adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏMRƏYLİK GÜNÜNÜN DÜŞÜNDÜRDÜKLƏRİ - 1

SEYFƏDDİN ALTAYLI
85638 | 2012-12-29 01:27
Azərbaycan əqidəsinə könül verən əziz və mehriban dostlar, bəribaşdan hamınızı hörmətlə və məhəbbətlə salamlayıram, Həmrəylik gününüzü və Yeniilinizi bir az gec də olsa təbrik edirəm.

Miladi bir ili yola salıb digərini qarşıladığımız bu günlərdə müdafiəetdiyimiz müqəddəs Azərbaycanımızın diasporunun indiki vəziyyətini həm Güney,həm də Qüzey ilə bağlı fikirlərimi siz oxucularla bölüşmək istədim. Bəri başdandeyim ki, bu yazımda Azərbaycan dövlətçiliyini, onun hakimiyyətini qəti olaraqtənqid etmək fikrində deyiləm, ancaq mənə görə həqiqət bildiyim bəzi fikirləriyüksək səslə sadalamaq istədim.

Azərbaycan davası, ulu babalarımızın bir-biriylə vuruşması səbəbiyləhəddən artıq mürəkkəb hala gəlib və yetim bir əqidə olub. Mənə görə bu yoldaqalib gəlməyin yolu elmi əsaslara söykənməkdir, ağıl və məntiq yolunuizləməkdir, əgər bunlara əməl etməsək heç nəyə nail ola bilməyəcəyik.

Həm öz tariximiz, həm də dünya tarixi bir əqidə uğrunda aparılanmübarizələrin nə cür, hansı şəraitdə və kimlərlə nailiyyətə çatdırıldığınıgözlər qabağına sərən minlərlə sənəd və hadisələrlə doludur. Xüsusilə öztariximiz yaxşı öyrənilməli və hadisələrdən dərslər götürərək çağdaş fikirlərvə strategiyalara əsaslanan fəaliyyətlər yeridilməlidir.

Azərbaycan 19-cu əsrdə ikiyə bölündü, bölünən vətən təkrar bölündü.Bölünən vətən bu dəfə işğala məruz qaldı, etnik təmizliklə, sürgünlərləüzləşdi, Xocalı kimi bir soyqırımla sarsıldı. Bölünən vətənin ikinci hissəsiisə gözdən iraq düşdü, asimilyasiyanın ən dəhşətlisinə məruz qaldı, hələ dəqalır.

Azərbaycanın xaricində yaşayan və ona könül verən bizlər əgərdoğrudan da əqidəmizə ürəkdən inanırıqsa, xalqımızın bölünmüşlüyü vətorpaqlarımızın işğalı barədə bir iş görmək istəyiriksə, tarixi həqiqətlərdənvə hadisələrdən dərslər götürməli, əsla hissiyyata qapılmamalı və beş, on,əlli, yüz illik strategiyaları mənimsəyib iş görməliyik. Bəzi dostlar deyəbilər ki, "Xaricdəyaşayan bizlər dövlətik kiə" Bəli, biz dövlət səviyyəsində bir gücə malik deyilik, ancaq müqəddəsbir əqidənin daşıyıcılarıyıq, sıravi əsgərləriyik. İrəli sürdüyüm plan vəlayihəni fikirləşib araya gətirməyə, onunla bağlı fəaliyyətləri yeritməyə qadirolan ideoloqlarımız, mütəfəkkirlərimiz, ziyalılarımız, strategiyaları həyatakeçirə biləcək püxtələşmiş kadrlarımız yoxdursa, əvvəl başda bu məsələni həlletməliyik, sonra işə başlamalıyıq. Bu dava nə uşaq oyuncağı, nə dəhəvəskarların çiyinlərində götürə biləcəkləri ağırlıqda bir məsuliyyətdir! Onunçəkisi çox ağırdır.

Azərbaycanın müstəqilliyini qazanmasından üzübəri, Azərbaycanınxaricində bu yolda götürülən addımlar, yeridilən fəaliyyətlər təəssüflər olsunki, yüksək səslə şüar söyləmək, plansız-proqramsız fəaliyyətlər səviyəsindənxilas ola bilmədi. Məsələnin ürək ağrıdan özgə bir cəhəti isə, təşkilatçılıqstrategiyasından xəbəri olmayanlar, bu məsləkin çəkisinin ağırlığını başadüşməyənlər, müəyyən qüvvələrin oyunlarını əvvəlcədən görə bilmədilər vəxaricdəki təşkilatların bölünməsinə, parçalanmasına səbəb oldular. DAK buna əngözəl misaldır.

