adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

MƏMMƏD KOX

MƏMMƏD DƏMİRÇİOĞLU
35007 | 2015-12-05 09:44
(Əvvəli ötən şənbə sayımızda)

- Annax bəy düz buyurdu, gənc zabit. Bu atın qiyməti yoxdur.
-Baba, doğru buyurdunuz, bu atın doğrudan da qiyməti yoxdur. Amma üstümdə kifayər qədər pul var. Bu pula 10 at almaq olar. Bu azlıq etsə, qalanını göndərə də bilərəm. Təki siz razı olun. Bu atı gözüm tutub, məni naümümüd etməyin.
Hamı Məmməd koxanın verəcəyi qərarı gözləyirdi. O, təfərinclə gənc zabiti təpədən dırnağa süzdü. Sovet mundiri geyinmiş gənc zabit çox yaraşıqlı idi. Uuca boyu, enli kürəyi mundiri ilə həmahəng idi. Çiynindəki paqonlarında yanan bir cüt ulduz göz qamaşdırırdı. Məmməd koxa ayağa durdu. Dostlar da onunla birlikdə ayağa durdular. Çolə çıxıb, ata yaxınlaşdılar. At sahibini görüb, başını yellədi, ayaqları ilə yeri eşməyə başladı. Məmməd koxa ona yaxınlaşdı, cəhrayı rəngə çalan burnunu sığalladı, yüyənini ağacdan açıb, gənc zabitə yaxınlaşdı:
-Oğlum, biz at samırıq. Amma bu atı sənə bağışlayıram. Çox xoşuma gəldin.Bu at həm də mənim dostumdu. İndi isə sənin dostun olsun. Dosta dost payı yaraşar. Ver əlini, biz də dost olaq.
Gənc zabit yerindəcə donub qalmışdı. Belə bir səxavət heç ağlına belə gəlməzdi.
-Baba, bu boyda hədiyyə olmaz. Axı biz heç tanış da deyilik. Mən bunu götürə bilmərəm. Amma siz də haqlısız. Bu atı satmaq da mümkünsüz.
-Qardaşoğlu,-deyərək Uzun Allahverən müdaxilə etdi:- Bu atı hər adam bağışlaya da bilməz. Bunu ancaq Məmməd koxa edə bilər. Bax, bu boz ayğırı da mənə bu kişi bağışlayıb. At murazdı, götür, işlərin avand olsun.
-Məmməd koxa?- Mən bu adı unutmaram və Allah imkan verər, bu yaxşılığı üstümdə qoymaram, deyib, qızıl quş kimi atın belinə sıçradı...

