adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Qatil armud ağacı - Hekayə

CEYHUN MUSAOĞLU
79118 | 2015-12-03 14:43

Türkiyə RusiyanınSu-24 qırıcı təyyarəsini vuranda, o, həyətdə ağacların qol-qanadlarını budayırdı.Alma, armud, xurma, əzgil, albalı ağacları yarpaqlarını tökmüşdü, əriyin sarı yarpaqlarıyaşıl rəngdə olanlarını elə qısnamışdı ki, göz qabağında saralırdılar. Əriyi hələbudamaq olmazdı.

Növbə armudaçatanda, oğlu həyacanlı görkəmi ilə darvazadan içəri girib, arxasıyla qapını örtərək,çürümüş əzgil kimi lay dəmirə yapışdı. Atası armud ağacının göyə millənən budaqlarınıkəsirdi.

- Xəbərinvar? - əzgil darvazadan qopub soruşdu.

Cavabındaacılıb-bağlanan qayçının səsini eşitdi. Oğlu onsuz da sualını cavab eşitməküçün verməmişdi, əksinə dəhşətli xəbəri elə sualla vermək istəmişdi. Verdi də:

- Xəbərinvar, Türkiyə Rusiyanın təyyarəsini vurdu?!

Aydın səstonu ilə yayılan xəbərə yenə atadan cavab gəlmədi. Reaksiyasa gəldi. Ata armudağacının göyə millənən budaqlarını sürətlə doğramağa başladı. Proses təxminəniki dəqiqə çəkdi. İşini qurtarıb, asta addımlarla haça nərdivandan aşağı endi. Oğlunayaxınlaşıb dedi:

- Gecikdim. Bilirdim, armudun şiş ucları nə vaxtsahansısa təyyarəyə dəyib, qəza törədəcək. Rusiyanın təyyarəsini Türkiyəvurmayıb. Mən o budaqları dünən kəsib yerə tökməliydim.

Oğluatasının zarafat etdiyini düşünmək istədi. Düşünə bilmədi.Hələ bu vaxta qədər atasından bir dəfə də olsun zarafata bənzər ifadə eşitməmişdi.Deyəsən atası heç gülməyi də bacarmırdı. Bir dəfə anasından soruşmuşdu ki, ərininə vaxtsa gülən görüb? Anası xeyli fikirləşəndən sonra cavab vermişdi: "Cəmibir dəfə, o da sən doğulan gün. Eləcə üzünə baxıb, gülümsədi".

- Ata,üçüncü dünya müharibəsi başlayacaq - oğlu bu sözləri evin qapısı qarşısındaayaqqabılarını çıxara-çıxara dedi.

Atadan zəifsəs çıxdı: "Günah məndədir". Oğlu bu dəfə təəccübünü gizlədə bilməyib,atasından xəstə olub olmadığını soruşdu. Sərt ata baxışı onu qapıdan içəri itələdi,addımlarını arxaya atdığından qapının kəndarına ilişib, beli üstə dəhlizədüşdü. Cınqırını da çıxarmadı.

Atatorpağa batırdığı lapatkanın sapına keçirdiyi papağını götürüb, darvazadan çöləçıxdı. Qonşu Rəşid sayğaca kartdan qaz yükləyirdi. Salamlaşandan, bir-biri iləhal-əhval tutandan sonra arada yaranan pauzanı Rəşid pozdu. O da təyyarə olayındandanışdı. Qonşusu ona da təyyarənin armud ağacına ilişib partladığını dedi. Rəşidəvvəl duruxdu, sonra öskürdü, ardından əsnədi, ola bilsin siz eşitmədiz, ancaqmən müəllif olduğum üçün onun asqırdığını da eşitdim. Asqırandan sonra ağzınısilən kimi gülməyə başladı. Necə ki, maşının sürətini artırarsan səsi dəyişər,Rəşidin gülüş səsi guruldamağa başladı. "Ha", "Ha""Ha" - da, qonşusu tini buruldu. Rəşidin gülüşünə sonuncu nöqtəni"vay dədəm gəl" nidası qoydu.

Hadisələrnecə sürətlə cərəyan etdisə, ataya ad qoymağı unutdum. Kompyuterin qarşısındaoturub, yazmağıma baxmayın, gözümün və qulağımın biri televizora zillənib.Putin özünü öldürür. Ərdoğan natiqliyinin artistlik formasını soyunaraq, çılpaqdanışır. Vurulan təyyarənin tüstüsü efiri qaraya boyayıb. Suriyalı türkmənlərqışqırışır. Pultun bütün düymələrini sıxıram, açılıb-yumulan efirlərin heçbirində təyyarənin necə, nəylə vurulduğu, yaxud hara çırpıldığı görünmür, dahadoğrusu göstərmirlər. Bəlkə də heç hadisənin orasını lentə alan olmayıb. Bağişləri ilə məşğul olan qəhrəmanıma inanmaqdan başqa yolum qalmır.

Əvvəl qəhrəmanımaad seçim. Belə adama kimin adını versəm, həmin adın əsl sahibi məndən inciyəcək.Başıxaraba oxşayır axı. Necə yəni təyyarə armud ağacının budağına dəyərəkpartlayıb... Yaxşısı budur qəhrəmanıma atamın adını qoyum. Olsun, Musa.

