adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2015 16:41
2941
MƏMLƏKƏT
A- A+

Kəmaləddin Heydərov Qazax sakinləri ilə görüşdü

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 133, digər məsələlərlə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.