ANA SƏHİFƏ / YAZARLAR

... VƏ YETMİŞİNCİLƏR

"Uembli arayışı" kitabından

40368    |   2012-12-29 01:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu heç nostalji də deyil. Nədən ki, altmışıncılar və sonrakı nəsillər deyərkən də zamanın bir-biriylə qovuşuq ali məqamlarını yaşamışıq. Və çox qəribədir ki, stalinizmin çöküşündən sonra açılan nəfəsliyin gətirdiyi ab-hava əsasən ədəbiyyatımızın bu tip dövrlərə bölünməsini stimullaşdıraraq ədəbi prosesə həm yeni əhval-ruhiyyə, həm də müəyyən çaşqınlıq gətirmişdi. İndi məsələyə yenidən dönmək vacibdirmi? Yalnız bir məqam üçün mülahizələrim var. Mümkünsə irad tutmağa da tələsməyin. Yəni, anlaşa bilmək ehtimalı daha çoxdur.

Sözsüz ki, 10-15 şeri və bir neçə hekayəsi çap olunan bu yazı müəllifinin ədəbiyyata, yəni professional ədəbi yaradıcılığa iddiası ola bilməz. Başqa yöndənsə iddia mümkündür. Belə deyək ki, bir vacib məsələ nədənsə unudulur və real qiymətini almır. Bu, oxucu (dinləyici, tamaşaçı...) missiyasıdır ki, yetmişinci illərdə ən uca zirvələri fəth etmişdi. Yəni, bu illərdə ədəbiyyatımızın inkişafı ilə yanaşı, çox səviyyəli və intellekt oxucu zövqü də formalaşmışdı. Kitabxanalarda yer tapılmırdı, kitab mağazaları sifarişləri ödəməyə açıq-aşkar çətinlik çəkirdi, evlər, sakit guşələr bir yana, avtobuslarda, metro vaqonlarında əllərdə kitab vərəqlənirdi. Altmışıncıların kitablarını daha çox elə yetmişincilər oxuyurdu. Məmməd Araz, Əli Kərim, Sabir Əhmədov, Əkrəm Əylisli, Anar, Elçin, İbrahimbəyov qardaşları, Səmədoğlu qardaşları, Ramiz Rövşən, Mövlud Süleymanlı... Onların əsərləri əl-əl gəzirdi, müxtəlif yerlərdə müxtəlif söhbətlərin mövzusuna çevrilirdi. Paytaxtın ədəbiyyat havası rayonları da öz nəfəsinə çəkirdi. "Azərbaycan", "Qobustan", "Ulduz" jurnalları... Publisistikanın yeni nəfəsi - Səyavuş Sərxanlı, Fazil Rəhmanzadə, tamam yeni nəfəsi - Tofiq Abdin, Azər Abdulla... Dünya, rus və SSRİ xalqları ədəbiyyatına və incəsənətinə ciddi maraq. Azərbaycan oxucusunun Kamyu, Henrix Böll, Folkner, Markes... eləcə də Şukşin, Rasputin, Aytmatov, Dumbadze... zövq zirvəsi o dərəcədə formalaşırdı ki, sanki "ədəbiyyat maşını" bu cür nəhəng tələbatla ayaqlaşa bilmirdi. Belə bir mühitdə əsasən yazıçı və şairlərə aid olan ədəbi tənqid sıravi oxucu diqqətindən də kənarda qalmırdı. Elçinin, Akif Hüseynovun, Kamil Vəliyevin, Aydın Məmmədovun, Nadir Cabbarovun məqalələri qeyri-ədəbiyyat "zonalarında" da müzakirələrə çevrilirdi. Kluarların özü də müəyyən mənada cəlbedici görünürdü. Oxucu və zövq balansı daha güclü və real istiqamətə mərkəzləşirdi. Bu, qapalı bir ölkəyə süzülən işığa doğru nəhəng yürüş idi. Bu yürüşün özünəməxsus senturionları vardı. O illərin oxucu triumfu təkrarolunmaz hadisəydi.

