adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Noyabr 2015 21:36
5139
MƏMLƏKƏT
A- A+

Daha 34 kənd qazlaşdırıldı

Noyabrın 28-də Kürdəmir rayonunun Sor sor, Çöl Qubalı, Ucar rayonunun Alpı, Boyat, Bağban, Bərdə rayonunun Bəcirəvan, Tumaslı, Nazırli və Yerli Ağalı, Quba rayonunun Talabıqışlaq kəndlərinə təbii qaz verilib.

Adalet.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kürdəmir rayonunun 540 abonenti olan Sor sor və Çöl Qubalı kəndləri ilk dəfə qazlaşdırılıb. Bu münasibətlə keçirilmiş tədbirlərdə vurğulanıb ki, ümumilikdə 66 300 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ucar rayonunun Alpı, Bağban və Boyat kəndlərinə də ilk dəfə "mavi yanacaq” verilib. Ümumilikdə 1039 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumilikdə 105 237 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bərdə rayonunun 1076 abonenti olan Bəcirəvan, Tumaslı, Nazırli və Yerli Ağalı kəndlərinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 66 662 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Quba rayonunun 385 abonenti olan Talabıqışlaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 25 754 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Noyabrın 30-da Qax, Qusar, Cəlilabad, Salyan, Beyləqan, Saatlı, Sabirabad və Füzuli rayonlarının 26 kəndinə təbii qaz verilib.

Bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib ki, Qax rayonunun 417 abonenti olan İlisu kəndinin ilk dəfə qazlaşdırılması üçün 665 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17 807 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Qusar rayonunun Quxuroba, Yuxarı Zeyxur və Girik kəndləri də ilk dəfə qazlaşdırılıb. Vurğulanıb ki, ümumilikdə 1015 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 19 863 metrlik polietilen və 72 511 metrlik metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Cəlilabad rayonunun 3055 abonenti olan Bəcirəvan, Hacıcavadlı, Günzəli, Allahverənli, Üçtəpə, Ocaqlı, Bədirli və Babaxanlı kəndlərinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 205 882 metr olan müxtəlif diametrli borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Saatlı rayonunun Heydərabad, Dədə Qorqud və Əhmədbəyli kəndlərinin 702 abonentinə də ilk dəfə "mavi yanacaq” verilib. Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 72 732 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sabirabad rayonunun Əsgərbəyli və Cavad kəndlərinin 945 abonentinə də ilk dəfə təbii qaz verilib. Bunun üçün birpilləli sistem əsasında 13 867 metrlik polietilen və 85 281 metrlik metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Beyləqan rayonunun 757 abonenti olan 3 kəndi - Gödəklər, Bünyadlı və Sarısu kəndləri isə yenidən qazlaşdırılıb. Qazlaşdırma işləri zamanı 38 kilometrdən artıq qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Füzuli rayonunun 400 abonenti olan Qayıdış-4 və Qayıdış-5 qəsəbələrinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 581 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Salyan rayonunun 4 kəndinə də təbii qazın verilişi bərpa edilib. Rayonun Seyidsadıqlı, Quyçu, Kolanı və Qızılağa kəndlərinin 805 evin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 87 kilometrə yaxın müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər