STALİNƏ SÖYMÜSƏN...

FAİQ QİSMƏTOĞLU
28181 | 2012-12-29 01:34
... Allahın icazəsi və razılığı olmadan heç bir bəndə bir addım beləata bilməz. Tək bununla məsələ bitmir. Hər hansı addımı atanda istər-istəməzadam deyir: "Allahqoysa, filan işi görəcəm", amma heç kim demir ki, özbaşıma hansısa işi aşıracağam...

Dünən Türkiyə telekanallarında bir verilişə baxırdım. Canlı yayımdabir insan məscidin içərisində namaz qılırdı. Özü də tək idi və yanında heç kimyoxuydu. Namazını qılıb qurtarana az qalmış axırıncı dəfə başını möhürəyaxınlaşdıranda geriyə qayıtmadı. Elə başı möhürdə qaldı. Kənardan baxanlar birşey anlamadı. Hamı buna təəccübləndi. Yaxınlıqdakılardan bir neçəsi namaz qılankişiyə yaxınlaşıb ayağa qaldırmaq istəyəndə gördülər ki, o keçinib.

Canlı yayımda danışan diktorsa deyirdi ki, Allah-Təala hər adama belə xoşbəxt və rahat ölüm bəxşeləmir. Ancaq sevdiyi insanları və əməli-saleh adamları belə ölüm verir vəgötürüb öz dərgahındakı cənnətə aparır. Diktor onu da dedi ki, kaş mənə dəAllah belə bir ölüm bəxş eləyəydi...

Bayram əhval-ruhiyyəsi olduğuna görə, yazımı nikbin notlar üstündəkökləmək istəyirəm. Bir gün kişi evəgəlir və arvada deyir ki, yaxşı bir plov dəmlə, altına da toyuq qoy. Səninbişirdiyin belə plovun dadından doymaq olmur.

Arvad:

- A kişi, denən ki, Allah qoysa, o plovu bişir...

Kişi əsəbi halda dillənir:

- Ay arvad, az danış. Allah qoydu-qoymadı, onsuz da həmişə o plovubişirmisən, mən də yemişəm. Bu dəfə də dünya dağılmayacaq ki?!

Arvad başının aşağı salıb və naşükür ərinə bir söz demədən mətbəxəkeçib bir neçə saatın ərzində plovu dəmləyir. Plovu dəmləyəndən sonra ondan birboşqab çəkir və üstünə də qızartdığı toyuğu qoyub kişinin qarşısına gətirir.Kişi əlini plova uzatmaq istəyəndə qapı döyülür.

Kişi:

- Kimdi?

- Polisdəndir.

Arvadı qapını açır və polislər o kişiyə deyirlər ki, durub bizimləidarəyə getməlisən. Çünki bir adam öldürülüb, orda şübhəli şəxs qismində mütləqdindirilməlisən? Kişi də and-aman edir ki, siz nə danışırsınız, mən ömrüm boyubir toyuq başı kəsməmişəm, o ki, qala adam öldürəm?!

Polis əməkdaşı:

- Bunları idarədə aydınlaşdırarıq...

Kişini polis idarəsinə aparırlar, orda istintaq hərəkətləri olunur vəaydınlaşır ki, həmin ölümdə bu kişinin əli yoxdur. Səhərə yaxın kişini polisidarəsindən buraxırlar. O da gəlir evinə, qapını döyür. Arvadı soruşur ki,kimsən?

Kişi:

- Allah qoysa, sənin ərinəm.

Bax, beləcə hər şey həmin kişiyə dərs olur və bir iş görməmişdən öncəhəmişə Allah qoysa deyir...

***

Stalinin hakimiyyəti dövründə bizim kənddə bərk tutatut olur.Yəni bir balaca şübhələndikləri adamlarıo dəqiqə yaxalayırlarmış və sonra da Sibirə göndərirmişlər. Sibirə də gedən heçvaxt kəndə qayıtmırmış. Kənddə də loru dildə demiş olsaq, bir "işverən" varmış. Kimin yanına gedib birşey istəyəndə və o da verməyəndə o dəqiqə həmin adamı şərləyirmiş.

Bir gün də həmin "işverən"gəlib pambıqçılıq briqadirinin yanına deyir:

- Görürəm, sən çox yaxşı pambıq yetişdirmisən. Buna söz ola bilməz.Amma maşallah, yaxşı da otluq sahən var. Deyirəm, icazə versəydin, o çalmadanot biçərdim, bir araba da mən aparardım.

Briqadir bir aşağı baxır, bir də yuxarı və sonra da dillənir:

- Ay rəhmətliyin oğlu, özümün nə qədər mal-qaram var. Deyirlər ki,qış da sərt olacaq. Mən nə təhər eləyim, öz heyvanlarım ac qalsın, səninkilərkef eləsin?

"İşverən" görür ki, briqadir onun sözünüqulaqardına vurur və o dəqiqə başlayır şər-şəbədə deməyə:

- Ə, utanmırsan, ağsaqqal kişisən, özün də Stalinə söyürsən.Qorxmursan, səni qulaq eləyib, Sibirə göndərərlər. Bu papaq mənə haram olsum,gedib "İNKVEDİ"yə deyəcəyəm ki, briqadir Əhmədkişi Stalini söyür...

