DANIŞMAĞA MƏHKUMAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
43781 | 2015-11-27 17:14

Sizə səbr diləyirəm

Öncədən deyim ki,bu gün ən asan iş məsləhət verməkdi. Yənioturursan, qarşında bir stəkan buğlanan çay, ya qulağında telefon, ya da qarşındakimsə, başlayırsan ona yol göstərməyə, məsləhət verməyə. O da ya telefonda hərdənbir «hə», «hı» edir, ya da qarşında tez-tez başını tərpədir. Ürəyində isə nə fikirləşirsəonu bir özü bilir, bir də Allahı. Çünki sən dünyanın ən asan işini görürsən, təbiiki, öz aləmində. O da bir baş bilənin, bir ağsaqqalın tövsiyyəsini dinləyib xoşbəxtolur – yenə sənin aləmində. Əslində isə…

Dərindən oturub götür-qoyedəndə, dağı arana, aranı dağa çəkəndə görürsən ki, ən məsuliyyətli iş elə məsləhətverməkdi, yol göstərməkdi. Çünki onun son nəticəsi məhz o məsləhətdən başlayır.Ona görə də saqqalı ağ olan, yaşı böyük olan hər kəsə ağsaqqal demirlər. Ağsaqqal dünyagörmüş, böyük təfəkkürüolan və bir də hadisələri analiz etmək, nəticə ortaya qoymaq qabiliyyəti olan insanlara deyirlər. Məhşurmüğənnimizin dediyini bir az redaktə etsək, yaşın ağsaqqallığa o qədər də dəxliyoxdu…

Bəli, yaxın günlərinsöhbətidi. Nəşriyyatın 4-cü mərtəbəsindəki bufetdə əyləşib çay içirdik. Adətən hərsəhər 10-15 dəqiqə orda «məşvərət» xarakterli çay içmək mərasimimiz olur. Deməli,oturub çay içirdik. Qəzet adamlarının tanıdığı həmkarlarımızdan biri, yəni Nüsrətgözləmədiyim halda dedi ki, «Mən əclaf danışmağa məhkumam. Danışmayanda, gördüyümü,eşitdiyimi deməyəndə, hətta yüz faiz inandığımı dilimə gətirməyəndə dözə bilmirəm».

Düzünü deyim ki,bu ifadə mənə çox ləzzət edi.Onun «danışmağa məhkumam» ifadəsi mənə təptəzə gəldi. Və elə oradaca bu ifadəniyaddaşıma yazdım. Yaddaşıma yaza-yaza da Nüsrəti dinləməkdə davam etdim. O bildirirdiki, yaxınlarından biri telefonda yalnış nömrə yığıb və ürəyindəki gerçəyi ona söyləyib.Düşünüb ki, yığdığı nömrə məhz arzuladığı nömrədi. Amma yanlışda da bir naxış vardeyiblər. Əslində həmin adam gerçəyi fərqli bir adama etiraf edib, Nüsrətə isə yalnışısöyləyib. Nəticədə ortaya gerçək çıxıb. Bax, Nüsrəti də alovlandıran, özündən çıxaranbu idi ki, ondan gerçəyi gizlətmək mümkün deyil, harda olsa gerçək çıxır ortaya.Elə öncədən onu olduğu kimi söyləmək daha doğru olar…

Əslində bu, çox realbir məntiqdi. Kim olursan ol, özünə yaxın, münasib bildiyin adamla dilinin altındaçöp saxlayıb danışmaq doğru deyil. Çünki dil o çöpə öyrənir, alışır və nəticədədə bir də görürsən ki, o qədər yalnışlığa yol verdin, yalnışlıq dilinə gətirdinki, sonda dediyin gerçəyə də inanan olmadı və qaldın meydanda tək. Nə isə…

Həqiqətən də hadisənigörmək, hadisəyə qiymət vermək və bütövlükdə zamanın rənglərini, havalarını, ortayaqoyduğu hər nədisə onu öz ölçünlə, öz düşüncənlə, öz məntiqinlə ölçüb, biçib dəyərləndirmək,özünü onun içində görə bilmək zənnimcə təkcə bacarıq istəmir, savad tələb etmir.Bu həm də özünün özünə qiymət vermək keyfiyyətini ortaya çıxarır. Kim olduğunu,nəyi bacardığını və ətrafdan necə göründüyünü fəhm edə bilsən, bax onda sənin üçünözünün yaratdığın problemlər olmayacaq. Onda yerini də itirməyəcəksən və sənin yerini də biləcəklər. Bumənim zaman-zaman öz üzərimdə sınayıb çıxardığım, ortaya qoyduğum həyat kredomdu.Heç vaxt boyumdan, gücümdən, qabiliyyətimdən və bir də bacarığımıdan çox-çox fərqliolan yerlərdə görünməyə can atmamışam, o cür yüklərin altına çiyin verməmişəm. Yıxılıb,daha doğrusu, o yükün altında dişimin, belimin sınmasını istəməmişəm. Amma görünürinsanlar fərqli olduğu kimi, onların baxışlarının da fərqli olması sonda bir xaotik durumun yaranmasına gətirib çıxarır.Lap çılpaq desək, kimsə başqa bir kimsənin yerinə iddia edir. Başqa bir kimsə dəözündən çox-çox güclü, qabiliyyətli, ağıllı, imkanlı birisinin meydanına çıxıb onunlaüz-üzə gəlməyə çalışır. Nəticə isə təbii ki… Bu, bəlli olan bir məğlubiyyətdi. Baxelə mən də o məğlubiyyətə düçar olmamaq üçün oturduğum, durduğum yeri min dəfə ölçüb-biçirəm,min dəfə özümün o yerə uyğun olub-olmadığımı bütün incəliklərə qədər araşdırıram.

