adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2015 14:38
2246
HADİSƏ
A- A+

Yol qəzasında ölənlərdən biri məktəb direktorudur - Goranboyda

Goranboy rayonunda dəhşətli yol qəzası baş verib.

Adalet.az xəbər verir ki,  hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. İki "VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov, direktor müavini Nofəl İsmayılov, rayon sakinləri Səday İsmayılov vəYaşar Rzayevdir.

Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Adalet.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ilə Goranboy şəhərini birləşdirən yolda qeydə alınıb. İki "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində dörd nəfərin öldüyü bildirilir.

Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma aparılır.