adalet.az header logo
  • Bakı 20°C
27 Noyabr 2015 17:17
4446
ƏDƏBİYYAT
A- A+

“Dostluq körpüsü” ədəbi müsabiqəsinin qalibləri müəyyənləşib

"Dostluq körpüsü” adlı II Beynəlxalq gənc ədiblər müsabiqəsinin 14 laureatı müəyyənləşib. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qaliblərdən 7-si rus, 7-si isə belarusdur.

Müsabiqə 2014-2015-ci illər üçün Belarusun Mətbuat mərkəzinin  və Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və  "Avropanı tanıyaq” Təşkilatının dəstəyi ilə keçirilib.

Müsabiqədə 18-30 yaş arası gənc yazarlar iştirak ediblər. Hekayə janrına aparılan müsabiqə böyük maraqla qarşılanıb.