adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Noyabr 2015 21:05
5763
KRİMİNAL
A- A+

Samuxda evə basqın edib pul oğurladılar

Noyabr 22-də saat 03 radələrində Samux rayonu sakini Azadə Məmmədovanın evinə pəncərədən iki naməlum şəxs girmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, həmin şəxslər A.Məmmədovanın anası Bəyazın ağzını yapışqanlı lentlə bağlayaraq oradan 500 manat götürüb hadisə yerini tərk etmişdir.

Baş Cinayət-Axtarış İdarəsi, Samux RPŞ, Xəzər RPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Gədəbəy rayon sakini Buta Abdullayev, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Orxan Əlizadə, Anar Rəhimov və Mehman Qarayev tutulmuşlar.