adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2015 15:11
4634
MƏMLƏKƏT
A- A+

Layihəyə yekun vuruldu

Rəqəmsal İnkişaf İB-yi artıq noyabr ayının 15-dən "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının" maliyyə yardımı ilə " Məişət zorakılığına qarşı gənc ailələr arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi " layihəsini başa çatdırıb. Layihə rəhbəri Könül Ağayevanın verdiyi məlumata görə, layihə ərzində Rəqəmsal İnkişaf İctimai Birliyi Facebook Sosial Şəbəkəsi üzərində geniş izləyici kütləsi olan səhifələr üzərində "Məişət zorakılığına qarşı gənc ailələr arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” kampaniyasını geniş miqyasda aparmışdı.

Eləcə də Layihə dövründə kampaniyanın daha effektiv və geniş aparılması üçün Elektron bannerlərdən istifadə olundu,  video roliklər hazırlandı, 28 MALL Ticarət mərkəzində 3 (üç) günlük Məişət zorakılığına YOX demək üçün Hansı Addımı Atardın? Adlı şəkil-çəkmə aksiyası aparıldı.  Aksiyada 60-dan çox gənclər və gənc ailələr iştirak etdi.

Bundan əlavə Gənclərə və Gənc xanımlara Məişət Zorakılığı zamanı müdafiə metodları, ailədə məişət zorakılığının yaranmaması üçün atılan addımlar, uşaqlara qarşı ailədaxili aparılan zorakılıqla bağlı gənc xanımlarımıza 3 (üç) günlük maarifləndirmə təlimi təşkil olundu. 

 

Layihədə məqsəd gənclərin və gənc qadınların məişət zorakılığı hallarına qarşı mübarizə aparmaq imkanlarını artırmaq idi. Gənclərə gender bərabərliyi, insan haqları, zorakılığın mahiyyəti, formaları, məişət zorakılığı, bu sahədə mövcud qanunvericilik və liderlik məsələləri ilə bağlı geniş informasiya mübadiləsi aparmaq idi.