adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Noyabr 2015 21:10
2045
MƏMLƏKƏT
A- A+

Şəxsiyyət vəsiqələrinin verilməsi üçün yeni dövlət rüsumları sabahdan qüvvəyə minir

Sabahdan şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək.