adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2015 18:29
3862
DÜNYA
A- A+

Rusiyada vertolyot qəzası nəticəsində 4 nəfər ölüb

 Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində "AS-350” vertolyotu qəzaya uğrayıb.
 
APA-nın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən  məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.
 
Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.  
 
İlkin məlumata görə, "Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.
 
Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.