adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Noyabr 2015 14:26
4853
DÜNYA
A- A+

Vəkillər kollegiyasının sədri sui-qəsdlə öldürüldü - Türkiyədə - Yenilənib

Öldürülən şəxs tanınmış kürd ictimai fəaldır

Hüquq-mühafizə orqanları ilə silahlı şəxslər arasındakı atışmada bir polis şəhid olub, 3 polis isə yaralanıb.

**

14:12

Türkiyənin Diyarbəkir şəhərində silahlı sui-qəsd baş verib.

Lent.az sozcu.com.tr-yə istindən xəbər verir ki, sui-qəsd nəticəsində Diyarbəkirin Vəkillər Kollegiyasının sədri Tahir Elçi öldürülüb.

Xəbərdə bildirilir ki, Tahir Elçi bir qrup vəkillə birlikdə şəhərdəki silahlı hücumlarda zərər görən məscidlərdən birinin qarşısında bəyanat oxuyurmuş. Onun açıqlaması bitdikdən sonra silahlı hücum edilib və öldürülüb.

Qeyd edək ki, T.Elçi ötənlərdə bir televiziya kanalında "PKK terror təşkilatı deyil" demişdi. Bunun ardınca polis tərəfindən saxlanılan vəkillər kollegiyasının sədri barəsində cinayət işi başlanılmış, özü isə sərbəst buraxılmışdı.