Azərbaycan, hər şeydən qabaq, şükür Allaha müstəqil bir dövlətdir vəqürur mənbəyimizdir. Xüsusilə Azərbaycandan kənarda yaşayan və Azərbaycanəqidəsinə könül vermiş kəslər, xüsusilə də biz türkiyəlilər, 1990-cı illərdənəvvəlki hisslərlə və fikirlərlə Azərbaycan məsələsinə yaxınlaşa bilmərik.Azərbaycanın daxili və xarici işlərinə barmaq uzatmağın həm Türkiyə-Azərbaycanəlaqələrinə, həm də Azərbaycan davasına zərəri toxunar, buna haqqımız da,salahiyyətimiz də yoxdur. Azərbaycan xalqının siyasi tərcihinə qarışmaq,onların siyasi tərcihini bəyənməmək, daxildə və xaricdə olan Azərbaycanvətəndaşlarına təsir göstərmək cəhdinə düşmək, Azərbaycan vətəndaşı olmayan kəslərində, qeyri-hökümət təşkilatlarının da haqqı ola bilməz, olmamalıdır.

Bundan hərəkətlə iki hissəyə böldüyüm yazımda bu məsələ üstündədayanmaq istəyirəm. Bu gün Azərbaycan davası tarixi və siyasi hadisələrin biralın yazısı kimi gətirib qabağımıza qoyduğu həddən artıq mürəkkəb və çətin birproblemdir və o Güney, Qüzey Azərbaycan şəklində qarşımızda dayanmaqdadır.

QÜZEY AZƏRBAYCAN DAVASI

Bizlər Türkiyə vətəndaşları olaraq 1990-cı ildən əvvəl bu əqidəyəkönül verdik, o uğurda mübarizələr yeritdik. 1918-ci ildə qurulsa da,imperialist ruslar tərəfindən işğala məruz qalan dövlətimiz, yetmiş il sonramərhum dövlət və siyasət xadimi əbülfəz Elçibəyin rəhbərliyində birləşən vəəsarət zəncirini parçalayan xalqımızın böyük səyi və mübarizəsi ilə öz müstəqilliyinitəkrar qazandı və dünyanın müstəqil dövlətlər ailəsində özünə layiq olan məkanayerləşdi. Ondan sonra Elçibəyin öz əlilə təhvil verdiyi dövlətçilik açarınımərhum prezident Heydər əliyev götürərək Azərbaycanı qardaş qırğınından xilasetdi və o müqəddəs torpaqlara bir daha rus çəkməsinin dəyməməsi üçünAzərbaycanın üzünü Türkiyə üstündən qərbə yönəltdi, dünya miqyasında layihələrgerçəkləşdirdi. Azərbaycan dövlətini quran Məmməd Əmin Rəsulzadə də, Elçibəydə, Heydər Əliyev də Azərbaycanın Türk tarixinə bəxş etdiyi fenomenşəxsiyyətlərimizdir, dövlət xadimlərimizdir, Ulu Tanrı məkanlarını cənnəteləsin.

Bəli, bugün Azərbaycan Cümhuriyyətinin üz-üzə dayandığı və bizlərində özünə kömək ola biləcəyimiz, daha düzü, olmamız labüd olan iki böyükproblemi vardır. Birincisi, işğal altındakı torpaqlar məsələsi ilə qaçqın vəköçkün problemi, digəri isə Xocalı Soyqırımının uluslar arası sahədətanıdılması, bu yolda fəaliyyət göstərilməsidir. Bu iki mövzu, Azərbaycanınxaricində yaşayan və Azərbaycan əqidəsini mənimsəmiş hər bir şəxsin xüsusiləfəaliyyət göstərəcəyi sahələrdir.

Bu iki problem üçün Azərbaycandan xaricdə yaradılan dərnəklər vəfederasiyalar həm öz aralarında əl-ələ verməli, həm də Türkiyə vətəndaşlarınınTürkiyə xaricində qurduqları sivil toplum (QHT) qurumları ilə birlikdə hərəkətedərək bu məsələlər üstündə işləməli, sözün həqiqi mənasında diaspor fəaliyyətiyeritməlidir. Bu mövzuların da dünya ictimaiyyətinə çatdırılacağı yerlər nəAzərbaycandır, nə də Türkiyədir. Bu iki qardaş cümhuriyyət daxilində Azərbaycanvə ya Türkiyənin diasporunu yaratmaq cəhdinə yönəlmək gülməli çıxar və bu yoldaişləmək isə əbəs bir iş olardı. Onsuz da hər iki dövlətin vətəndaşları, digərqardaş dövlətin diasporu mənasında deyildirmiə!