Bu sözləri eşidəndə Əhməd kişinin boğazı quruyur və onu əsməcə tutur,"işverən"ə yalvarmağa başlayır:

- Dədəm-nənəm sənə qurban. Məni balalarımın başına çevir. Bir arabaot istəmirdin, sənə üç araba ot verərəm.Təki məndən əl çək!

Briqadir biçilmiş ot sahəsindən "işverən"əüç araba ot verir və sonra da rahat nəfəs alır və öz-özünə deyir:

- Zalım oğlu, məni Sibirə göndərtmişdi, amma üç araba otla canımı buəclafdan yaxşı qutardım...

Beləcə, "işverən"kimdən nəsə qopartmaq istəyirdi, həmin adamı şərləyirdi. Günlərin birində də o "işverən" rəhmətə getdi və onun yas yerinəkənddən çoxu getmədi. Dedilər ki, belə bir əclafdan canımız yaxşı qutardı...

***

Bir gün kəndimizdə Səməd adlı oğlan Cəfər Cabbarlının "Oqtay Eloğlu" tamaşasındakı məşhur rolusəhnədə ifa eləyir. Camaat da deyir ki, ayə, vallah, bu Səmədin yiyəsi yoxdu.Zalım oğlu, zalım nə Allahdan qorxur, nə də camaatın qınağından. Gündə birhoqqa çıxarır. Gah Oqtay olur, gah Mirzə Səməndər olur, gah da nə bilim, nə.Axırı da bir gün onu kəndin mollaları salacaqlar ayaqlarının altına və dəliinək balasını ayaqlayan kimi tapdalayacaqlar.

Səməd də elə-belə Səməd deyildi. Çox baməzə, çox istedadlı və çox daşirindil oğlan idi. Elə bu gün də Səməd yaşayır, ancaq kənddə yox Bakıda.Hərdənbir görüşüb bir stəkan çay içirik. Deyir ki, mən Səməd olmasaydım, nəVaqif Bəhmənli, nə də Faiq Qismətoğlu olmazdı. Çünki siz mənə baxıb yazı-pozu işləri gördünüz. Daybilmirəm bunu Səməd nə dərəcədə düz və yalan deyir, amma bir onu bilirəm ki,ədəbiyyata, şeirə, sənətə bizdə o, böyük maraq yaradıb.

Səməd bir gün kəndin ortasından keçən dəmiryol xəttinin üstüyləgedirmiş, birdən qarşısına kəndin vəzifəli adamlarından biri çıxır. Həmin kişidə ortaboylu, bir adam idi. Başına şlyapa qoyardı və əlini də arxasındaçarpazlayıb gedəndə dəmiryolun üstündə Səmədlə üzləşir.

Kişi:

- A Səməd, eşitmişəm kənddə teatr çıxardırsınız. Bala o teatrın adınədir?

Səməd:

- Dayı, "Özümüz bilərik".

Kişi bu sözləri eşidəndə əsəbiləşir və deyir ki, ə, utanmazın biriutanmaz, belə böyümüsən ki, ağsaqqalla danışmağı da bacarmırsan. Bu dəqiqəgedib sənin böyük qardaşın Qəribin qarşısın kəsəcəm, deyəcəm ki, Səməd qudurub.Nə böyük yeri bilir, nə də kiçik.

Kişi dəmiryoldan aşağı enibSəmədin qardaşı Qəribi səsləyir:

- Ay Qərib, hey!

Səsə Qərib çıxır və görür ki, kəndin hörmətli bir adamı onlarınqapısının ağzında durub. O, kişini evə dəvət edir. Amma görür ki, həmin adamınsifətinə çırtma vursan, qan çıxar. Ona görə də soruşur:

- Ağsaqqal, xeyir ola, məni çağırmaqda?!

Kişi:

- Ə, əsəbimdən ürəyim partlayır. Səmədi görmürsən, dünən yumurtadandınq eləyib çıxıb, indi məni ələ salır. Deyirəm, ay oğul, eşitmişəm kənddəteatr çıxarırsınız. Onun adı nədir? Deyir ki, özümüz bilərik.

Qəribi gic gülmək tutur. O da güləndə kişi bir qədər də əsəbiləşir.Qərib görür ki, kişi əsəbiləşir və deyir:

- Başına dönüm ay dayı, biz hamımız sənin kiçiyinik. Səməd də qələteləyər, sənin üzünə ağ olar. Özümüz bilərik deyəndə, o Şıxəli Qurbanovun "Özümüz bilərik" tamaşasını nəzərdə tutub. YoxsaSəməd nə karədir ki, sənin üzünə ağ ola!

Ortaboylu və şlayapalı kişinin hirsi soyuyur və dillənir:

- Deyirəm axı, Qəribin qardaşı Səməd heç vaxt mənim üzümə ağ olmaz. Günahbizdədir ki, o tamaşaya bir dəfə belə baxmamışıq. Allah qoysa, Səmədin iştirakıilə olan tamaşaya gedib baxarıq və hər şeyi bilərik.

Bax belə. Səməd də o kişidən canını belə qurtarır...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV