adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Bu dəfə hənanın yeridi

5958 | 2015-11-27 16:09

Müharibə isti,soyuq – hansı müstəvidə aparılırsa-aparılsın, ilk növbədə həmin ölkələriniqtisadiyyatına ziyan dəyəcək. İqtisadiyyatın çöküşü isə sadə xalqı öztoz-torpağına bələyir. Hətta qalib dövlətlərin xalqları da qələbənin dadınıalanacan hələ çox dağıntılar arasında eşələnməli olurlar. Nəinki müharibə, dövlətlərarasıgərginlik belə bəsdir ki, insanların illər boyu qazandıqlarının bəhrəsi, arzusu, gələcəyisual altına düşsün. Budur: Rusiyanın Başnaziri Dmitri Medvedev Türkiyəyə qarşı iqtisadi-humanitar sanksiyalara hazırlıqüçün aidiyyatı qurumlara işarə verən kimi yerlərdəki məmurlar qollarınıçırmaladılar. Nə sirdisə, əhalinin xeyrinə olan məsələlərdə heç belə aktivlikgöstərməzlər. Bundan sonra rus camaatı türk mətbəxindən, qəhvəsindən dada, türkpaltarı, ayaqqabısı geyinə bilməz. Türk iş adamlarının fəaliyyəti də buölkədə dondurulub, malları yolda qalıb, ya da üstünə məmur əli dəyib. Bağlanmışiş yerlərində nə qədər rus çalışırdı? İndi onların qarnını doyuracaqmı busanksiyalar? Hələ eyni addımı da Türkiyə atarsa, illərin qonşuluğuna güvənibbirgə iş quran nə qədər rus-türk bu zərbədən pay alacaq? Maraqlıdır, görəsən, rusqızları almış türklər neyləyəcək? Arvadlar da sanksiyanın planına düşürmü? Ənazından türk qadınlarının canı dincələcək, təhlükəli rus qızlarından bir müddətlikərlərini xilas edəcəklər, daha doğrusu nikahlarını... Çünki ərlər belə təhlükəyəkönüllü meyillənirlər.   

Rusiyanın kəndtəsərrüfatı naziri Tkaçev çox optimist bəyanat verib: "Türkiyədən gələn məhsullaraembarqo qoyulsa, ruslar bazarda türk əskikliyini hiss etməyəcəklər”. Qəribədir, Rusiyaya gələn kənd təsərrüfatı məhsullarının 20 faizini türk məhsulları təşkiledirsə, importun hər beşindən birinin yoxluğu necə hiss olunmaya bilər?Amma nazir söz verir ki, bu yoxluq Asiya və Afrikadan gələn məhsullarınhesabına çoxluq təşkil edəcək.

Gömrük dünəndənhazırmış kimi postunu qurub marıta durub. Didik-didik etdiyi türk mallarında nədesən tapıblar. Türk toyuqlarında qrip tapıldı, ətdə mikrob aşkarlandı,paltarlar keyfiyyətsiz çıxdı, "naməlum mənşəli” oyuncaqlar uşaqlar üçün təhlükəmənbəyinə çevrildi, kosmetik, məişət avadanlıqları risk qrupuna düşdü... Türkkarvanının başında gələn sarvanlara da əyri baxıldı ki, birdən İŞİD-çi olar...

Türkiyəyəturizm təşkil edən şirkətlərə də rəsmi qadağa qoyulub. Aylardır işləyib Türkiyəyə məzuniyyətə getmək istəyən rusların arzusu ürəyində, bileti əlində qaldı. Bundan sonra Türkiyənin dilbər guşələrinə kompyuter arxasından baxmalıolacaqlar. İndi kef almanlarındı. Antalya, Bodrum, Quş adası ruslardan "təmizləndiyi”üçün bomboş qaldığından qiymətlər xeyli ucuzlaşıb. Nə əlaqəsi var? – deyə sualedənlərə məlumat verim ki, Türkiyənin turistik məkanları ruslardan sonraalmanların hesabına qazanırdı.  

Bir sözlə,bütün sahələrdə aparılan "islahat”lar rus-türk insanının xeyrinə deyil, bu zərərin gətirdiyi sevinc elə o qazananların payına düşəcək.İqtisadi, siyasi, mədəni, hərbi, elmi gərginliyi aradan qaldırmaq, soyuq başladüşünmək yerinə qızmış gözlərlə məsələyə baxmaq hər iki ölkənin ziyanınadır.Bunu özləri də bilir, düşmən sevindirəcəklərindən də xəbərdardırlar. Düşmən dəbir deyil, iki deyil... Hərəsi yaxşı bir İran xınası alıb, yığışıblarAmerikagilə... Dəmə qoyulmuş xınanı əllərinə yaxmağa məqam axtarırlar. Heç hənanın yeridi? - deyib durmayın. Bu dəfə yeridi! Hadisələrə elə baxırlar ki, sanki əfqan çətənəsini çırtlaya-çırtlaya çoxillik rusproqramlarını, ya da çoxbölümlü türk seriallarını izləyirlər... Bir sözlə,başqalarına ziyan vermək istəyən görəvlilər əslində özünküləri incidirlər. Ammamənim fikrim orda qaldı e... Görəsən rus qızlarını kim əvəzləyəcək? Bəs təzəcə "russkiyvkus” görmüş türk kişiləri neyləyəcək?! Nə isə bir xına da mən saxlayım əlaltında...

 

Şəfiqə ŞƏFA


 

TƏQVİM / ARXİV