Mənə görə bu məsələnin bir digər yönü də, Azərbaycanın xaricindəyaradılan Azərbaycan dərnəklərinin işlərinə də Azərbaycan dövlətininqarışmaması və onların üzvlərinə, bu məsələnin fəallarına hakimiyyət-müxalifətgüzgüsündən yanaşmamasıdır. Bununla da Azərbaycan Dövlətinə ağıl vermək kimibir niyyətim də yoxdur. Ancaq bu yolda ömrünü vermiş bir insanın təcrübəsinidilə gətirmək niyyətindəyəm, ayrı bir fikrim yoxdur. Təəssüflər olsun ki,xaricdə, xüsusilə də iki mininci illərə yaxın vaxtlardan üzübəri yaradılan,daha düzü yaratdırılan dərnəklərin tamamına yaxını Azərbaycan hakimiyyətitərəfindən və özlərinin müəyyən etdikləri şəxslər tərəfindən qurulan, adı olubözü olmayan mövhum cəmiyyətlərdir. Bu cür bir fikirlə də Azərbaycanın mövcudiki mühüm problemini dünya ictimaiyyətinə çatdırmaq qeyri-mümkündür. Təqribəniyirmi ilə yaxın bir vaxtdır tutulan yol və gəlinən nöqtə irəli sürdüyümüzfikri təsdiqləyir. Vaxtlı-vaxtında dövlət tərəfindən təşkil edilən tədbirlər dəyandırılan kətyan kollarının alovuna oxşayır, birdən gözə dəyib sonraitib-batır, sərf edilən əməklər də, xərclənən pullar da hədər olub gedir. Busözlərimdən də, Azərbaycan hakimiyyətini tənqid edirəm mənası çıxarılmamalıdır;çünki bunlar həqiqətdir və mən də Azərbaycanı ürəkdən sevən biri, ona ürəyiyanan bir oğlu kimi bunları dilə gətirməyə məcburam. Mənim nə hakimiyyət, nə dəmüxalifəti dəstəkləmək kimi bir fikrim heç vaxt olmayıb, indən belə dəolmayacaqdır, mənim üçün birinci və əlçatmaz yerdə Azərbaycan dövlətçiliyidayanır. Əgər Türk dünyası arasında körpü olan bu dövlət güclənib qüdrətlənərsəTürk dünyasının mədəni və digər sahələrdə vahidləşməsi, əlbir olması mümkün olabilər. Azərbaycan dövləti, Azərbaycan əqidəsinə könül vermiş şəxslərəhakimiyyət-müxalifət nöqteyi-nəzərindən yaxınlaşmamalıdır. Üzləşdiyi vəsadaladığım iki çətin problemin dünya ictimaiyyətinə çatdırılmasında layiqlişəxsləri və fəal dərnəkləri ön plana çəkməli, o cəmiyyətlərin idarə heyətinə,hakimiyyətə müxalif belə olsalar yetkin və fəal şəxslərin seçilməyindən nəinkinarazı olmaq, onlara qarşı çıxmaq, hətta onları təşviq edərək bu müqəddəs əqidəyolunda işləmələrinə imkan yaratmalıdır. Böyük dövlətlərin özgə irqlərdənolanları və digər dövlətlərin vətəndaşlarını, xüsusilə 18-ci əsrdən üzübəri özmənafeləri yolunda nə cür işlətdikləri, onlardan istifadə etdikləri, həttaəlinə silah verib özləri üçün vuruşdurduqları, dünən yaranan İraq və Liviyahadisələrində olduğu kimi gözümüzün qabağındadır.

Bir digər məsələ isə Türkiyədə yaradılan Azərbaycan dərnəkləridir. Budərnəklər və federasiya daha indən belə öz fəaliyyətlərini mədəni sahədəyeritməli, enerjisini bu sahələrdə xərcləməlidir. Ancaq bu cəmiyyətlər vəfederasiya mədəni sahədə fəaliyyət yeritmək əvəzinə tamamilə bəzilərini məmnunetmək üçün əlləşir və enerjiləri də hədər olub gedir. Sadəcə olaraq ilin müəyyənvaxtlarında bir jurnal və ya bir neçə səhifəlik qəzet buraxıb, "görürsünüzmü mən bu boyda işgörürəm, mənə maddi-mənəvi kömək edin" düşüncəsindən hərəkət edənlərlə arzuladığımız mənada diasporfəaliyyəti yeridə bilmərik. Bəyənmədiyimiz erməni təşkilatlarının vəaktivistlərinin nə cür işlədiyi göz qabağındadır. Atalar deyib, dostun dili acıolar.

Hamıya hörmət və məhəbbətlə.
Seyfəddin Altaylı, Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV