adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

2013 üçün ön söz

XURAMAN HÜSEYNZADƏ
34734 | 2012-12-29 01:36
2012-ci il tarixə qovuşur. Bir ili də sevincləri, kədərləri iləqatlayıb keçmişimizin arxivinə göndərəcəyik. Kimisi üçün bu il oxunmuş, ömürboyu oxunacaq maraqlı bir kitab kimi olacaq, kimisi üçün sadəcə belə deyək, o "arxivdə" toz yığacaq...

2012-nin son vərəqlərini çeviririk. İl başa çatanda azacıq vaxtayırıb təqvimi bir il geri çevirmək adətimdi. Bu il nələr etdim, nələriürəyimdə növbəti ilə daşımalı oldum... Adətən "yüküm"çox olar. Köhnə ildən yeni ilə çox vaxt yeni arzularla deyil, köhnəlmiş,nimdaşlıqdan, çox vaxt kipriklərimdən nəm çəkibağırlaşmış yüklə adlamalı oluram. Gəl bir də yeni ili köhnə yükündərdilə yüklə...

Bir ili də geridə qoyduq. Hər şey bir yana, bir il də yaşlaşdıq. Yaşadolub zahirən qocalmaq müdrikləşməkdən daha çox nəzərə çarpır, düşüncəsindəyəm.Kişilər qadınlarını bir il də yaşlaşıb müdrikləşdiyi üçün daha çox sevəydilərkaş ki... "Protokolqaydalarında"isə tam tərsinədir - qırışlar dərinləşdikcə qayğılar artır; nanəcib kişilər,üzündə həyatın qayğılarının iz açdığı qadınlarından bir pillə də aralıdüşürlər. Yeni ilin bir də yeni doğum günü təqvimi gətirib insanı bir il qocaltmağıvar... Niyə bunun fərqinə yeni təqvim ilində yox, doğum günlərində vardığımızı heç anlamıram...

***

Saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri qovdu. Bizgünlərin ilk vaqonunda mənzil başına yetdik. Budur, bu da dayanacaq. Düşməliyik.İllərin qatarının son vaqonu olmur. Bizi nələr gözləyir, bilmirik. İlin sonundageriyə baxıb "buili qara gələydi"deyənlər də olur, təəssüf ki. O qatardan düşərkən bizi qarşılayan işıqlı,bəzəkli şam ağacları, simvolik obrazlar-Şaxta baba, Qar qız bir ilqocalacağımızı, yeni ilin gətirəcəyi uğursuzluğu bizə unutdurmaq üçün yaxşıdüşünülüb-vaxt keçdikcə bunu bu cür başa düşürəm. Meksikada ölümə gülmək adlıxüsusi bir bayram mövcuddur. Həmin bayramda onlar ölümlə əlaqədar hər şeyiyumor obyektinə çevirirlər. Qəbiristanlıqlarda, qəbirlərin üzərində əslvakxanaliya yaradırlar və bütün bunlar yalnız bir şeyə-qara günə-ölüm qorxusunaqalib gəlməyə xidmət edir...

***

Kaş ki, köhnə illə yeni ilin arasında zamansızlıq intervalı olardı.Nəfəsimizi dərəydik. Heç olmasa xatirələrimizi düşünmək üçün... O intervaldayaşımızın üstünə gözlərimizdən yaş gələrcəsinə yaş gəlməyəydi. Uçardıq ointervalda. Səmalarda, fəzada düşünəydik... Nəsə qeyri-adi bir zaman ölçüsüolaydı o zaman kəsimi... Zaman çəkisizliyində bəlkə daha gözəl düşünə bilərdik.Eh... Boşuna xəyallar qururam... Həyat qəbul olunmuş qaydalar çərçivəsindəyaşanır. Biz o çərçivədən kənara çıxsaq, cızığımızdan çıxmış olarıq. Yəni bu,mümkün deyil. Odur ki, yolkalı, işıqlı, Şaxta babalı, Qar qızlı, nə bilim,Santa Klauslu yeni ilimiz mübarək olsun!.. Ümid edirəm ki, bu il bəşərövladının həyatında gözəl günlərlə iz qoyacaq. "Ümid sonuncu ölür", -deyiblər. Hörmətli Əbülfət Mədətoğlunun nəzərinə arada optimistolduğumu da çatdırmaq istəyirəm. ;) Fb-də bir statusda yazdığım kimi: "Mənim ümidim nəinki ölür, həttaqrip də olmur..."

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV