adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Dekabr 2015 11:02
1165
SİYASƏT
A- A+

Deputatlarımız AŞPA-nın komitə iclaslarına qatılacaqlar

Dekabrın 2-dən 4-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən verilən xəbərə görə, iclaslarda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Sahibə Qafarova iştirak edəcəklər.
Tədbirlərdə Avropada antisemitizmə qarşı yeni mübarizə üsulları, Dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi,  Demokratik vətəndaşlıq üçün bilik və bacarıqların artırılması, Uşaqlar üçün təhsil və təlimin əhəmiyyəti, Korrupsiyanın qarşısının alınmasına parlament nəzarəti: parlamentlərin media ilə əməkdaşlığı, Sahibkarlıq hüququ, İnternetdə ifadə azadlığı və digər mövzularda müzakirələr aparılacaqdır. 
Deputatlarımız gündəlikdəki məsələlər barədə çıxış edəcək, öz fikirlərini bildirəcəklər.