adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

... VƏ YETMİŞİNCİLƏR

MƏZAHİR ƏHMƏDZADƏ
56796 | 2012-12-29 01:31
Bu heç nostalji də deyil. Nədən ki, altmışıncılar və sonrakı nəsillərdeyərkən də zamanın bir-biriylə qovuşuq ali məqamlarını yaşamışıq. Və çoxqəribədir ki, stalinizmin çöküşündən sonra açılan nəfəsliyin gətirdiyi ab-havaəsasən ədəbiyyatımızın bu tip dövrlərə bölünməsini stimullaşdıraraq ədəbiprosesə həm yeni əhval-ruhiyyə, həm də müəyyən çaşqınlıq gətirmişdi. İndiməsələyə yenidən dönmək vacibdirmi? Yalnız bir məqam üçün mülahizələrim var.Mümkünsə irad tutmağa da tələsməyin. Yəni, anlaşa bilmək ehtimalı daha çoxdur.

Sözsüz ki, 10-15 şeri və bir neçə hekayəsi çap olunan bu yazımüəllifinin ədəbiyyata, yəni professional ədəbi yaradıcılığa iddiası olabilməz. Başqa yöndənsə iddia mümkündür. Belə deyək ki, bir vacib məsələ nədənsəunudulur və real qiymətini almır. Bu, oxucu (dinləyici, tamaşaçı...)missiyasıdır ki, yetmişinci illərdə ən uca zirvələri fəth etmişdi. Yəni, buillərdə ədəbiyyatımızın inkişafı ilə yanaşı, çox səviyyəli və intellekt oxucuzövqü də formalaşmışdı. Kitabxanalarda yer tapılmırdı, kitab mağazalarısifarişləri ödəməyə açıq-aşkar çətinlik çəkirdi, evlər, sakit guşələr bir yana,avtobuslarda, metro vaqonlarında əllərdə kitab vərəqlənirdi. Altmışıncılarınkitablarını daha çox elə yetmişincilər oxuyurdu. Məmməd Araz, Əli Kərim, SabirƏhmədov, Əkrəm Əylisli, Anar, Elçin, İbrahimbəyov qardaşları, Səmədoğluqardaşları, Ramiz Rövşən, Mövlud Süleymanlı... Onların əsərləri əl-əl gəzirdi,müxtəlif yerlərdə müxtəlif söhbətlərin mövzusuna çevrilirdi. Paytaxtınədəbiyyat havası rayonları da öz nəfəsinə çəkirdi. "Azərbaycan", "Qobustan", "Ulduz"jurnalları... Publisistikanın yeni nəfəsi - Səyavuş Sərxanlı, Fazil Rəhmanzadə,tamam yeni nəfəsi - Tofiq Abdin, Azər Abdulla... Dünya, rus və SSRİ xalqlarıədəbiyyatına və incəsənətinə ciddi maraq. Azərbaycan oxucusunun Kamyu, HenrixBöll, Folkner, Markes... eləcə də Şukşin, Rasputin, Aytmatov, Dumbadze... zövqzirvəsi o dərəcədə formalaşırdı ki, sanki "ədəbiyyat maşını" bu cür nəhəng tələbatla ayaqlaşa bilmirdi. Belə bir mühitdə əsasənyazıçı və şairlərə aid olan ədəbi tənqid sıravi oxucu diqqətindən də kənardaqalmırdı. Elçinin, Akif Hüseynovun, Kamil Vəliyevin, Aydın Məmmədovun, NadirCabbarovun məqalələri qeyri-ədəbiyyat "zonalarında" da müzakirələrə çevrilirdi. Kluarların özü də müəyyən mənadacəlbedici görünürdü. Oxucu və zövq balansı daha güclü və real istiqamətəmərkəzləşirdi. Bu, qapalı bir ölkəyə süzülən işığa doğru nəhəng yürüş idi. Buyürüşün özünəməxsus senturionları vardı. O illərin oxucu triumfu təkrarolunmazhadisəydi.

