UNUTMAQ İSTƏYİRƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
98381 | 2015-12-05 11:13

Amma bu mümkündeyil

Məni üzürlü sayın... İradlarıma görə məniqınamayın... Yazdıqlarıma görə mühakimə etməyin. Ümumiyyətlə, mənim bu yazımdagünah, nöqsan axtarmağa cəhd göstərməyin. Çünki bu yazımda mən özümü, həyatımı,düşüncələrimi bir az çılpaq göstərmək istəyirəm. Bilirəm ki, oxucu qarşısına,ümumiyyətlə, ortalığa geyimsiz çıxmaq yaxşı hal deyil. Buna görə adamıdaş-qalaq da edə bilərlər. Amma səmimiyyətimə inanın. Son gunlər özüm də bilmirəmnədənsə bu qəfil dəyişən hava kimi mən də bir az özümdən yazmaq, özümdən danışmaq,özümü göstərmək istəyirəm...

Bax, ötən gecəqaranlıq otağı işığa qərq edən şimşəyin işıqları balaca evimin bütünkünc-bucağını işıqlandırmışdı. Göy gurultusundan qorxan qızlarım özləriniatmışdılar üstümə və onların gözündə mən həmin an göy gurultusuna müqavimətgöstərəcək gücdə idim. Amma onlar bilmirdilər ki, son vaxtlar başının üstündəqılınclar oynayan bu özülsüz evimin sökülmək məsələsi gündəmdədi və mən heç onaqarşı çıxmaq gücündə deyiləm. Çünki şimşəyə əl açmaq olar, amma hökumətlə hökumətliketmək olmaz. Ən azı ona görə ki, nə topum yoxdu, nə də topxanam. Olub-qalanımbir qələmdi, bir də yalnız uşaqlarıma gərəkli olan varlığım. Bu da öz yerində.

Bəli, deməli, bu dünyanın çarxının dolaşanvaxtı, kimin nə istəyib, nə umduğu və nəyin iddiasında olduğu həm qaranlıq, həmbəlli durumda özünü göstərən anda mən özümdən yazmaq fikrinə düşdüm. Ona görəyox ki, özümü kiməsə tanıtmaq, kiməsə təqdim etmək istəyirəm. Yox, məni tanıyanonsuz da tanıyır, tanımayan ən yaxşı halda qonşusundan soruşa bilər və ən azıda adımın mənasına fikir verən bunun arxasında bir dostluğun, bir səmimiyyətindayandığını hiss edər.( və bir də tanımayan bəlkə də daha xoşbəxtdi- Ə.M.) Mənbütün bunları sözgəlişi dedim. Ona görə sözgəlişi dedim ki, indi insanlar dahaçox söz deyib, daha çox aradan çıxmağa üstünlük verirlər. Və onların göstəricisi,də nişanəsi də söz olur.

"Azərbaycan" nəşriyyatı söz deyən,söz yazan və cibində qələm gəzdirən insanların sayına görə, bəlkə də ölkədəbirinci yeri tutur. Ancaq ölkənin ən uzaq guşələrinin birində nə yazmayan, nə dəcibində qələm gəzdirməyən elə söz adamları var ki, bircə kəlməsi cild-cildkitablara, tirajlı qəzetlərə bəs edir. Deməli, sözünə sahib çıxmaq, ortaya sözqoymaq üçün təkcə hansısa qəzetdə işləmək, kiminsə kölgəsinə qısınmaq, kiminsəmüavini olmaq və ən azı kiminsə çevrəsində görünmək bəs eləmir. Yaxşıxatırlayıram, rəhmətlik Nüsrət Kəsəmənli oğurlanan misralarına görə, təpikaltına saldığı qələm adamlarından biri indi populyar şairdi. Diskləri, nəğmələri,bağı, nə bilim daha nələri var, amma şairliyi yoxdu. Bunu bilənlər bilir. Mən də"Ədalət" qəzetində öz sözümü, öz yazımı yazıram. Bunu da bilənlərbilir. Oxuyanlar da var, təbii ki, büküb kənara atanlar da. Heç kimi məcbur edəbilmərəm ki, yazdıqlarımı oxusun. Çünki mənim yazdıqlarım mənim özüməm, mənim həyatımdı,Quran ayəsi deyil və mən o iddiada da deyiləm.

Bu yerdəağlımdan Sovet hökumətinə rəhmət oxumaq gəlib keçir. Çünki o hökumətdə ən azı51 faiz hər kəs yerini bilir, qalan faizlər dostların, qohumların, dayıların,maddi imkanın hesabına yazılırdı. Təəssüf ki, bu gün 51 faiz sonuncularınhesabınadır. Nə isə...

Dünya indikidurumunda çoxlu sayda problemləri, sualları, hətta cavabı göz önündə olansualların da qarşısında çox aciz bir şəkildə boynunu bükür. Bu da təsadüfi deyil. Onagörə ki, anlayanlar anlamayanlara borcludular.

istidən

tıncıxmış şəkildə

şəhərin

küçələrində

elan vitrinlərində

iş gəzirəm, iş!

gözlərim

hədəqədən çıxıb

səbrim nəzarətdən...

bir başını qaldırıb

məni də gör

hərdən-

ay evi tikilmiş-

axı

avara qalıb bəndən!..

