adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Noyabr 2015 19:05
9668
İDMAN
A- A+

Paracüdo millimiz dördüncü dəfə Avropa çempionu oldu

Paracüdo üzrə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Avropa çempionatı başa çatıb.

Adalet.az xəbər verir ki, son yarış günündə komanda yarışları baş tutub. Kişilərin mübarizəsində təmsil olunan Azərbaycan millisi turnirin qalibi olub.
İlk mərhələdə Ukrayna, yarımfinalda isə İspaniya yığmasını məğlub edən tatami ustalarımız finalda Rusiya ilə qarşılaşıb. Bu görüş də yığmamızın üstünlüylü ilə başa çatıb: 3-2.
Bununla da paracüdoçularımız komanda hesabında Avropa çempionluqlarının sayını dördə çatdırıb.

Qeyd edək ki, yığma komandamız fərdi yarışları 3 qızıl, 3 gümüş, 2 bürünc medalla başa vurub. Kişilərin yarışında Ramin İbrahimov(60 kq) gümüş, Bayram Mustafayev(66 kq) qızıl, Ramil Qasımov(73 kq) qızıl, Rövşən Səfərov (81 kq) gümüş, Kənan Abullaxanlı(100 kq) bürünc, İlham Zəkiyev(100+ kq) qızıl, qadınlar arasında isə Səbinə Abdullayeva(57 kq) gümüş, Afaq Sultanova (63 kq) bürünc medal qazanıb.

Sahib Əsədbəyli