adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Qiyaməti baş tutmayan dünyada ilin son yazısı

FƏRİDƏ RƏHİMLİ
55952 | 2012-12-29 01:30
İlin sonu... Sonuncu addımda insan bir an dönüb geri baxmaq istəyir.Necə başladı, necə qurtardı bu il. Kiminə bir göz qırpımı, kiminəbitib-tükənməyən işgəncə...

Nələr oldu bu ildə: öncə sondan başlayaq...

Dünyanın sonu barədə xəbərlər hər kəsin beynini az da olsa məşğuletdi. Həyəcanla sonda nə olacağını gözləyənlər bu gün Obamanın Dalay Lamayaşamı göstərərək: "İndibunu nağayrax?"sualını verdiyi "satirik" şəkillərə baxıb gülümsəyirlər...

Qarabağ məsələsi yenəçözülməmiş qaldı. Qaçqınların çoxu evlərlə təmin olunsalar da, yaxşı şəraitarzusunda olan qaçqın yenə rahat ola bilmədi. Çünki bu məskunlaşma Qarabağdadeyildi...

Tarixin ən böyük vəhşiliyi Xocalı faciəsinin (müsibətinin demək dahadoğrudur!-F.R), Qarakənddəki vertolyot qəzasının, Şuşanın, Xocavəndin işğalınıniyirmi yaşı oldu. Xocalılar Bakıda, Goranboyda... daha haralarda "Xocalı məhəlləsi" saldılar. Amma heç kim bu boyda cinayətə görə, ötənillərdə olduğu kimi cəzalanmadı...

Kəlbəcərdə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda,Xocavənddə, Şuşada, Xankəndidə... ruhlar mələr qalıb. Dünya ictimaiyyəti isəguya konflikti çözmək üçün baş sındırır...

Bizim isə bu dərdimizin səmimi deyək ki, ən bədii inikası "Dolu" filmi oldu. Təkcə məmləkətdə deyil, onun hüdudlarından kənarda dainsanları dəhşətə gətirən "Dolu"yağmağa başladı. Onunla paralel ANS-in "Xoca"sı da dünyayaayaq açdı... Xocalını bütün dünya, xüsusi ilə Türkiyə böyük yürüşlərlə andı...

Qonşu dövlətlərdən Gürcüstanın yeni seçilmiş baş naziri Bidzina BTQ-nin dayandırılması təhlükəsini əks etdirən bəyanatla çıxış etməsi şəxsən məniçox sarsıtdı. Həm sarsıla biləcək dostluğu, həm də orada yaşayanazərbaycanlıların halını düşünüb pərişan oldum. Yaxşı ki, Azərbaycana səfərindəBidzinanın özü bunu "Bir az tələsik bəyanat" adlandırdı... Hətta yanacağı Gürcüstana əlverişli qiymətə satdığınagörə o, Azərbaycan prezidentinə və baş nazirinə minnətdarlıq da etdi. Burdadeyiblər: "Adın nədi -Daşdəmir! Yumşalısan, yumşalı..."

Putinin Gürcüstan vəErmənistanı xristian birliyinə çağırması və bunu açıq şəkildə türk birliyinəqarşı etdiyini bəyan etməsi də xoş hadisə deyildi...

Sərkisyanın erməni gənclərə müraciətlə: "Qarabağı biz aldıq, Ağrını da sizə həvalə edirik" kimi sərsəm çıxışı hər kəsihiddətləndirdi...

Cəbhədə yenə pozulan atəşkəs qaydaları, evlərə göndərilən şəhidlər,uzanan sazişlər, sülh(?) danışıqları...

Zaqatalada, Balakəndə baş verən zəlzələlər, bir çox bölgələrimizdəkisürüşmələr də ilin qayğılarından oldu.

İlin qanqaraldıcı hadisələri təkcə siyasi sferada baş vermədi.Sevimli həmkarımız Oktay Salamovun dünyasını dəyişməsi yaxınları, əzizləri, dostları üçün olduğukimi qəzetimiz üçün də böyük itki oldu. "Ədalət"intəbəssüm guşəsinin qəhrəmanı artıq bizimlə deyil. Vətən həsrətilə dünyasınıdəyişən Vahid Əlifoğlunu İl boyu tez-tez xatırlasam da, hər il son yazımda onuyad etməyi özümə borc bilirəm. Yazar Rafiq Tağının, xalq artistimiz YaşarNurinin vəfatı da ilin ağrılarından sayılır.Allah rəhmət eləsin!

İl təkcə qanqaraçılıqla,dilxorçuluqla yaddaşımıza köçmədi.

Böyük uğurlarımızdan biri olan Ramil Səfərovun ölkəmizəekstradisiyası ... Gənc yazarlar Şəhriyarla Fəridin İran zindanından azadedilməsi hamımızı sevindirdi.

Təkcə "Ədalət"də bir çox maraqlı hadisələr başverdi ki, onların özü də kollektivin və oxucuların uğuru idi. Baş radaktorumuzİradə Tuncayın "Yolromanı", ƏbülfətMədətoğlunun "Mənimkimi sevə bilsən"...kitabları işıq üzü gördü. Bu il əməkdaşımız Etibar Cəbrayıloğlu qırx beş yaşınıda qeyd etdi, yaradıcılıq uğurlarına görə mükafat da aldı... Ceyhun Musaoğlu dauğurları, mükafatı ilə bizi sevindirdi.

Avroviziya yarışması, İdmandakı uğurlarımız - ölkəmizdə birinci dəfəuğurla keçirilən Avtoralli yarışı, on yeddi yaşlı qızlar arasında futbolçempionatı, müxtəlif beynəlxalq yarışlardakı çıxışlar, növbəti Avropaçempionatının, şahmat üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi barədəqərarlar qəbul olundu.

İqtisadi həyatımızda baş verən yeniliklər hər kəsin gözü önündədi. Oki qaldı sosial yeniliklərə, yəqin ki, Bakını seyr edənlər özləri yaddaşlarınaüz tutub, baş verənləri qiymətləndirməyi bacararlar. Elə yaşadığım Xırdalandada Abşeron rayonu əlli yaşını qeyd etdiyi bu il ərzində baş verən dəyişikliklərşəhərin görünüşünü kökündən dəyişib. Bütün köhnə binalar sökülüb, təzəsi iləəvəz olunub. Təmirə ehtiyacı olan məktəblər, bağçalar, inzibati binalar təmiredilib. Parklar, səkilər salınıb. Yollarıntikintisi hələ də davam edir. Bütün bunlar sizə icra strukturuəməkdaşlarının hesabatı təsirini bağışlamasın. Gözümün qarşısında başverdiyindən ilin uğurlu hadisələrini sadalayanda yaşadığım ünvanı diqqətəçatdırdım.

Təbii ki, uğurlar bizimdi. Ancaq hələ də nöqsanlar kifayət qədərdi.Ehtiyac da, işsizlik də, məmur özbaşınalığı da, orduda nöqsanlar da, səhiyyədə,təhsildə rüşvət də... bütün bunlar bizimlə birlikdə yeni ilə qədəm qoyur.Bunlardan qurtulmaq arzusu ilə Həmrəylik günümüz və Yeni ilimiz mübarək!

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV