adalet.az header logo
  • Bakı 20°C
30 Noyabr 2015 16:33
6645
MARAQLI
A- A+

İlanların niyə ayağı yoxdur?

İlanların niyə ayağı yoxdur? Bəlkə uşaqcasına səslənən bir sualdır, düzü bu sualı uşaq adama versə, üstünə çımxırmaq olar. Amma bu sualı verən azyaşlılar deyil, tədqiqatçı alimlərdir. Məsələ burasındadır ki, əksər sürünənlər xırda və ya hərkətsiz də olsa ayaqlara malikdirlər. Bu sual əsasında aparılan araşdırmalardan belə məlum olub ki, əvvəllər düşünüldüyü kimi ilanlar suda həyata uyğunlaşmağa görə deyil, yuva həyatına alışmaq üçün ayaqlarını itiriblər. Sual yarana bilər ki, axı o qədər yuvada yaşayıb möhtəşəm ayaqları ilə iftixar edən heyvanlar var ki! Niyə ilan bu zövqdən məhrum olunsun ki? Məsələ burasındadır ki, ilan yuvası elə özü kimi dar dəliklərdən ibarət olur. Əsas qidalanma və məskunlaşma da məhz bu dəlik-yuvalar vasitəsilə baş tutur, ona görə də rahat həyat şəraiti üçün ilanlar zamanla ayaqlarından keçməli olublar.

Tədqiqatçılar 90 milyon il bundan qabaq yaşamış ilanın skeleti üzərində aparılmış araşdırmalar əsasında bu qərara gəliblər. Araşdırma zamanı daxili qulağın quruluşu diqqət çəkib.  Məlum olub ki, daxili qulağın forması məhz dəlik qazmaq üçün və bu zaman eşidilə bilən ən xırda səsləri tutmaq üçün formalaşıb. Halbuki müasir ilanlarda daxili qulaq tamamilə başqa cür formalaşıb.