adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2015 11:01
4450
DÜNYA
A- A+

Putindən Türkiyə ilə bağlı daha bir tapşırıq

Rusiya prezidenti Vladimir Putin təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyədən gələn yük avtomobil daşıyıcılarının fəaliyyətinə nəzarəti gücləndirməyi tapşırıb. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bu barədə müddəa Vladimir Putinin Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında imzaladığı fərmanda yer alıb.
Bundan başqa, Rusiya prezidenti Vladinir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib.
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin həmçinin 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyub.
Qeyd edək ki, Vladimir Putin həmçinin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyub.
Bundan başqa, Rusiya prezidenti Türkiyədən malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.
Qeyd edək ki, V.Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.