Musatini burulanda, Rəşid hövlanək özünü onun həyətinə saldı. Qaça-qaça ev qapısınadoğru yürüdü. Qapını açıb, içəri girəndə Musanın oğlu Quran kitabını vərəqləyirdi:

- Quranoxumaq vaxtıdır - Rəşid hikkəylə dedi.

-Oxumuram, dua axtarıram - Musanın oğlu cavab verdi.

- Dua nədia, bala?

-Atam...

- Hə...məndə elə atanı deyirəm... necə, dua?

- Ay Rəşiddayı, atam dəli olub deyəsən?

- Canbala, mən də sənə bunu deməyə gəlmişəm.

Qonşu vəoğul səni dəli hesab edirsə, Allah da gəlsə, sübut edə bilməzsən ki, dəlideyilsən.

Musa heçnəyi sübut etmək haqqında düşünmürdü. Yolboyu qabağına çıxan adamların hamısınatəyyarənin armud ağacına dəyib partladığını demişdi. Market Əliyə bu barədədanışanda, həmsöhbəti ona Parisdəki terroru xatırladıb, "yadındadırdeyirdin, Parisi də sən partlatmısan" sualını verdi.

Unutmamışdı.Təkcə Əliyə yox, elə arvadına da belə demişdi. Əvvəl arvadı fikir verməmişdi,Musanın təkidlərindən bezib, onu inadırmağa çalışmışdı ki, beyni yorulub, biraz istirahət etmək lazımdır. Qardaşından borc götürüb, ərini rayonlardan birinədincəlməyə göndərə biləcəklərini də söyləmişdi. Musanın heç eyni də tərpənməmişdi.Parisdəki terrorun onun əməli olduğunu sübut etməyə çalışırdı.

-Saxlaya bilərdim. Mən onu gördüm. Saqqalı kişiydi, əlində də qəzetə bükülü nəsəvardı. Yanımdan keçəndə siqaret istədi, verdim. Su təklif etdim, gözləməyindənanladım ki, istəyir. Gedib gətirdim. Ondan hara getdiyini soruşdum. Cavabı beləoldu: "Uzaqlara" - Musa bu sözləri arvadının qulağına iki gecədalbadal söyləmişdi.

Arvadıhirslənib, "a kişi sən o saqqalını görəndən 2 saat sonra Parisdə partlayışoldu" deyərək, arxasını ərinə çevirib, yatmaq istəsə də, Musanı susdurabilməmişdi:

-Axmaqsan. Onlar insan deyil. Nə bilirsən, bəlkə məndən ayrılan kimi qanadlanıbParisə uçub və iki saatdan sonra çatıb?..

Arvadı ərininsərsəmləmələri barədə oğluna bir söz deməyəcəkdi, əgər oğlu armudla təyyarəsöhbətini açmasaydı.

Oğul,Ana, Rəşid, market Əli Musanın evində məşvərət məclisi açmışdılar. Evin sahibinəzəng çatmırdı. Dördü də hirslənmişdi. "Cəhənnəm olsun Paris də, Rusiya da,Türkiyə də" - onların əsəblərini bir-birinə bənzədən bu üç söz idi. Busözləri biri deyib bitirən kimi, o birisi dilinə gətirirdi. Market Əli lapqızışmışdı. Arvad yanında işlədilməsi mümkün olan söyüşləri bu dəfə ölkələrdənmillətlərə transfer etmişdi. Fransızları qoluboy, türkləri dinsiz, ruslarıfahişə adlandırdı.

Səhərə qədəraxtara-axtara gözləməyə qərar verdilər. Kiçik qəsəbədə yaşayırdılar. Hər kəsMusanın yoxa çıxmasından danışırdı. Polisə xəbər verməyə ehtiyac qalmadı, ikileytenant evə gəlib, özünü qaraya bürüyən anadan, siqareti siqaretə calayanoğuldan izahat aldılar. Rəşidlə market Əli bildiklərini bitdə-bitdə yazdılar.

Axtarışlarnəticə vermədi. Qonşular Musanın ailəsini inandırdılar ki, kişi havalandığıüçün magistral yola çıxıb, onu maşın vurub, öldüyünü görən sürücüçöllü-biyabanda quyu qazaraq meyidi orda gizlədib.

Üç aydansonra Musanın ailəsi ona yas mərasimi qurdu. Molla Allahdan danışdı, Musadanyox. Arvadı aşın düyüsündən danışdı, ərindən yox. Oğlu yasa gəlməyəndostlarından danışdı, atasından yox. Təkcə mən Musadan danışıram. Atamın adınıqoymuşdum ona. Atama inandığım qədər inanırdım ona. Polislə müəllif görüşə bilməz.Görüşsəydim deyərdim ki, Musa düz deyir, Parisin partladılmasında, Rusiya təyyarəsiniunvurulmasında, ilk dəfədir bu sirri açıram, İŞİD-in yaranmasında cəmi birgünahkar var, o da Musadır. Musa günahlarını yumaq üçün özünü öldürüb. Qoy onunmeyidini ailəsi axtarmasın, ancaq mən axtaracam, tapacam. Tapıb oz atam kimi dəfnedəcəm. Dəfn edib, baş daşına bu sözləri yazacam: "Dünyada günahını etirafedən yeganə bəndə".


TƏQVİM / ARXİV