ÖZÜNƏMƏXSUS ŞAİR

VAQİF YUSİFLİ
43678 | 2012-12-29 01:29
Poeziyamızda Ramiz adıyla çox şair tanıyıram. Heç şübhəsiz, onlardanən məşhuru Ramiz Rövşəndir - sevdiyim şairlərdən biri...gBir başqa sevdiyim,həmişə şeirlərinin intizarında olduğum Ramiz də var ki, Qubada yaşayır vəmüasir poeziyamızda onun da özünəməxsus dəst-xətti, səsi var.

Bir zamanlar əyalətdə yaşayan şairlərə birtərəfli, arzuolunmaz birmünasibət hökm sürürdü. Onların şeir kitabları çətinliklə çap olunur,böyük ədəbiyyatın ərazisinə buraxılmırdılar.Amma illər keçdi. Anlaşıldı ki, həqiqi sənətdə əyalət anlayışı yoxdur və butəsəvvürə son qoyuldu. Musa Yaqub, Qərib Mehdi, Məmməd Alim, İltifat Saleh,Əşrəf Veysəlli, Məmməd İlqar, Sabir Sarvan, Ramiz Qusarçaylı, Ağasəfa, OfelyaBabayeva, Ağamir Cavad, Barat Vüsal, Ədalət Salman, Əlirza Həsrət kimi yazarlarsübut elədilər ki, istedad üçün onun harada yaşamasının heç bir əhəmiyyətiyoxdur.

Ramiz Qusarçaylı Qubada yaşayır və bugünkü poeziyanın orta yaşlılarnəslini onsuz təsəvvür eləmək çətindir.

Nə vaxt çap olunursa, şeirləri gözdən iraq düşmür, bu mənada Ramizpopulyarlığa yox, əsl, sərraf oxucu axtarışına can atır. Elə ilk şeirlərindənvə ilk kitabından başlayaraq ustad şairlər Ramizin poeziyasına biganəqalmadılar. Onların bəzi fikirlərini xatırlatmaq istəyirəm.

Xalq şairi Osman Sarıvəlli yazırdı: "Sevindirici haldır ki, Ramiz ürəyinə yaxın hissləri, görüb-götürdüyühadisələri qələmə alır. Şeirlərində bir istilik, səmimiyyət var, fikriniobrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır". Ustad Bəxtiyar Vahabzadə isəyazmışdı: "RamizQusarçaylının poeziyası büllur kimi saf, bulaq kimi dumdurudur". Başqa bir ustad - Nəbi Xəzrininbir qədər obrazlı şəkildə sölədiyi fikirlər də maraqlı idi: "Mən poeziyamızın sabahına gedənyolda elə bil qaranlıq bir tuneldə idim. Çox az şeirlər məni isindirirdi. LakinRamiz Qusarçaylının şeirlərini oxuduqdan sonra mənim üçün qaranlıq tunelqurtardı. İşıqlı bir aləmə düşdüm". Xalq şairi Məmməd Araz isəbelə söyləmişdi: "Gözəlşairimiz Ramiz Qusarçaylının şeirlərindən böyük zövq alıram". Burada Məmməd Aslanı da unutmaqolmaz: "Ramizinlirikası elə duyumlu və görümlüdür ki, bir misrasını çəkib, arxasınca bütünşeirlərinə körpü salmaq olar". Belə misalların sayını artırmaq da olar.

Ustadların neçə il öncə cavan bir şair haqqında söylədikləri bufikirlərin hamısını bir ümumi cəhət birləşdirir: RAMİZ QUSARÇAYLI ÖZÜNƏMƏXSUSŞAİRDİR! Bəs bu özünəməxsusluq nədə təzahür edir?

Ramiz Qusarçaylı milli poeziyamızın ənənələrinə möhkəm bağlı olan,amma ənənəyə yenilikçi şair kimi yanaşan, necə deyərlər, köhnə havalarda təzəsöz deyən şairlərdəndir. O, şeirləriylə sübut edir ki, Azərbaycan poeziyasınınilkinliyi, yaşarı ənənələri hələ öz gücünü itirməyib, qoşma, gəraylı, təcnis,bayatı üstündə bugünkü dərdimizi, sevincimiziobrazlı şəkildə ifadə etmək üçün heç bir maneə yoxdur. İlk şeirlərininbirində Ramiz yazmışdı:

Şeh düzülər tül iynəyə,

Arı kefim gül çeynəyər,

Dodaq yanar, dil göynəyər

Bir bulağın buz dilində.