***

Doğrudan da "çörəyi suya at, yaxşılıq suda da qalmaz"-deyib atalar.
Bir sufi dərviş, bu atalar misalını sınaqdan çıxarmaq istəyir və hər gün çörəyinin parasını Dəclə çayının sularına atmağa başlayır. Bu işindən usanmayır, illərlə ruzisinin paraını Dəclə çayının sularına pay edir, suyun onun yaxşılığından necə çıxacağını gözləyir.
Günlərin birində, şahın çaparları onun evinə yaxınlaşır, çörəyi suya onunmu atmasını soruşurlar. Qoca sufi:-" Bəli, Dəclə çayına çörəyi atan mənəm."- deyir. Onu şahın yanına aparırlar. Şah, qoca sufidən soruşur:- " Ey qoca, bu ruzini illərcə suda niyə axıdırdın?" Qoca sufi-" Suya yaxşılıq edirdim. Gözləyirdim ki, su bu yaxşılığın əvəzini verə biləcəkmi?- deyir. Şah ayağa durub, qocaya yaxınlaşır:- Sənin bu yaxşılığın hədərə axmayıb, ey müdrik qoca. Sən mənim yeganə varısim olan oğlumu xilas etmisən. O, Dəclədə çimərkən, köpüklü dalğalarla axır, üzüb bir yana çıxa bilmir və çox-çox uzaqlara axıb gedir. Qismətindən suyun ortasında olan bir çiləkənə ilişib qalır. Həftələrlə onu axtardıq və 10 gündən sonra tapdıq. Soruşduq ki, necə oldu ki, acından ölmədin? Cavab verdi ki, hər gün su ilə bir parça çörək axırdı və mən bu on günü o çırıkləri tutaraq yeyirdim. İndi sənin yaxşılığının zamanı gəlmiş. "-deyib, bir kisə qızılı ona bağışlamışdı.
Məmməd koxanın txmin etdiyi zaman gəlib çıxdı və günlərin birində onu da vətən xaini kimi damğaladılar. Bütün ömrünü vətəninə xidmət etmiş, torpağını, millətini göz bəbəyi kimi istəmiş Məmməd koxa,vətən xaini kimi sibirə sürüldü. Omrünün ahıl vaxtında bu ağır cəza ona ölümə bərabər idi. Qışda soyuq, yayda istisinə dözülməz sürgünlük həyatına alışa bilmirdi. Bu məkanda onu taıyan, adına, qocalığına baxan kim idi. Hər ağır işə göndərilir, yeri gələndə təhqirlərə də məruz qalırdı. Belə çox dözə bilməzdi Məmməd koxa. Ölüm, belə yaşamaqdan daha gözəl olardı.
Allah çox ədalətdi və az keçməmiş bəxti üzünə güldü. Onlara rəhbərlik edən əsgər, Məmməd koxaya yaxınlaşarq dedi ki, qoca, bu gündən sənin işin yeməkxanaya rəhbərlik etmək olacaq. Azuqələrin gətirilməsi, işçilərə nəzarət işləri sənə tapşırıldı.
O gündən Məmməd koxanın zillətli günlərinə son qoyuldu. Bu azmış kimi, bir gün həmin əsgər onu korpus komandanının yanına apardı. Çanını təşviş almış Məmməd koxa zabitdən soruşdu:
- Yoldaş leytinant, rəisin mənimlə nə işi ola bilər? Bəlkə bir qəbahətim olub?
-Qoca, bəxtin gətirir, deyəsən səni sürgündən azad edəcəklər.
Qulaqqlarına inanmayan Məmməd koxanın matı-qutu qurumuşdu.
-Mən nə igidlik göstərdim ki, məni əff edirlər?
-Sənin igidliyin odur ki, korpus komandirinin xoşuna gəlmisən.- deyib, zabit onun gözləməsini tapşırıb, komandirin kabinütinə girdi. Az keçməmiş onu içəri dəvət etdilər. Məmməd koxa içəri girəndə, uca boylu komandir gülümsəyərək ona yaxınlaşdı. Başının işarəsi ilə əsgərə çıxmaq əmri verdi. Təklikdə qalanda Azərbaycan dilində danışmağa başladı:
- Məmməd koxa, məni tanıdınmı?
Məmməd koxa təfərinclə komandirin gözlərinin içnə baxdı.
-Tanıya bilmədim, yoldaş komandir. Amma sifətiniz çox tanış gəldi.
- Mən həmin o gənc zabitəm. At bağışladığın zabit. Allahın işinə bax ki, gəlib mənim korpusuma düşmüsən. Mən, yoldaş Stalinə məktub da hazırladım. Sənin əff olunmanı xahiş etdim. Bu çox uzun prosesdi və başını yormaq istəmirəm. Axır ki, isdtəyimə nail oldum, və əff fərmanın hazırdı. Bu yaxınlarda vətənə dönəcəksən...
Bütün buları vətənə döndükdən sonra Məmməd koxanın özü nəql etmişdi. Qəribə olanı isə bu idi ki, dünyanı dolanıb, vətənə qayıdan Məmməd koxanın çəmadanını Bakı vağzalında oğurlamışdılar...
***