Hə, indi yazımınilk cümləsində işlətdiyim məsləhət sözünə qayıdıram. Artıq son günlərin siyasi mənzərəsidə göstərir ki, dünyada baş verən ən kritik hadisələr məhz məsləhət vermək məsuliyyətinidərk etməyənlərin başının altından çıxır. Buna görə də dövlətlər, xalqlar, bütövlükdəbəşəriyyət narahatlıq yaşayır. Bundan yayınmağın, bundan qurtulmağın yolunu tapmağaçalışanlar baş sındırırlar. Məgər həmin o,özündən «ağsaqqallar», məsləhətçilər bu qədərmi kor idilər,kar idilər? Hər halda nəticəni zaman göstərəcək. Amma zaman da bəzən öz ütüsü iləhər şeyi vaxtında ütüləyib yerinə qoya bilmir, gecikir. Onda dəvəni aparıb ulağınquyruğuna bağlamış olurlar. Nə isə… Bax, bu yerdəcə bir şeir dilə cətirirəm. Düşünürəmki, indi onun yeridi, məqamıdı.

yorulmuş

bir at,

həm də

ulaq

quyruğuna bağlanmış…

indi sən

özün

barəmdə

xəyal qur

təsəvvür yarat…

və gör ki,

məni

hansı nöqtəyə

gətiribçıxardı

həyat!..

sən

sonra istəsən

özün

bir ad tap

buna-

hər şeyi

ifadə edən

ad!

***

Hər günün, hər saatınöz hökmü var,deyiblər. Mən buna şübhə etmirəm. Bütün günlərin,bütün saatların hökmünü təbii ki, həmin o prosesin baş verdiyi anda tutmaq, duymaqhər adama nəsib olmur. Üstündən bir azacıq zaman ötəndən sonra adam hiss edir ki,çıxarılan hökm onun xeyrinə və yaxud əleyhinə işləyir. Və bunu hiss edib, götür-qoyedəndə unudur ki, artıq başqa bir hökm hazırlanır. Deməli, həyatı, günü, saatı elənizamlamalısan ki, onun çıxardığı hökmlər səni yaşama bağlasın, səni yaşatsın, sənifaydalı bir iş görməyə ruhlandırsın - istər özün üçün, istər cəmiyyət üçün. Və bu işin səfasıcəfaya çevrilməsin.

Bilmirəm fikirlərimiçatdıra bildim,yoxsa yox. Amma həqiqətən də olanları, olmuşlaryaddaşda təzələyəndə daha dərindən anlayırsan ki, nələri itirmisən, nələrdə günahlara,nöqsanlara şərait yaratmısan, imkan vermisən, iştirakçıya çevrilmisən. Amma bunuanlamağım özu sadəcə təsəllidi və bu təsəllini də «keçənə güzəşt» deyərlər yorğanıilə üstün örtüb uzaqlaşmaq, dünəni unutmaq istəyirsən. Amma bilmirsən ki, özündənqaçmaq mümkün deyil. Əgər özündən qaçmaq mümkün olsaydı, onda ən azı cinayət törədənlərinyüzdə doxsan doqquzu bir yalançı da olsa özü üçün xoşbəxt, rahat durum yaratmışolardı. Düşünərdi ki, törətdiyi qətllər, şərəfsizliklər, namərdliklər onu izləmir.O, əməllərinə cavabdeh deyil, məsuliyyət daşımır – nə Allah qarşısında, nə bəndəqarşısında!

Mənə elə gəlir ki,Tanrı bilərəkdən bizi özümüzdən qaçmağımıza yol qoymayıb, şərait yaratmayıb. İstəyibki, biz dünənimizdən, əməllərimizdən qopub ayrıla bilməyək. Dünənə, əməllərə söykənibazacıq da olsa məsuliyyət anlayışını, hissini içimizdə yaşadaq. Doğrudur, etirafanı da var. Lakin bütün etirafların bağışlanıldığına, qəbul olunduğuna mən inanmıram.Bu, mümkünsüz bir işdi. Bəzən deyirlər ki, etiraf böyüklükdü. Olsun. Buna qarşıçıxmıram. Ancaq məsuliyyətsizlik edib nə vaxtsa canını etirafla qurtaracağını düşünənlərinnə qədər yanıldığını həyat hər zaman bizələrə göstərib, bundan sonra da göstərəcək.

