzlar kəhkəşanının arasında qalmışdır, öz işığı bu günə gəlib çatmır, onu görmək istəyən əvvəlcə aydınlaşdırıcı, yaxınlaşdırıcı jihazlarla silahlanmalı, onun özünü işıqlandırmalı, sonra görməlidirlər, əgər görə bilsələr, o zaman hiss edərlər ki, o sönmüş ulduz da içəridən nəfəs alır, bütün enercisi ilə tünd və qəliz bir üz qabığının altında dərinlərə çəkilib toplanmışdır, plazması hərəkət və fəaliyyətdədir, daxilində proses gedir, jadar-jadar olmuş, daşlaşmış üz qabığı çox möhkəmdirgBəli, Sabir poeziya göylərində hamının gördüyü və görəcəyi ulduzdur, Hadi isə onu görə bilənlərin ulduzudur. Sabir öz əngin poeziya səmasından Yerə-Azərbaycan xalqına və bütün bəşəriyyətə baxıb işıq saçır, Hadini isə Yerdən onu görmək istəyənlər, axtaranlar tapır, onu işıqlandırıb bütün bəşəriyyətə göstərirlərgBu iki ulduzun arasında öz sakit və aramlı işığını bir qaydada saxlayan və bizə göstərən sıravi bir ulduz da var, o-Səhhətdir, incə, ahəstə və təmkinli qələm sahibi Səhhət".
Mərhum professorun Sabir, Hadi və Səhhət haqqında obrazlı şəkildə ifadə etdiyi bu fikirləri bu gün eynən qəbul etmək, paradoksal bir vəziyyət yaradır: indi XXI əsrdir, yenəmi Hadini dərk etməkdə çıxılmaz bir labirintə məhkum olmalıyıq? Axı, Məhəmməd Hadini anlayan, onu dərk edən oxucuların, xüsusilə filoloqların, ədəbiyyat bilicilərinin sayı heç də az deyil. Klassikanı mənimsəmək üçün doğrudanmı "aydınlaşdırıcı, yaxınlaşdırıcı jihazlardan" istifadə etməliyik?
Sabir Rüstəmxanlı öz romanında Məhəmməd Hadini, onun həyat yolunu, sənət taleyini addımbaaddım izləyir və belə bir "jihaza" ehtiyaj hiss eləmir. Sənətkarı, özü də Hadi kimi nəhəng bir sənətkarı dərk etmək üçün təbii ki, kifayət qədər hazırlıqlı olmalısan, onun ideyalar aləmini, bu ideyaların poetik ifadəsini dərk etməlisən və roman boyu S.Rüstəmxanlının öz mənəvi sələfinə, onun yaradıcılığını, yaşadığı mürəkkəb və ziddiyyətli zamanına mükəmməl bələdliyinin şahidi olursan.
Mən yenə konkret bir mülahizəyə müraciət etmək istəyirəm. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov Məhəmməd Hadi yaradıcılığının ən mötəbər tədqiqatçısı idi və indi də onun Hadiyə həsr etdiyi sanballı monoqrafiyası öz elmi dəyərini itirməmişdir. Həmin monoqrafiyada Əziz müəllim lap başlanğıjda Hadinin bir misrasını misal gətirir: "Nə qəmlidir, nə ələmli həyatın, ey şair" və sonra yazır ki, doğrudan da, XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli, oricinal simalarından biri olan mütəfəkkir-sənətkar Hadinin həyatı son dərəcə qəmli, faciəli olmuşdur. Yenə avtobioqrafik mahiyyətdə olan başqa bir əsərində şair nahaq demirdi ki, mən öz tərcümeyi-halımı yazmaqda çətinlik çəkirəm, çünki dərdli ürəyim ajı həqiqətlərlə doludur!...
