adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Dekabr 2015 10:50
1059
HADİSƏ
A- A+

Bakıda ağır qəza - ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Adalet.az-ın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev prospektində ("Ruslan" marketin qarşısında) qeydə alınıb. 1955-ci il təvəllüdlü Hüseynov Asif Hidayət oğlu idarə etdiyi "Opel Vectra" markalı avtomobillə yolu keçən 1952-ci il təvəllüdlü Baxşıyev Məhəbbət Əhməd oğlunu vurub.

Nəticədə ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 63 yaşlı M.Baxşıyevin həyatını xilas etmək mümkün olmayıb.