adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Noyabr 2015 16:48
4459
MƏDƏNİYYƏT
A- A+

İSESCO-nun yeni loqosu qəbul edilib

 Bakıda İSESCO-nın loqosu qəbul edilib.
 
Adalet.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO Baş Konfransının Bakıda keçirilәn 12-ci iclasında yeni loqonu elan edib. Nazir bildirib ki, yeni qəbul olunan simvol əvvəlkindən fərqlənir və növbəti konfranslarda ondan istifadə ediləcək. 
 
Loqo İSESCO-nun baş direktoru Osman Әl Tüveycri, İcraiyyә Şurasının sәdri Boubakar Doukoure və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə imzalanıb və qəbul edilib. 
 
Konfransda daha sonra İSESCO-nun yeni veb-saytı təqdim olunub.