***

Həftənin son günləri hava şəraiti qəflətən dəyişdi.Yayın istisi canımızdan elə bil ki, bir yumruğa çıxdı, tarazlığımızı itirdik.Hansı paltarı geyinəcəyimizi, nə edəcəyimizi götür-qoy etməyə imkan datapmadıq. Mən axırıncı dəfə kəndimizdə, dəniz səviyyəsinin hardasa 1100 metrhündürlükdə yağış damcılarının o boyda olduğunu görmüşdüm. Təsəvvür edin ki,maşının damına toxunan damcılar elə bil ki, nağara səsinə bənzəyirdi, sankidolu yağırdı. Əlimi pəncərədən çölə çıxardım, ovcumun içərisinə düşən və ən azıfındıq boyda olan damcılar əlimi göynətdi. O damcıların tappıltısı bütünvarlığımı ayağa qaldırdı. Dünənimi, keçmişimi gözümün önünə gətirdi və mən istər-istəməzhər şeyi, daha doğrusu, bugünkü həyatımla dünənimi və sabahımı bir müstəvi üzərinəgətirməyə çalışdım. Amma mümkünolmadı. Çünki dünənimdə saflıq daha çox idi. Bilmirəm bu nədəndi. Ola bilsinki, onda dünyanı indiki kimi tanımamışdım... Ola bilsin ki, onda dünya bu qədərkorlanmamışdı...Ola bilsin ki, onda mən və mənim özüm bildiklərim dünyadan bu qədəruzaq düşməmişdilər. Nə bilim vallah... Çox qarmaqarışıqlıqdı və bu qarışıqlığıniçərisində tapıb öz yerində oturda bilmədiyim bircə şey var. O da hər kəsinözünün olmasıdır. Yəni tanıdığım, gördüyüm kimi özü!!! Təəssüf ki, mən o gücdədeyiləm. Əgər o gücdə ola bilsəydim, heç bir tərəddüdsüz mən də həm onları, həmdə özümü üz-üzə gətirib siz oxuculardan, bizi necə görürsünüz? - soruşardım...

Bəli, biz əslindəhər şeyi görüb və hər şeydən xəbər tütüb görüdüklərimiz və bildiklərimizarasında bir savaş açırıq. Elə bilirik ki, bu döyüşdə özümüz qalib olacağıq.Amma unuduruq ki, bizim savaşımızda sərf olunan gücümüz özümüzün deyil. O gücübizə verən var və o güc söykəndiyi həqiqət boydadı, gerçəklik boydadı. Ondansonrası yalnız fərziyədi, boşluqdu. Bax, qalib gələ bilməməyimiz də o boşluğu həqiqətkimi görüb ona güvənməyimizdən irəli gəlir. Neyləyək ki, biz xəyalən özümüzü həmişəgerçəklikdən çox-çox uzaqda görmüşük. Ona görə də günün necə keçməsi, vaxtınnecə ötməsi ya diqqətimizdən yayınır, ya da ona əhəmiyyət verməmişik.

günün necə keçməsindən

xəbərim olmadı

olsa belə,

nəsə edə bilməyəcəydim.

yaxamı vermişəm

günün əlinə...

duyğularım,

xatirələrim,

elə gün də...

bezibdi məndən.

nə yanımda qaldı

nə də

məni özü ilə saxladı...

anladım ki,

o qız

bu bitən gündən

daha etibarlıdır...

özü qalmasa da,

ruhumu alıb

getdiyi yerlərə

təmənnasız apardı.

***

Mən bu yazıda özümü yazmaq istəyirdim, özümügöstərmək istəyirdim. Amma hisslər güc gəldi... yaddaş imkan vermədi. Yəniyaddaş hissləri üstələdi, korun yaddaşı əlində olduğu kimi... karın yaddaşıgözdə olduğu kimi... lalın yaddaşı dodaqlarda puçurladığı kimi... Mən də eləkar kimi, kor kimi, lal kimi hər şeydən, daha çox isə özümdən danışmaq istədim,amma alınmadı. Bilmirəm niyə? Bəlkə də bilirəm, amma deyə bilmirəm. Çünki desəmöldürərlər... Daha doğrusu küsərlər. Hər kəs dediklərimdən özünə nə isə götürər,dediklərimin içərisində özünü görər... İndiki yaşımda, indiki durumumda çörəyidaşdan çıxardığım bir məqamda bu mənə heç də lazım deyil. Qoy hər kəs özbildiyini bilsin, mən də öz bildiyimi. Lakin hamının bilmək istədiyi, amma mənimbildiyim bir gerçək də var, o da təbii ki, özəl duyğu, özəl sevgidi. Bax bu mənadamən bütün yazılarımda toxunduğum həmin o, özəl olanın yanından sakitcə keçibgedə bilmərəm. Bax, elə indi də…

İnciyirəm özümün

Özümdə olmağıma.

Bu qədərağrılarla -

Dözümdəolmağıma…

Sevinirəm özünün

Özümdə olmağına.

Ürəyimə sığınıb,

Gözümdəolmağına!

İnciməklə sevilmək

Qarışıbbir-birinə.

Sındırsan nəqoyacam -

Ürəyimin yerinə?!

Hə, mən özümüyazmasam da, daha doğrusu bunu bütünlüklə edə bilməsəm də, düşünürəm ki, nəsəoxuna biləcək bir şey yazdım. Və onu da bilirəm ki, bu yazını heç kim oxumasabelə, sən oxuyacaqsan, çünki sən də sevirsən. Və deməli kim sevirsə, ooxuyacaq.


TƏQVİM / ARXİV