adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Noyabr 2015 23:18
1983
SİYASƏT
A- A+

Rusiya prezidenti təəssüf edir

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin korlanmasından təəssüf hissi keçirdiyini söyləyib.

Adalet.az xəbər verir ki, Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Putinə Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bu vəziyyətə düşməsinə təəssüflənib-təəssüflənməməsiilə bağlı sual ünvanlanıb.

"Hesab edirəm ki, biz hamımız çox təəssüflənirik. Şəxsən mən çox təssüflənirəm, çünki bu uzun müddət ərzində münasibətlərin möhkəmlənməsi üçün çox şey etmişəm",- deyə Putin suala cavabında bildirib.