adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2015 22:02
4580
KRİMİNAL
A- A+

Rusiyada azərbaycanlı məmura rüşvət verərkən yaxalandı

Rusiyada qeydiyyatsız yaşadığı üçün onu saxlayan polisə rüşvət verməyə çalışan azərbaycanlı tutulub.

Adalet.az ANSPRESS-ə istinadən xəbər verir ki, hadisə "Sosnovı Bor"da qeydə alınıb. 24 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən sənədləri yoxlanılması üçün saxlanılıb. Qeydiyyatı olmayan həmyerlimiz qayda pozuntuları rəsmiləşdirilməsi üçün dəvət edildiyi zaman məsuliyyətdən yayınmaq üçün polis əməkdaşına rüşvət təklif edib.

Bu səbəbdən polis əməkdaşı həmyerlimizi həbs edib və barəsində cinayət işi başlanıb.

Xatırladaq ki, bu ilin noyabr ayının 9-da Rusiyada daha bir azərbaycanlı vəzifəli şəxsə rüşvət verməyə cəhd etdiyinə görə istintaqa cəlb edilib və toplanan maddi sübutlara görə ona hökm oxunub.