Sabir Rüstəmxanlı da bütün bu qəmli tərcümeyi-halın təfərrüatlarına yaxşı bələddir və öz romanında bu faciələrin, bu keşməkeşli həyatın üstündən sükutla keçmir. Lakin Sabir Rüstəmxanlı başqa bir yol seçir.Onu Hadinin tərcümeyi-halındakı başqa məqamlar- ijtimai-siyasi fəaliyyəti, Bakıda "Həyat" qəzetində, "Fyuzat" curnalında, Türkiyədə "Tənin" qəzetində bir publisist kimi çıxışları, Birinci Dünya müharibəsində, Balkan savaşında iştirakı, sürgün həyatı, Bakıya dönüşü, Azərbaycanın ədəbi dühaları ilə dostluğu, əqidə yaxınlığı maraqlandırır və roman boyu müəllifin bütün hadisə və olaylara, o dövrün son dərəcə mürəkkəb və ziddiyyətli ab-havasına münasibəti əhəmiyyətli dərəcədə hiss olunur. Düşüncələr romanının bir önəmli jəhəti ondadır ki, keçmişi əks etdirərkən hadisələrə müasir təfəkkürün işığından boylanasan, tarixi çağdaş fikir səviyyəsində qiymətləndirəsən. Konkret desək, Sabir Rüstəmxanlını Hadinin ideyalar aləmi, fikir dünyası daha çox maraqlandırır və "düşüncələr romanı" da bu mərama
Şair və Şər. Bütün əsrlər boyu Azərbaycan şairləri həmişə Şərə qarşı mübarizə aparmışlar və bu mübarizə indi də davam edir. Ancaq şairlərin bu mübarizədə hansı mövqe tutması, hansı missiyanı həyata keçirməsi, eyni zamanda, Şərin miqyası, dağıdıcılıq, məhvedicilik gücü və bu mübarizədə maddi və mənəvi ölümlərin, itkilərin olması təbiidir.
Etiraf edək ki, Azərbaycan nəsrində XX əsrin ən mürəkkəb, hər günü, hər saatı ağır, üzüntülü hadisələrlə dolu olan ijtimai-siyasi mənzərəsi, Şərə qarşı mübarizədə birləşən azadlıq aşiqlərinin mübarizəsi, ideya, fikir ayrılıqları, bir məmləkətin qısa bir müddət ərzində öz müqəddəratını, milli mənliyini, dövlətçilik ideyalarını reallaşdırmaq, müstəqil olmaq səylərini əks etdirən əsərləri barmaqla saymaq olar. Xüsusilə, 1918-1920-ji illərin Azərbaycan həqiqətləri nəsrimizdə təhrif olunmuş şəkildə, əslində, bolşevik inqilabının tarixçəsi kimi qələmə alınmışdı, müsavatçılar xalqın düşmənləri kimi qələmə verilmiş, Azərbaycan Jümhuriyyətinin iki illik hakimiyyətinə, müstəqil dövlətimizə iftiralar, ləkələr, böhtanlar yaxılmışdı. İndi əsl həqiqətləri bədii-publisistik əsərlərlə əks etdirməyin vaxtı deyilmi? Sabir Rüstəmxanlının romanı bu yolda atılan ilk addımlardan biridir.
Məhəmməd Hadi haqqında roman yazmaq heç şübhəsiz, bu böyük şairin həm keçdiyi həyat yolunu, şəxsiyyətini, bir insan kimi mənəvi dünyasını, həm bir şair kimi fərdi, özünəməxsus xüsusiyyətlərini, həm də yaşadığı zamanı, əhatə olunduğu mühiti, daha geniş miqyasda Azərbaycanın və türk dünyasının o zamankı ijtimai-siyasi durumunu dolğun əks etdirməyi qarşıya qoyur. Yəni Məhəmməd Hadi deyəndə bir fərdin, bir şəxsiyyətin, bir şairin deyil, ümumən Azərbaycanın o zamankı taleyi göz önünə gəlir. Onun həyatı da bu mənada simvolikdir- müstəqilliyini yaşayan, lakin bolşevik istilasına məruz qalan Azərbaycan Jümhuriyyəti süqut edir, Hadi də bir neçə gündən sonra Gəncədə, bolşeviklərə qarşı qanlı savaşda həlak olur (Onun ölümü barədə dəqiq, ayı, günü məlum bir fakt ortada yoxdur, müəllifin seçdiyi bu versiya bəlkə daha münasibdir).
Romanda bir-birini ardıcıllıqla izləyən çoxlu hadisələr təsvir olunur və əlbəttə, bu hadisələrin təsvirində öncə qeyd etdiyimiz axarı mühüm rol oynayır. Bütün əsər boyu biz Hadinin daxili dialoqlarını eşidir ya da müəllifin bu hadisələrə münasibətini izləyirik. Obrazlar arasındakı dialoqlar da yetərincədir və bu dialoqlar tərəflər arasındakı fikir ayrıntılarını yaxud biri digərini təsdiq etməsini nəzərə çarpdırır. Sabir Rüstəmxanlının nəsr dili aydınlığı və səlisliyilə, müasir ədəbi dilin səviyyəsini əks etdirmək