İndiki anda ən böyüketiraf məhz Nüsrətin dediyi kimi, gerçəyi danışmaq, yazmaq vəzifəsidi, məsuliyyətidi.Elə bundan başlayır etiraf məncə. Əgər mən yazdığımda, danışdığımda məsuliyyət hissedirəmsə, deməli, bu həm də etirafdı. Neyləmək olar ki, bugünkü söz camiəsində məsuliyyətsizlikləetirafı qarışıq salan, qarşı-qarşıya gətirən, unudan, bir sözlə, öz arşınları iləçıxış edənlər yetərincədi. Ona görə də indi söz bir növü sabun köpüyünə çevrilib.Kim necə istəyirsə, ondan o cür də istifadə edir. Sonluq isə ürəkağrıdan olur.

Elə duyğularda, hisslərdədə məsuliyyətlə etirafı paralel tutmayanlar, görməyənlər az deyil. Onlar da yanılırlar,onlar da hisslərin duyğuların yaratdığı məsuliyyətin etiraf qapısına getdiyini dilə gətirməkdən yaçəkinirlər, ya da buna əhəmiyyət vermirlər. Amma nahaq. Çünki…

Canımda bir ağrıvar

Ağrı dil ağrısıdı.

Onsuz ötən günlərin-

Bitməz il ağrısıdı!..

Yurddan didərgindüşən,

Canımda artıb şişən,

Bağrımı ox tək deşən-

Qaçqın el ağrısıdı!..

Gözümdən gözün çəkən

Üzümdən üzün çəkən

Bu qədər uzun çəkən-

Nazlı gül ağrısıdı…

***

Biz öz baxışlarımızıcilalayanda daha çox gerçəyə söykənməyə çalışırq. Yəni reallıq daha böyük təsirgücünə malik olduğu üçün ondan qaçmaq o qədər də asan deyil. Lap qaçsan da sondaya gedib divara, səddə çatacaqsan, ya da yıxılıb özünü şilküt edəcəksən. Bu isə ağıllı adamların arzulamadığıbir nəticədi.

Bax, bu mənada məndə düşünürəm ki, istər siyasi müstəvidə, istər mədəni həyatda baş verənlərin hamısımütləq bir şəkildə nədənsə qaynaqlanır, nəyinsə üzərində qurulur. Deməli, o nəyisədə böyük ağıllar və qeyri-adi güclər idarə edirlər, yaradıb ortaya qoyurlar. Bizlər,yəni ətraf aləm isə həmin o ortada olanın çevrəsini təşkil edirik. Hərəmiz öz imkanımıza,öz gücümüzə, öz bacarığımıza, öz ağlımıza, öz məntiqimizə görə ona yanaşır, onauyğunlaşır, ona qiymət veririk. Təbii ki, yanlışlıqlar da olur. Bu, qaçılmazdı.Ən azından ona görə ki, hərənin baxış bucağı özünün ölçüsü ilə ölçülür. Və mən dəöz baxış bucağımda həmişə öz ölçülərimlə çıxış edirəm. Bunu bir hökm kimi ortayaqoymuram. Lap sadə şəkildə ifadə etsəm, mənim baxış bucağımdakılar mənim mülahizələrimdi, mənim təxminlərimdi. Oxucu və yaxud dinləyicionu öz baxış bucağında görə bilirsə, bu mənim sözümün, qələmimin uğurudu, məntiqiminbəhrəsidi. Yox, əgər hər şey düşündüyümün əksinə alınırsa, deməli mən günü, saatı,zamanı özüm öz əlimlə yellərə verirəm, boşuna xərcləyirəm. Bunun günahı da özümdədi…

Bəli, bu gün yazanda çoxdu, danışan da çoxdu, məsləhət verən də. Oxuyanın çox olduğuna şübhəm var,elə dinləyənin də. Amma buna baxmayaraq, mən də yazmağa, danışmağa məhkumam. Özüdə mən yazdığımı, danışdığımı ağlımın və ürəyimin süzgəcindən keçirəndən sonra diləgətirirəm, kağıza köçürürəm. Yəni öz baxış bucağıma çevirirəm. Ona görə də məsuliyyətinidə anlayıram. Ancaq onu da unutmuram ki, məhkum olduğumu yazmaq, danışmaq haqqıkimlərinsə məcburi şəkildə qəbul etməsi üçün mənə verilməyib. Daha dəqiq ifadə etsəm,yazdıqlarımı, danışdıqlarımı oxumaq, dinləmək məcburiyyət deyil. O məcburiyyət mənimözümə aiddi. Siz isə dinləsəniz də, oxusanız da və yaxud əksinə, qərar versənizdə yenə mənim məhkum olduğum danışmaq, yazmaq haqqım özümdə qalacaq. Sadəcə, sizəmən ancaq səbr diləyirəm,yazılanları oxumaq, deyilənləridinləmək üçün. Axı bu səbrin bir ucu da məni tutur.


TƏQVİM / ARXİV