Bəli, unutmayaq. Qapalı bir ölkədə yaşayırdıq. O qədər qapalı ki, doğmaca respublikamızda Masallıya, Lənkərana... DİN-in rəsmi icazəsi olmadan gedə bilməzdik. Ancaq bu qapalı-qıfıllı aləm öz içindən beləcə işıqlanırdı.

... Və bir də "Baksovet" vardı. Yəni, metronun "Bakı soveti" adlanan stansiyasının ətrafı. "Baksovet" yazıçı və şairlərin, rəssamların, bəstəkarların, universitet müəllimlərinin, yeni nəsil jurnalistlərin və çox şey öyrənib bilmək istəyən tələbələrin, gənclərin ən çox üz tutduğu bir məkan idi. Filarmoniyanın bağı, yuxarı və aşağı çayxanalar... Bu yerlərdə hamıya hörmətlə yanaşılırdı. Yazıçıya da, şairə də, oxucuya-pərəstişkara da! İçərişəhər qədimliyi və mühafizəkarlığı ilə yanaşı, həm də bir "qədeşlik" iddiasını da yaşadırdı. Və İçərişəhərə söykənən bu yeni mühitin personaları heç vaxt rişxəndlə qarşılanmırdı. Hərdən "öz şəhərlərindən" - qala divarlarından 10-15 addım kənara çıxıb həmin o yetmişincilərə diqqət yetirən, bəzən də elə çayxana və qarşı oturacaqlarda müəyyən təmasda olan qədeş silki lap nəşələnsə belə çaşmırdı. Çünki onların da "qalasında" yetmişinciləri formalaşdıran sənətkarlar vardı.

Məsələnin başqa bir tərəfi də budur ki, ümumən götürəndə şəhərdə ən böyük hökmranlıq ədəbi mühitin əlində idi. Hamı bir-birinə hörmətlə yanaşırdı. Çünki elə hamı öz-özlüyündə oxucu idi!

... Qısqanclıq da yox idi. Yeni dövrün istedadlı və üzdə olan yazıçı-şairləri bir-birinə arxa dururdular. Bu hal oxuculara da güclü təsir göstərirdi. O vaxtlar şair Vahid Əzizi Mərkəzi Komitədə məsul vəzifəyə qoymuşdular. O da "Baksovet"siz yaşaya bilmirdi. Bəzən hətta işdən "qaçıb" ona daha çox doğma olan mühitə qoşulurdu. Sadəlik nümunəsi göstərirdi. Bu mühitin sıravilərinə - ümid verən gənclərə də diqqət yetirir, masasına dəvət edir, zarafatlaşırdı da. Qəribə bir istiqanlılıq, istedadları qorumaq əxlaqı vardı. Bir dəfə o illərin radiojurnalisti və məşhurlaşmağa başlayan yazıçısı Mövlud Süleymanlı elə həmin o "Baksovet"də məni bir kənara çəkib xahiş edirdi: "Bilirəm Vaqiflə dostsunuz, can qardaş, ondan muğayat ol, onu qoru...". O, hamının fədakar bir ziyalı kimi tanıdığı və gələcəyin məşhur şairi Vaqif Cəbrayılzadəni deyirdi.

Belə münasibətlər, belə əxlaqi dəyərlər, milli təəssübkeşlik, vətənin dəyərli övladlarına qayğıkeşlik o vaxtlar məhz həmin zümrələrdə o qədər səmimi görünürdü ki! Yoxsa, indi qütbləşən ədəbi mühit sanki Kolizeyi xatırladır. Burada tərəflərin ən yaxşılarına da aman yoxdur. Bəlkə o illərlə müqayisədə oxucu qıtlığının bir səbəbi də elə bundadır. Oxucular öz sənətkarlarını təmiz və sivil mübarizədə görmək istəyirlər. Mən bunun yetmişincilər timsalında nümunəsindən bir qədər söz açdım.

2008

MƏZAHİR ƏHMƏDOĞLU



İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK