adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Noyabr 2015 14:00
6621
GÜNDƏM
A- A+

Azərbaycanlılar yeni təşkilat yaratdı - Niderlandda

Azərbaycanlılar Niderlandda yeni təşkilat təsis edib.

Adalet.az xəbər verir ki, bu barədə Axar.az-a həmyerlimiz Vüqar Abbasov məlumat verib.

O, yeni yaradılan "Konnekt” (Birləşdirmək) təşkilatına sədr seçildiyini deyib. Təşkilatın məqsədi Niderlanda gələn qaçqınlara həm hüquqi, həm də mənəvi yardım etməkdir.

"Son vaxtlar Avropaya, həmçinin Niderlanda çoxsaylı qaçqınların gəldiyi kimsəyə sirr deyil. Buradakı aidiyyəti təşkilatlar onlara bacardıqları qədər yardım edirlər.

Ancaq mən və həmkarım Vim van Embden, o cümlədən digər niderlandlı dostlarımız bura gələn qaçqınlara kömək etmək üçün təşkilat yaratmağa qərar verdik. Təşkilatın nizamnaməsində Azərbaycanla əməkdaşlığa xüsusi yer verilib”, - deyə V.Abbasov vurğulayıb.

Təşkilat sədri qeyd edib ki, əməkdaşlıq bir neçə istiqamətdə nəzərdə tutulub: "Qarşılıqlı səfərlərin, tədbirlərin təşkili, Niderlandın iş adamları ilə azərbaycanlı iş adamları arasında əlaqələrin qurulması, jurnalistlər və yerli siyasət adamları ilə əməkdaşlıq, təhsil sahəsi və s.

Həmçinin Niderland dilində internet qəzetin yaradılması da təşkilatın planlarına daxildir. Bütün bunları həyata keçirmək üçün lazım olan vəsaiti əldə etmək yollarından biri kimi həm də təşkilatın biznes fəaliyyəti ilə məşğul olunması üçün müvafiq icazə alınıb”.