Zatən ulu bir soya söykənən Məmməd koxa Qazax mahalında böyük nüfuz sahibi idi. Atası Mahmud koxa, Daş Salahlı kəndinin ilk koxası olmuş Avdı koxanın oğlu idi.
Atasını erkən itirmiş Məmmədə, ata-babasından zəngin miras olaraq Mehrab yataqlarında saxlanılan qoyun sürüləri, naxırları və at ilxıları qalmışdı.
1878-ci ildə Daş Salahlı kəndinə koxa təyin etmək üçün kəndə gələn quberniya nümayəndələri, Məmmədi 19 yaşında olarkən kəndin koxası təyin etmişdilər. 1918 ci ilə qədər, yəni 40 il həmin kəndin koxası olmuş Məmməd koxa, bu illər ərzində Gəncəbasar, Borçalı və ətraf bölgələrdə ən tanınmış simalardan birinə çevrilmişdi.
O, dəfələrlə Tiflis şəhərinə getmiş, Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri Aleksey Osipoviç Çerniyayevski və marif xadimi olan Firudin Bəy Köçərli ilə dəfələrlə görüşüb, öz vəsaiti hesabına 1907- ci ildə Daş Salahlı kəndində ilk ibtidai orta məktəbin açılmasına nail olmuşdur.
Kəndin içməli suyu olmadığından camaat əziyyət çəkirdi. Dağlardan kəndə çəkdirdiyi "Qara bulaq" bu gün də kəndi sərin su ilə təmin edir.
Həmin bulağın açılışı bir elat bayramına çevrilmişdi. Aşıq Ələsgərin ilk şəyirdi olan aşıq Əsəd də həmin şənlıkdə iştirak edir, ətraf bölgələrdən, Qazağın hər yanından gəlmiş bəylər, koxalar bu səxavətli kişinin təşkil etdiyi el bayramında iştirak etmiş, hədiyyə olaraq xeyli miqdarda vəsait toplanmışdı. Məmməd koxa isə yığılan pulları kasıb insanlara paylamışdı.
Qazax quberniyasına qubernator təyin olunduqdan sonra, müxalif olan daxili qüvvələr ona bir neçə dəfə sui qəsdlər təşkil etmişdilər. Bəzi hallarda onun yerinə göz dikmiş hakimiyyət hərisləri, düşmən mövqeyində olan qonşullarla müttəfiqlik etməyə belə əl atırdılar. Bu səbəbdən Məmməd koxa ehtiyatı əldən vermir, yaxın dostu olan Uzun Allahverənin, Annax bəyin etibarına və mərdliyinə kürək söykəyirdi:
1916-cı il, iyun ayının ortaları idi. Hadi koxa, qardaşı Mahmudun öyüd-nəsihətlərinə məhəl qoymadan Məmməd koxanı öldürməyə fürsət axtarırdı. Şuğulları çox yaxşı işləyən Hadi koxaya, Məmməd koxanın hər addımı haqda məlumatlar gəlir və onun evində düzənlənmiş qonaqlıqda kimlərin iştirak etdiyini belə ona söyləmişdilər. O, bilirdi ki, sübh tezdən Məmməd koxa bazara mal- qoyun alış-verişinə çıxacaq. Odür ki, silahlı dəstəsinə Daş Salahlı ilə Ükməzlinin arasında olan meşə zolağında pusqu qurmağı tapşırmışdı. Özü isə dan yeri sökülməmiş, igidliyinə güvəndiyi qaçaq Aslanla birlikdə pusquda dayanmış dəstəsinə yaxınlaşdı.
Xoruzların ilk banında Məmməd koxa öz dəstəsiylə mal-heyvanı haylayıb yola çıxdılar. Circiramaların yeknəsək səsləri, qoyun-quzu mələşmələrindən perikərək gecənin sükutuna qarışıb qeyb olmuşdu. Alatoranlıqda heyvanların fısıltısı, iri malqaraların gupbuldayan ayaq səsləri, qoyun-quzuların mələşmələri yoldan qalxan toz buluduna qarışıb boz bir bir zalaq yaradırdı. Qabaq tərəfdə üç atlı, arxa tərəfdə isə çiyni silahlı daha dörd atlı sürünün arxasıyla hərəkət edirdi. Xoş ayaz gətirən səhər mehi alatoranlığı silib- süpürür, hava yavaş-yavaş işıqlanmağa başlayırdı. İki atlının ortasında boyca hər iki atlıdan kiçik olan Məmməd koxa, dolu bədəniylə o birisi atlılardan xeyli fərqlənirdi.
Qəfil açılan güllə səsi gecənin bağrını yardı. Perikmiş quşlar pırıltıyla uçub gecənin qaranlığına qarışdılar. Hürküşən mai-heyvan qəfil səsdən diksinərək bir-birinin içinə sığındılar.Məmməd Koxanın atı ləngər vuraraq geri sıçradı, sinəsindən dəyən güllə onu atdan yerə yıxdı. Hər iki tərəfdən güllələr açıldı, Meşədən çıxan atlılar qaçmaq üçün atlarını əks tərəfə çapmağa başladılar. Uzun Allahverən öndə gedən atlını nişan aldı. Çaxmağın çəkilməsi ilə atlının atdan yıxılmağı bir oldu.
Məmməd koxa yaralanmışdı. Sağ çiynini parçalamış güllə körpücük sümüyünü sındıraraq sinəsindən çıxmışdı. Yarası ağır olmasa da, onu qan aparırdı.
Hadi koxanın vurulduğunu görən atlılar geri döndülər. Güllə onun kürəyindən keçib, sinəsini parça-parça etmişdi. Onda həyat əlaməti yox idi. Amansız güllə ürəyini darmadağın etmişdi.
-Qanımı yerdə qoymadın, oğlum - deyərək, Məmməd koxa əlini ona uzadan Uzun Allahverənin əlini sıxmaq istəsə də bacarmadı. Xeyli qan itirmişdi. Annax bəy cib yaylığını yandırıb yarasının üstünə basmışdı. Gecikmədən Məmməd koxanı evə çatdırdılar...

TƏQVİM / ARXİV