baxımından diqqəti xüsusilə jəlb edir, "Ömür yolu"ndan son nəsr əsərlərinə qədər bu dil oxucunu öz jazibəsində saxlaya bilib. Bu dildə şeiriyyət də var, obrazlı ifadələr, jümlələr, publisistik çalarlar, gözəl təbiət təsvirləri, obrazların hiss və həyəcanlarının lirik, emosional məqamları da. Ömrü boyu dilimizin saflığı, gözəlliyi, duruluğu uğrunda mübarizə aparan bir şairin, tanınmış bir ziyalının əsərində təbii ki, dil pəltəkliyinə rast gələmməzsən. Baxın: "Bəli, dünən Şamaxını yox edən zəlzələ bu gün dünyanı silkələyəcək. İnsanlığa, hürriyyətə, millətə zidd olan nə varsa, sözümün odunda külə dönəcək. Dünya yeniləşmək istəyir. O yenilik yoldadır, gəlir. Türkiyəyə, İrana, Azərbaycana, bütün ŞərqəgBahar havası kimi. Sübhün mehidir, qönçələrin şehidir, dünyanın üzünü yuyan yaz yağışıdır bu yenilik. Vijdan çiçəklərini güldürəcək, şərin ümidlərini öldürəcək, uçmaq üçün yarananları pərvazlandıracaq, batmaq üçün doğulanları batıracaq, jəhənnəm qapılarını bağlayıb jənnət qapılarını açacaq, hürriyyət gülzarı çiçəklənəcək, millət yolu işıqlanacaq..Dünya başdan-başa təzələnəcək. Həqiqətin üzü səhərlərdən daha gözəl, məhəbbətin işığı qəmərdən daha güjlü olacaq! Mən də yorulmadan oxuyacağam.Hürriyyət bağçasının bülbülü kimi".
Roman Şamaxı zəlzələsinin təsviri ilə başlayır və Hadinin ölüm səhnəsi ilə başa çatır. Bu ZAMAN Hadinin təhsil aldığı mollaxanadan başlamış, Şamaxıda və Kürdəmirdə keçirdiyi günləri, illəri, müəllimlik fəaliyyətini, Bakıda, Həştərxanda, Türkiyədə yaşadığı dövrü, müharibədə iştirakını və sonda pəcmürdəhal, incimiş, sınmış, xəyalları alt-üst olmuş bir vəziyyətdə Bakıda, Gəncədə gəzib-dolaşması -bir sözlə ömür kitabının bütün səhifələrini əhatə edir. Və müəllif Hadinin Şərlə mübarizəsində həmfikir olduğu şəxsiyyətləri də bircə-bircə təqdim edir: Əlibəy Hüseynzadə, Sabir, Abbas Səhhət, Əhməd Ağaoğlu,Əhməd Kamal, Türkün böyük şairi Tofiq Fikrət və b. Əlbəttə, onların biri əhəmiyyətli dərəcələ nəzərə çarpırsa, digərləri yalnız epizodik səciyyə daşıyır. Əlibəy Hüseynzadə təkcə bir fikir adamı, ideologiya banisi kimi deyil, həm də bir şəxsiyyət kimi diqqəti jəlb edir. Yeri gəlmişkən, qeyd edim ki, Əlibəy Hüseynzadənin ömür yolunun bir romanda əks olunmasına böyük ehtiyaj duyulur. Məhəmməd Hadi haqqında bu romanı qətiyyən gecikmiş hesab etmirik. Millətin ən əməlpərvər, mütəfəkkir şəxsiyyətləri barədə həqiqi SÖZün çağımızda deyilməsi yeni nəslin də mənəvi tərbiyəsində böyük rol oynaya bilər. Çünki indiki nəsil arasında (özü də əksəriyyət) Hadini tanımayan çoxdu. Sabir Rüstəmxanlının romanı Hadini onlara tanıdacaqg
Yazımızda Hadinin dilinin qəliz olduğu barədə ədəbiyyatşünaslıqda kök salmış və müəyyən dərəcədə doğru bir fikri xatırlatmışdıq. Bu yazını onun "Dilək ölməz" şeirindən bu misralarla bitirirəm. Nə qədər sadə, nə qədər səlisg

Xəstələrə səhhətsən,
Güjsüzlərə qüvvətsən.
Dünya cəhənnəm olsa,
Sən özün də jənnətsən.

Yol göstərən ay dilək,
Nicatın özü sənsən.
Yaşamağı sevdirən-
Sözümün düzü sənsən.

Bu ağır yük çəkilməz,
Şu ajılar açılmaz.
Sənsiz, a parlaq dilək,
Qaranlıqlar keçilməz.

Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır!

TƏQVİM / ARXİV