Nə xırman bir, nə dən birdi,

Döyən min-min, bədən birdi.

Mən ha deyim Vətən birdi

İkidi Araz dilində.

Üçü deyil, beşi deyil,

Haqdan dönən kişi deyil,

Hər oğulun işi deyil

Gəl oxuyaq saz dilində.

Ramiz Qusarçaylı bütün yaradıcılığı boyu bu poetik amala - "saz dilinə" sadiq qaldı. O sazın tellərindənkövrək, həzin səslər də qopdu, çılğın, qəzəbli notlar da.

Mən Ramizin bu otuz illik şeir yaradıcılığını köhnə, şablon ölçülərlə"qiymətləndirib" mərhələlər üzrə izləmək fikrindədeyiləm. Və sübut da eləmək istəmirəm ki, Ramiz Qusarçaylı indi əvvəlkiillərdən daha yaxşı yazır və necə deyərlər inkişafdadır. Ramiz təbii ki,yerində saymır, əsrin ahəngini, dünyanın gərdişini, gün-gündən dəyişiləndövranın istisini, soyuğunu ürəyindən keçirən və ona poetik yozum verənşairlərdəndir. O, bənövşənin qoxusundan və duruşundan məst olub onun qarşısındaəyilən, yaşıl göz yaşlarında bir-birini öpüb qolboyun olan gülləri heyranlıqlaseyr edən şairdir. O, mənsub olduğu xalqın əsrlər boyu yaşadığı faciələriiçində yaşadan şairdir. O, həm də bugünün şairidir-haqsızlığa, regionçuluğa,xaos və hərcmərcliyə, mənəviyyatsızlığa qarşı dözümsüzlük göstərən şairdir.

Çiçəklər xəzəldir,

Xəzəllər çiçək,

Açıb yaxasını yağışa, çənə.

Yarpaqlar sapsarı xatirələr tək,

Səpilir payızın qədəmlərinə.

Özündən ayrılır bar ağacları,

Özünə yüklənir meşələr yenə.

Görən kim qarğıyıb qarağacları,

Dibinə qəm düşür yarpaq yerinə.

Gözəl şeirdir və payız haqqında ən yaxşı şeirləriyan-yana düzsək, heç şübhəsiz, Ramizin şeiri öz poetik vəzninə görəseçiləcək, fərqlənəcək. Təkcə payız haqqında yox, təbiətin bütün fəsilləri,onun yağışı, qarı, gülü, çiçəyi, dağı, dərəsi, buludu, çəni haqqındaşeirlərində də Ramiz təzə söz deməyi bacarır.

Mən Ramizin təbiət şeirlərindəküskün bir bənövşə obrazını da gözdən qaçırmıram. Qurbanidən üzü bəri bənövşəyəminlərlə şeirlər həsr edilib və açığını deyim ki, bu şeirlərin əksəriyyətinibir yerə yığsan, bir bənövşə qəbiristanlığı yaranar. Çünki o şeirlər bədiisəviyyəsinə görə bənövşəyə layiq deyillər. Ramizin "Qurudub göndərmə bənövşələri" şeiri isə sanki həmin şeirlərə bir qınaq kimi səslənir:

Əlimə alınca əlim qurudu

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurudu, dilim qurudu

Qurudub göndərmə bənövşələri.

Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla,

Mənə də ölməyə bir az yer saxla

Qurudub göndərmə bənövşələri.

Ramizin şeirlərində antigözəlliyə etiraz elə ilk yazılarındanbaşlamışdı. "Bir şeir ağladım gecə yarısı, bir şeir hönkürdüm ağ vərəqlərə" deyən bir şair istər təbiətdə,istərsə də cəmiyyətdə baş alıb gedən nizamsızlığa, ahəngsizliyə qarşı döyüşkənşair mövqeyində olub. Əlbəttə, "döyüşkənlik" deyəndə mən kəskin və sərt publisistikadan qopub gələn bəziüzdəniraq çığırtını, bağırtını nəzərdə tutmuram. Çünki Ramiz qışqıran, səsinəgüc verib kürsü nəhənginə çevrilən "patriotlardan" deyil. Ötən illərimizi yada salaq və Ramizin "İslahat" şeirini burada xatırladaq:

Torpağı bölürlər adam başına,

Adamlar torpağı özəlləşdirir.