Bəli, unutmayaq. Qapalı bir ölkədə yaşayırdıq. O qədər qapalı ki,doğmaca respublikamızda Masallıya, Lənkərana... DİN-in rəsmi icazəsi olmadangedə bilməzdik. Ancaq bu qapalı-qıfıllı aləm öz içindən beləcə işıqlanırdı.

... Və bir də "Baksovet"vardı. Yəni, metronun "Bakı soveti" adlanan stansiyasının ətrafı. "Baksovet" yazıçı və şairlərin, rəssamların, bəstəkarların, universitetmüəllimlərinin, yeni nəsil jurnalistlərin və çox şey öyrənib bilmək istəyəntələbələrin, gənclərin ən çox üz tutduğu bir məkan idi. Filarmoniyanın bağı,yuxarı və aşağı çayxanalar... Bu yerlərdə hamıya hörmətlə yanaşılırdı. Yazıçıyada, şairə də, oxucuya-pərəstişkara da! İçərişəhər qədimliyi və mühafizəkarlığıilə yanaşı, həm də bir "qədeşlik" iddiasını da yaşadırdı. Və İçərişəhərə söykənən bu yeni mühitinpersonaları heç vaxt rişxəndlə qarşılanmırdı. Hərdən "öz şəhərlərindən" - qala divarlarından 10-15 addımkənara çıxıb həmin o yetmişincilərə diqqət yetirən, bəzən də elə çayxana vəqarşı oturacaqlarda müəyyən təmasda olan qədeş silki lap nəşələnsə beləçaşmırdı. Çünki onların da "qalasında" yetmişinciləri formalaşdıran sənətkarlar vardı.

Məsələnin başqa bir tərəfi də budur ki, ümumən götürəndə şəhərdə ənböyük hökmranlıq ədəbi mühitin əlində idi. Hamı bir-birinə hörmətlə yanaşırdı.Çünki elə hamı öz-özlüyündə oxucu idi!

... Qısqanclıq da yox idi. Yeni dövrün istedadlı və üzdə olanyazıçı-şairləri bir-birinə arxa dururdular. Bu hal oxuculara da güclü təsirgöstərirdi. O vaxtlar şair Vahid Əzizi Mərkəzi Komitədə məsul vəzifəyəqoymuşdular. O da "Baksovet"siz yaşaya bilmirdi. Bəzən hətta işdən "qaçıb"ona daha çox doğma olan mühitə qoşulurdu. Sadəlik nümunəsi göstərirdi. Bumühitin sıravilərinə - ümid verən gənclərə də diqqət yetirir, masasına dəvətedir, zarafatlaşırdı da. Qəribə bir istiqanlılıq, istedadları qorumaq əxlaqıvardı. Bir dəfə o illərin radiojurnalisti və məşhurlaşmağa başlayan yazıçısıMövlud Süleymanlı elə həmin o "Baksovet"də məni bir kənara çəkib xahiş edirdi: "Bilirəm Vaqiflə dostsunuz, can qardaş, ondan muğayat ol, onu qoru...". O, hamının fədakar bir ziyalıkimi tanıdığı və gələcəyin məşhur şairi Vaqif Cəbrayılzadəni deyirdi.

Belə münasibətlər, belə əxlaqi dəyərlər, milli təəssübkeşlik, vətənindəyərli övladlarına qayğıkeşlik o vaxtlar məhz həmin zümrələrdə o qədər səmimigörünürdü ki! Yoxsa, indi qütbləşən ədəbi mühit sanki Kolizeyi xatırladır.Burada tərəflərin ən yaxşılarına da aman yoxdur. Bəlkə o illərlə müqayisədəoxucu qıtlığının bir səbəbi də elə bundadır. Oxucular öz sənətkarlarını təmizvə sivil mübarizədə görmək istəyirlər. Mən bunun yetmişincilər timsalındanümunəsindən bir qədər söz açdım.

2008

MƏZAHİR ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV