adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Həşərata çevrilmədən...

SAMİRƏ ƏŞRƏF
29224 | 2012-12-29 01:33

Yenə baş tutmadı, alınmadı. Hər dəfə bayram əhval-ruhiyyəli bir yazıyazmağa hazırlaşanda, ortaya bir qəmbərqulu çıxır. Gözgörəti dərd-azarı qoyubyaşıl küknar ağacından, apelsin qoxulu yeni il gecəsindən yazmaq olmur...

Yaşımız artdıqca bayramları da qəribə bir kədərlə sevməyə başlayırıq.İtirdiyimiz illərin təsəllisini bayramlarda tapırıq. Çünki illər bir-birinigeridə qoyduqca, xatirələr daha da şirin və əvəzedilməz olur. Baxmayaraq ki,valideynlərimiz bizi hələ də uşaq gözündə gördüklərini deyirlər, ancaqinanmayın. Bunlar hamısı tatlı bir yalandı. Hər bir ata-ana övladının böyüdüyünü,özünün isə qocaldığını hər an hiss edir. Onlarbu cür sözlərlə zamanı qabaqlamaq istəyirlər.

Axır vaxtlar uşaqlıq illərimi tez-tez xatırlayıram. O illəri xatırlamaq,o illərin yaşandığı məkana qədəm qoymaq istəyib də edə bilməmək çox ağrılıduyğudu. Qaçqın olan hər bir insan günün birində bu ağrını yaşayıb, dərk edir.Və bu ağrıya dözə bilmək də hər adamın işi deyil.

Deyirəm bu qədər iynə-dərman ixtira edirlər. Ancaq hələ də düşüncə,yaddaş ağrılarına əlac edə biləcək bir məlhəm ortalığa çıxarda bilməyiblər.

Yadıma gəlir, biz uşaq olan vaxtları mağazalarda iri yolkaoyuncaqları satılırdı. Mən qonşuluqda yaşayan rəfiqələrimlə onları sındırıbəzirdim. Sonra da karton kağızla özümə düzəltdiyim tacın üstünə yapışdırırdım.

İndi hansı balaca qız uşağına desəm ki, gəl sənə karton kağızdan tacdüzəldim, gn yumşaq formada dodağını büzüb məndən uzaqlaşar.

Bizim yaşadığımız o dövr sözün əsil mənasında kağız dövrü idi. İndikidövr isə bər-bəzək, parıltı, hər şeyin pulla əldə ediləcəyi bir zamandır. Bugünün uşaqları bizim kimi həsrətlə hər gün axşam saat doqquzun olmasınıgözləyib on beş dəqiqəlik "Spokoynoe noçi" verilişini izləmirlər. Sevdikləri cizgi filmlərini disk formasındaalıb dvd-də, bu da olmayanda internetləizləyirlər. Xoşlarına gələn hissəni təkrar-təkrar fırladıb baxırlar.

Bizim isə belə bir şansımız yox idi. Lakin əvəzində bizim zövqümüz,qədir bilənliyimiz, aza qane olaraq böyüməyi öyrənmək bacarığımız vardı.

Yəqin bu dövrün körpələri də böyüyəndə, zəhərli fişəngləri,rəngbərəng süni küknar ağaclarını, danışan, yeriyən, əmr etsən lap ərəb rəqsidə oynayan şaxta baba oyuncaqlarını xatırlayacaqlar.

Bütün bu fikirləri beynimdə çözələyib yazmağa təzəcə başlamışdım ki,bayırdan möhkəm qışqırıq səsi eşitdim. Pəncərəni açıb aşağı boylananda, Əbininbir neçə oğlanın üstünə şığıdığını gördüm.

Oğlanlardan biri əlindəki telefonla kiminləsə ucadan danışırdı.Danışığını bitirəndən sonra Əbiyə baxıb dedi: - İndicə polisə zəng vurdum, budəqiqə gəlib səni aparacaqlar!

Bayaqdan hamının üstünə nərə çəkən Əbi bir anın içərisində büzüşdü.

Əbi bizim qonşuluğumuzda bacısı ilə birgə yaşayır. Şüuru normal insanşüurundan qismən geri qalıb. Ürəyiyumşaqlığı ilə hər zaman öyünən insanımızƏbiyə ağıldankəm, səy, dəli damğasını çoxdan vurub. Bığ yeri təzəcə tərləmişyeniyetmələr isə bəzən onu "debil"ləqəbi ilə də çağırırlar. Əsl adı Əbülfəz olan bu oğlanın 25-26 yaşı ancaqolar.

Paytaxtın heç bir məhəllələrindən fərqlənməyən bizim ortababməhəlləmizdə bu qıy-qışqırığın səbəbi mənə maraqlı gəldiyindən həyətdə başverənləri izləməyə məcbur oldum.

Belə, məlum olurdu ki, Əbi həmişə pulsuz siqaret, semiçka, saqqızgötürdüyü, əvvəllər zibil tökülən yer, indi isə mini market olan mağazanın pəncərəsinin şüşəsinin sındırıb. Bütünvay-şivən də bundan sonra başlayıb.