Millət ac qarına, avam başına,

Dərdini bir az da gözəlləşdirir.

Dolmaz göz yaşıyla qəmin qobusu,

Yadlar başımızda kül dəyişdirir.

Bu millət özüylə dil tapa bilmir,

Bağlayan çox olur, açan tapılmır.

Bu bazar kimindi, bu mal kimindi,

Tapılır yandan da sür-sümük atan.

Sən kimin əlində qalmısan indi-

Mən kimin əlinə baxıram, Vətən..

Bu şeir yaxın illərin, lap elə bu günlərin əhval-ruhiyyəsini çoxgözəl ifadə edir. Və illər keçəcək, həmin illərin bədii bir sənədi kimixatırlanacaq. Ramizin bu tipli şeirləri az deyil. İki il öncə o, mənə "Eşşəknamə" adlı təzə kitabını bağışladı,hamı kimi mən də çox təəccübləndim. İstər-istəməz ürəyimdən belə bir duyğukeçdi ki, bu ləfzi şeirə gətirmək olarmı?Amma Ramizin həmin kitaba yazdığı"Bax a, Eşşək" adlı geniş müqəddiməsini oxudumvə təəccübüm, heyrətim çəkilib getdi. Söhbət hər yükün altına girən, ömrü boyuişlək heyvan kimi tanınan eşşəklərdən getmir. Ancaq eşşək deyəndə biz təkcəağır yük altına girən o zavallıları deyil, çox zaman qanmaz, nadan, millətin başına min oyun açan,ya da cəhalət, yekəbaşlıq nümunəsi olan adamcığazları düşünmüşük. Yazıqeşşəklər qalıb bir yanda, onlara verilən adları simvollaşdırmışıq. Ramiz bumövzuya müraciətdə təzə deyil, "eşşək mövzusu" dünya ədəbiyyatından gələndir.

Nə yolu var, nə məqsədi,

Bu eşşəyi kim göndərib?

Nə qanır zəfəran nədi,

Bu eşşəyi kim göndərib?

Yox idimi arıqları,

Viran qoydu qoruqları,

Dalında da qoduqları,

Bu eşşəyi kim göndərib?

Bu Mirzə Ələkbər Sabir satirasından güc alan şeirdən sonra keçirəmRamizin bir başqa şeirinə. "Mənə şeir yazdırır" şeirinə. O şeirin son bəndi belədir:

Hər misrada bir ah var,

Hər ahda bir günah var,

Başım üçtdə Allah var

Mənə şeir yazdırır...

Öz Allahına, Tanrısına inam onun şeirlərinin canına da hopub. Beləki, Ramizin ən qəmli şeirində belə bir işıq var. Bu işıq heç zaman öləzimir,həmişə onu nikbin saxlayır. Mən bu yazıda Ramizin Qarabağ mövzusunda yazdığıneçə şeirini də xatırlada bilərəm. Elə o şeirlərdə də qəmlə bu qəmi, kədəriözündən uzaqlaşdıran nikbin bir ovqatgörərsən.

Öncə dedim ki, Ramiz Qusarçaylı Qubada yaşayır. O, AzərbaycanYazıçılar Birliyi Quba filialının sədridir. O bölgədə yaşayan yazarlara qayğıvə köməyini əsirgəmir. Hər ayın ikinci bazar günü Quba mədəniyyət evində "Ay işığı" ədəbi məclisinin toplanışı olur.Burada müxtəlif ədəbi nəsillərin nümayəndələri yeni şeirlərini oxuyur, buşeirləri ya da kiminsə təzə kitabıçıxıbsa onu müzakirə edirlər. Çox canlı keçir bu toplanış və mən də bir neçədəfə o məclisin qonağı olmuşam. "Ay işığı" ədəbi məclisində oxunan şeirlər, hekayələr, publisistik yazılardanibarət bir neçə kitab da işıq üzü görüb.

Ramiz Qusarçaylıya bircə onu arzulayıram ki, həmişə bu iki misrasınasadiq qalsın:

Torpağa batıram dizimə qədər,

Şeir göyərdirəm kökümün üstə.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV