adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Noyabr 2015 11:34
3873
İDMAN
A- A+

Qadın güləşçimiz “Qızıl Qran Pri” turnirində gümüş medal qazanıb

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

Adalet.az-ın məlumatına görə, ikinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz yarışı 1 gümüş medalla tamamlayıb. Qadın güləşçilərimizdən Nataliya Sinişin (55 kq) finala qədər inamla irəliləyib. Ancaq o, final görüşündə Çin təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib.

Yığma komandamızın üzvlərindən Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq) və Səbirə Əliyeva (75 kq) bürünc medal görüşünə çıxıb. Ancaq onların heç biri fəxri kürsüdə yer ala bilməyib. 

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.
 

48 kq 
Bürünc medal görüşü
Miho İqraşi (JPN) - Şəfəq Muradzadə 12:0
Təsəlliveri görüş
Şəfəq Muradzadə - Mareka Şidoçi (JPN) 7:2
1/8 final 
Valentina İslamova (RUS) - Şəfəq Muradzadə 10:0

53 kq
Bürünc medal görüşü 
Odunaku Adekauoreye (NGR) - Anjela Doroqan 10:0 
1/2 final
Helen Marolin (USA) - Anjela Doroqan 9:0
1/4 final
Anjela Doroqan - Angelia Arquello (VEN) 4:3
1/8 final
Anjela Doroqan - Merve Kelger (TUR) 12:2
Solmaz Həşimzadə - Jildiz Yeşimova (KAZ) 2:10

55 kq
Final
Liu Hui (CHN) - Natalya Sinişin 6:1
Bürünc medal görüşü
Hikari Suqavara (JPN) - Alyona Kolesnik 2:1
Təsəlliverici görüş
Almaz İsmayılova - Hikari Suqavara (JPN) 0:10
1/2 final
Alyona Kolesnik - Natalya Sinişin 1:4
1/4 final
Natalya Şinişin - Hikari Sugavara (JPN) 5:3
Tetyana Kit (UKR) - Alyona Kolesnik 0:6
1/8 final
Almaz İsmayılova - Natalya Sinişin 0:11
Carlene Sluberski (USA) - Alyona Kolesnik 4:5
          58 kq 
1/4 final 
 Yuliya Ratkeviç - Aiym Abdildina (KAZ) 0:3
1/8 final 
 Yuliya Ratkeviç - Tiina Vaimonpaa (FİN) 10:0

60 kq 
1/8 final 
 İrina Netreba - Yukako Kavai (JPN) 5:11

63 kq
Bürünc medal görüşü
Elmira Qəmbərova - Anastasiya Grigoriyeva (LAT)  3:6
Təsəlliveri görüş
Enkbayar Tsevegmid (MGL) - Elmira Qəmbərova 1:2
1/4 final
Valeriya Lazinskaya (RUS) - Raqnetta Qurbanzadə 8:4
Taybe Yusein (BUL) - Elmira Qəmbərova 11:1
1/8 final
Soronzonbold Battsetgen (MGL) - Raqnetta Qurbanzadə 8:11
Elmira Qəmbərova - Xi Luo Zudma (CHN) 1*:1
1/16 final
Yekaterina Larionova (KAZ) - Raqnetta Qurbanzadə 2:2* 

69 kq 
1/4 final 
 Gözəl Zutova - Rio Vatari (JPN) 4:14
1/8 final
 Elis Manolova - Gözəl Zutova 2:3

75 kq 
Bürünc medal görüşü
Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:11
1/4 final 
Jou Qian (CHN) - Səbirə Əliyeva 10:3