adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Noyabr 2015 20:34
2946
SİYASƏT
A- A+

Azərbaycan Türkiyəyə qaz ixracını 2 dəfə artırır

Azərbaycan bu yaxınlarda təxminən 25 milyard kub metr qaz ixrac edən ölkəyə çevriləcək.

Adalet.az xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev jurnalistlərə deyib.

"Biz Avropaya ümumilikdə 10 milyard, Türkiyəyə isə 6,6 milyard kub metr və 6 milyard kub metrdə əlavə, ümumilikdə 12 milyard kub metr qaz ixrac edəcəyik. Azərbaycan bu yaxınlarda təxminən 25 milyard kub metr qaz ixrac edən ölkəyə çevriləcək”, - deyə nazir qeyd edib.