adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Noyabr 2015 14:48
2803
MƏMLƏKƏT
A- A+

Həftənin ilk iş gününə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında duman olacaq 

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 12-15° isti olacağı gözlənilir.

Adalet.az AzərTAc-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 5° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

havanın yağıntılı, dumanlı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperaturun gecə 2°şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Temperaturun gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 13-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı ehtimalı var.