adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Noyabr 2015 17:25
3197
MƏMLƏKƏT
A- A+

Naxçıvanda iki nazirliyin səlahiyyətləri artırılıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə və Mədəniyyət və Turizm nazirliklərinin səlahiyyətləri artırılıb. 
 
Adalet.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərmanlar imzalayıb. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qanunvericiliyə uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə strukturuna daxil olan qurumlar vasitəsilə mədəni irsin qorunmasına, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərinin (abidələrinin) bərpasına, rekonstruksiyasına, konservasiyasına, yenidən qurulmasına dövlət nəzarətini həyata keçirmək səlahiyyəti verilib.