Gördüklərim məni yanıltmırdısa, hərə Əbiyə bir hədə gəlməklə məşğulidi ki, mağazanın sahibi əlindəki kitay zənbillərinə Sədərəkdən aldığı mallarıtəpişdirib qaranəfəs özünü mağazasına çatdırdı. Onun gəlməsi ilə polissöhbətinin üstünə dəlixana məsələsi də əlavə olundu.

Əbinin qol qanadı tamam sustaldı. Özünü itirdi. Karıxmış addımlarlaəvvəlcə qarşı tərəfdəki kişi salonuna, daha sonra onun yanında yerləşəninternet kluba üz tutdu. Lakin bu məkanların ikisindən də qovulan Əbi suyusüzülə-süzülə geri döndü. Bu vaxt zəng çalan telefonun səsi məni baş verənləriizləmək imkanından məhrum etdi.

Telefon danışığımı bitirib geri dönəndə həyətdə bir sakitlik sezdim.Tərəflər barışmış, Əbi əfv edilmiş, polis, dəlixana söhbətləri isəyığışdırılmışdı.

Əbi bayaqdan onu hədələyib, sonra isə "günahından" keçən dalaşdığı cavan oğlanı, mağaza sahibini qucaqlayıb bağrınabasıb, bir neçə dəfə pozuq danışığı ilə üzr də istədi. Sonra isə ağlamağa başladı.

Onun ağlaması mənə çox pis təsir etdi. O, xəstə, bir az ağıldankəmolsa da, bağışlanmağın, ağlamağın necəbir hiss olduğunu unutmamışdı.

İndi yolunu azmış, adını ağıllı qoyan birisi əlli manata görə kiminsəevinə girib onu qanına qəltan edir, heç uf da demir. Səhvini etiraf etməyə beləcan çəkir. Və yaxud da bir-birinin pulunu yeyib, qanını sorur, bircə dəfədilinə də yox ey, beyninə, ürəyinə gətirmir ki, bəlkə mən düzgün hərəkətetmirəm. Lakin bu ağıllı böyüklərin dəli, onların ərköyün balalarının "debil" adlandırdığı Əbi yaratdığı qanqaralığa görə üzr istəyib, ağlayır,onu heç vaxt anlamayacaq insanların etimadını yenidən qazanmaq üçündəridən-qabıqdan çıxırdı.

Ümumiyyətlə, mənim üçün ən pis xəstəlik ruhi xəstəlikdir. Haranağrıyır ağrısın, əgər insan özünü idarə edə bilirsə, deməli, hələ ümid var.Özlərini idarə edə bilməyən insanların işi çox ağırdı. Təbiəti, gülü, çiçəyi,qarın yağmasını, günəşin çıxmasını dərk edə bilməmək, sevinməkdən, ağlamaqdanməhrum olmaq çox acı duyğudur. Ancaq Əbi hələ ki, bu hissləri həyata keçirməyibacarırdı.

O, özü gəzir, özü yeyir, insanlarla söhbət edir, onlara yaxın olmağa,onlardan qopmamağa çalışır. O, təklikdən qorxur, dəlixananın, polisin nə demək olduğunuanlayır. Hələ ağlını tam itirməyib. Bizim məmləkətin insanları isə bütün buməziyyətləri də ona çox görürlər. Yarım metr şüşənin sınmasına görə onaağızlarına gələni deyib, qorxduğu yerlərlə onu hədələyib psixoloji durumunaağır zərbələr vururlar.

Sonra isə Əbinin yalvar-yaxarından, göz yaşlarından sakitləşib, özeqolarını təmin etmiş olurlar.

Bilmirəm nədənsə, bu günün insanı göz yaşlarını çox sevir. Baxdıqlarıəcaib seriallarda süni göz yaşları axıdan artistlərin təsirindənmidir, yareklamlarla dolu olan, saxta şou verilişlərə baxdıqlarındadır, hər nədirsə, buxalq ağlamağı sevir. Özü də elə sevir ki, xəstə insanın belə göz yaşları onlaraxüsusi bir rahatlıq gətirir.

Yadıma Kafkanın "Çevrilmə" əsəri düşür. Bu əsərin bütünlüklə insanların saxta nəvazişlərininarxasında gizlənən əclaf duyğuları ifşa etməyə yönəlib. Yazıçı kitabı oxuyanhər bir oxucunu güllə qabağına verən kimi, məlum sual qarşısına çıxarır. Kafkadüşüncənin, duyğunun çox önəmli, vacib məsələ olduğunu bu əsərdə o qədər gözəlqabardıb ki, insan ola bilmək üçün həmin əsəri dəfələrlə oxumaq vacibdir.

Əbinin başına gələnləri görəndə, həşərata çevrilmiş Qreqorun, ailəsitərəfindən ikraha məruz qalması, ətraf mühitdən alçaqcasına təcrid olunmasıyadıma düşür.

Mənəvi hisslərdən məhrum olmayan Qreqor atasının ona tolazlayıbatdığı, belinə pərçimlənmiş almanın yaratdığı yaradan həyatını itirir. Əbi vəƏbi kimilər isə günlərin birində həşərata çevrilmədən, insanların onlara "tolazladığı" sözlərin, hədələrin yaratdığıqorxulardan, yalnızlıqlardan həyatlarını itirəcəklər.

Samirə Əşrəf

TƏQVİM / ARXİV