adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Noyabr 2015 17:41
3798
ƏDƏBİYYAT
A- A+

Qənirə Paşayevadan sağlamlıq haqqında kitab

Milli Məclisin deputatı Qənirə Paşayevanın "Sağlamlığın öz əlində” kitabının təqdimat mərasimi keçirilib. Kitabevim.az kitab marketində filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq kitab haqqında oxuculara geniş məlumat verib.

Daha sonra söz alan Qənirə Paşayeva "Sağlamlığın öz əlində” kitabının əhalinin tibbi maarifləndirilməsi yolunda atılan addımlardan biri olduğunu deyib. O bildirib ki, ötən dövr ərzində əhalinin tibbi savadsızlığının aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirib. O bildirib ki, bu kitablar regionlardakı kitabxanalara göndəriləcək.

Kitabın redaktoru Əkbər Qoşalı kitabın əhəmiyyətindən söz açıb.

Qənirə Paşayeva yeni kitabını imzası ilə tədbir iştirakçılarına hədiyyə edib.